Möminin həyatı daima bu iki iş arasındadır: Asanlıq və Çətinlik.
Əgər yəqinliklə iman edirsənsə onların hər ikisi də nemətdir.
Asanlıqda Allaha şükr edirsən. Allah təala buyurur: “... Allah şükür edənləri mükafatlandırar” (Ali İmran 144-cü ayə).
Çətinlikdə isə səbr edirsən. Allah təala buyurur:
“...Yalnız səbr edənlərə mükafatları hesabsız veriləcəkdir” (Zumər surəsi 10-cu ayədən).
Həm şükr edənlərdən, həm də səbr edənlərdən ol ki, həyatın nemət içərisində olsun. Hər bir halda Allaha həmd olsun. Hazırladı: Əkrəm Həsənov (İlahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder