07 Ekim 2011

Səhabəyə dil uzatmaq,dinə dil uzatmaqdır!

“Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz” 
[Ali İmran,110]

... “Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun”

[Bəqərə,143]
İmam Şatibi (Allah ona rəhmət etsin) son iki ayət haqqında bunları söyləmişdir: “Birinci ayədə,səhabələrin digər ümmətlərə qarşı üstünlükləri olduğu isbat edilməkdədir. Bu da ancaq onların hər mövzuda istiqamət sahibi olmalarını və durumlarının müxalifət deyil,müvəffəqiyyət içərisində olmasını gərədirir. İkinci ayədə isə onların mütləq ədalət sahibi olduqları bilinməkdədir.Bu da, birinci ayənin təfsirinə dəlalət edir.”

[Bax : Şatibi, əl-Muvəfəqat fî Usuli’ş-Şəri‘ə 4/45)]

Qatadə ibn Diamə əs-Sədusi (Allah ona rəhmət etsin) isə bele demişdir: “Təsdiq edib doğrulamanızı ən çox haqq edən kimsələr, Allah’ın Peyğəmbərinə dost olmaları və dinini iqamə etmələri üçün seçdiyi Allah rəsulunun sallallahu aleyhi və səlləm’in səhabələridir”

[Bax: Əhməd (3/134) Albani səhihdir deyib]

Şeyxu’l-İsləm İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir “Səhabəyə dil uzatmaq,dinə dil uzatmaqdır”

[Bax: İbn Teymiyyə, Minhəcu’s-Sünnə (1/18)]

İmam Zəhəbi “əl-Kəbəir” adlı məşhur əsərində səhabəyə dil uzatmağı böyük günahlardan saymışdır.

[ Bax: səh: 161-166,57]

Möminlərin anası Aişə (radiyallahu anhə) isə Misir xalqının Osman (radiyallahu anh) haqqında,Şam əhlinin Əli (radiyallahu anh) haqqında,Hərurilərin (Xəvariclərin) də bütün səhabə haqqında söylədikləri pis sözləri (söyüş və təqqirləri) eşidincə : 
“Onlar (ümmət) Peyğəmbər sallallahu aleyhi və səlləm’in əshabı üçün Allah’dan məğfirət (bağışlanma) diləməklə əmr olunduqları halda bunun əvəzinə onlara söydülər” demişdir

[Bax: Muslim 3022/15]

Hafiz Əbu Nu‘aym Aişə anamızın bu sözünü rəvayət etdikdən sonra açıqlama səbəbi ilə buları söyləmişdir: “Allah’a və rəsulu’na qarşı gəlib də onlara üsyan və müxalifət edəndən daha pis vəziyyətdə olan kim vardır ki? Görmürsən ki Allah-u Təalə Peyğəmbəri sallallahu aleyhi və səlləm’ə əshabını əff etməsi, onlar üçün bağışlanma diləməsini və onlara mərhəmət qanadını salmasını əmr etmişdir: “Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.” (Ali İmran,159)
“Sənə tabe olan möminləri qanadının altına al!” (Şuəra,215) Onlara söyüb, buğz edən, onların etdiklərini tə’vil və əməllərinin gözəl olmadığını söyləyən kimsə, Allah-u Təalə’nin əmrindən,verdiyi nəsihətdən və onlar haqqındakı tövsiyəsindən üz çevirən kimsədir. 

[Bax: Əbu Nu‘aym, əl-İməmətu və’r-Raddu ‘ale’r-Rafıza.s. 375-37)]

- İmam Malik (Allah ona rəhmət etsin) belə kimsələr barədə belə söyləmişdir :
“Bunlar elə kimsələrdir ki, əslində Allah rəsulunu sallallahu aleyhi və səlləm’i söymık istəmişlər ancaq bu onlar üçün mümkün olmayınca onun dostlarını (səhabələri) söymüşlər”

[İbn Teymiyyə,Minhəcu’s-Sünnə 7/459]

• Bu halda müsəlmanlara düşən görəv bu nasları uyğulayıb,əshabın hamsını özünə dost etmək, onları sevmək,Allah’dan onlar üçün razılıq diləmək, hər gözəl vasitələr ilə onları xatırlamaq, onların izindən getməkdir. Əhli Sünnə sözlərin ən doğrusuna uyub,yolların ən xeyirlisinə tabe olaraq salamatlığa qovuşacaq ən əfzəl bir topluluğun adıdır. Müvəfəqiyyət bəxş edən və xətalardan qoruyan yalnız Allahdır.

_______________________

Çevirdi : Abduz-Zahir Əhməd.

Hiç yorum yok:

Yorum Gönder