· Əgər qəlbini qırıblarsa, qəlbin qırıqdırsa, sıxıntı çəkirsənsə diz üstə çök, əllərini Rəbbinə aç və belə dua et: Ya Cəbbar! ("İstədiyini etdirməyə qüdrəti çatan, hər vəziyyətdə iradəsi olan, bütün çətinlikləri asanlaşdıran, məxluqatının ehtiyaclarını təmin edən, əskikliyi tamamlayan və nizam-intizamı tənzimləyən Sənsən"). Məni bütün sıxıntılarımdan qurtar!
· Əgər sənə zülm olunubsa, zülmə məruz qalmısansa diz üstə çök, əllərini Rəbbinə aç və belə dua et: Ya əl-Ədl (Ey Ədalətli Allah)! Mənə kömək et!
· Əgər səni doğru yoldan azdırmaq istəsələr, yaxud qəlbin günahlara meyl etsə, diz üstə çök, əllərini Rəbbinə aç və belə dua et: Ya Basir (Ey hər şeyi Görən)! Məni irşad et, mənə bilmədiklərimi öyrət, məni tərbiyləndir!
· Əgər ehtiyac içində olsan, səni möhtac vəziyyətinə gətirsələr, yaxud özün kiməsə, nəyəsə, nədəsə ehtiyac hiss etsən diz üstə çök, əllərini Rəbbinə aç və belə dua et: Ya Mucib (Ey dualara cavab verən)! Bütün istədiklərimi Səndən istəyirəm, Sən mənə ver. İstəklərimə Sən cavab ver!
· Əgər aciz olsan, yaxud da aciz vəziyyətə gətirilsən diz üstə çök, əllərini Rəbbinə aç və belə dua et: Ya Müntəqim (Ey intiqam alan!) Mənim düşmənlərimdən Sən intiqamımı al!
· Əgər sənin qəlbin Sevmək istəsə, Allahdan başqa o sevgiyə layiq olan heç kimi tapa bilməz. Hazırladı: Əkrəm Həsənov…
Hiç yorum yok:
Yorum Gönder