Mərhəmətli və Rəhimli olan Uca Rəbbimizin adı ilə facebookda olan müsəlman qardaş və bacılarıma bir xüsusi məsələni çatdırmaq istəyirəm.
Hörmətli qardaş və bacılarımız! Hər birinizin bir dostu olaraq sizə mühüm bir məsələdə ehtiyatlı olmağı və bu məsələnin təhlükəli olmasını xəbər vermək istəyirəm. Facebookda hamımızın çox sıx və tez-tez rastlaşdığımız “Bu səhifəni bəyənin”, “Bu şəkili bəyənin”, “Bu profili bəyənin”, “Görək kim bunu bəyənəcək” və s. kimi faydasız, lazımsız, heç bir dəyəri olmayan, xüsusi ilə, əsasən sizlərin və bizlərin hər birimizin vaxtını alan və bizə heç nə öyrətməyən səhifələrdən ehtiyatlı olaq. Bu kimi səhifələr Allahın razılığı üçün qurulan və açılan səhifələr deyildir. Xüsusən əgər siz fkir vermisinizsə bu cür səhifələrə dəvət edənlər qızların adından və şəklindən istifadə edirlər. Xüsusən bunların profillərində qız adları və şəkilləri olsada çoxları yalançıdırlar və əslən əmin olun ki, qızların adından istifadə edirlər. Bu cür səhifələrdə də bir çox gənclərin vaxtını alır, admin kimi dəvət edir, onların vaxtından və əməyindən istifadə edirlər. Artıq belə boş şeylərlə vaxt keçirməkdən və belə dəvətlərə cavab verməkdən özümlə bərabər hamınızı çəkindirirəm. Yəni məsləhət edirəm ki, gəlin belə səhifə dəvətlərinə aldanmayaq. Bununla həm də biz bilmədən başqalarının günahlarına ortaq oluruq. Allah qorusun. Belə boş-boş, mənasız səhifələrə aldanmayın və onların günahlarına ortaq olmayın. Əgər belə bir sözü gördüyünüz səhifə olsa dərhal o səhifədən qaçın, əmin olun ki, bu cür səhifələrdə xeyir-bərəkət, elm, fayda əldə edə biləcəyiniz heç bir şey yoxdur. Təəssüf edirik ki, bir çox adminlər bu işi pul qazanmaq üçün alət ediblər, belə ki, pozğun, faydasız sözlər və əməllər reklam olunan səhifələri bəyən düyməsi ilə yayaraq küllü miqdarda pul əldə edirlər. Ehtiyatlı olun ki, kiminsə əlində oyuncaq olmayasınız. Allah bizi qorusun. Amin! Həm özümə, həmdə sizə etdiyim bir nəsihətdir ki, heç kimin, xüsusən dindən və imandan payları olmayanların sizi istifadə edərək, sizin üstünüzdən pul qazanmasına, sizi avam yerinə qoymasına icazə verməyin. Hansı səhifədə belə bir vəziyyətlə qarşı-qarşıya gəlsəniz dərhal səhifədən çıxın. Bu xəbərdarlığı oxuyanlar oxumayanlara da xəbər versin.
Müsəlman qardaş və bacılarımız! Biz dində olduğumuz üçün izzətli hesab olunuruq və dində olmayanların oyununa gəlməkdən özümüzü çox qorumalıyıq. Mənim nəsihətimi bir qardaş nəsihəti kimi qəbul edin. Bu cür səhifələrin daha çox reklam olunmasına və bu cür səhifələrdə daha çox insanların olmasına rəvac verməyin. İslama aid səhifələrin daha çox olmasına dəstək durun. Beləliklə Allah təalanın və göndərdyi elçisinin kəlamlarını və bu yolda gedənlərin sözlərini və əməllərini yazıb yaysaq daha gözəl əməl etmiş olarıq. Ən düzünü bilən uca Allahdır. Haqqınızı halal edin...
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder