11 Eylül 2011

Övrət yeri


(Övrət insanın gizli saxladığı və başqalarına göstərməyə həya etdiyi bədən hissələridir) 

• Qadının kişiyə baxması.
1) Kişinin övrət sayılan yerlərinə baxmaq.
- Yad bir qadının,kişinin örtülməsi gərəkdiyi yerlərinə yəni göbəkdən dizə qədər baxmasının qadağan olunması barəsində görüş birliyi vardır.Bu baxışın şəhvətlə olub olmamasından aslı olmayaraq.Belə vəziyyətdə baxışları başqa səmtə çevirmək əmr olunmuşdur
(Bax : Muslim, Ədəb, 45; Əbu Davud, Nigah, 43; Tirmizi,Ədəb, 28.)

Bəzi alimlərə görə,kişinin bud’u da övrət yeri sayılır. Çünki, bir hədisdə, "Bud övrət yeridir."

(Buxari, Salat, 12; Tirmizi,Ədəb, 40; Əhməd, l, 478.) söylənmişdir.

Digər hədisdə isə Cərhəd əl-Əsləmi deyir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) mənim yanımdan keçirdi. Əynimdə əba vardı, amma baldırım (budum) görsənirdi. Peyğəmbər bunu görüb dedi: “Baldırını ört. Doğrudan da baldır övrətdir”

(Sıhihun liğeyrihi. əl-İrva: № 269. Tirmizi: 4/ 197/ № 2948. Əbu Davud: 11/ 52/ № 3995. Bu məsələ haqqında “Təhzibus Sünnə” adlı kitabda (6/ 17) İbn əl-Qeyyimin sözlərinə bax.)

İmam Malik (179/795), Ənəs ibn Malik'in (ö. 91/717); "Allah rəsulunun (sallAllahu aleyhi və səlləm),budunu açığ olaraq gördüm" 
( Buxari, Salat, 12; Tirmizi, Ədəb, 40;Əhməd, l, 478.) sözünə dayanaraq,kişinin övrət yerini yalnız ön və arxadan ibarət olduğu görüşünü üstün tutmuşdur.Bu hədis səhihdir,lakin çoğluq daha daha ehtiyyatlı davranmışlar.
Digər yandan Peyğəmbər (sallAllahu aleyhi və səlləm)'in Əli'yə belə dediyi rəvayət olunub: "Budunu açma, diri vəya ölü heç kimsənin buduna baxma." 
(Əbu Davud, Hammam, 1; Əhməd, I, 146)

-Bəzi fəqihlər, görüş birliyi olan ön və arxa üçün "qəliz övrət yeri" baldır (bud) üçün isə "xəfif övrət yeri" ifadəsini işlətmişlər, beləcə bu görüş ayrılığından,ümmətin lehinə bir xəfifləmə olabiləceyi görüşünə meyl etmişlər.
İmam Malikin görüşü, günümüzdə böyük topluluqları maraqlandıram güləş,üzgüçülük və digər idman sahələrində idmançı və tamaşaçının durumunu xəfiflətməkdədir.Ancaq mö'minlər öz gücləri daxilində olan dəniz, göl,və s.yerlərə girərkən və bir neçə idman oyunlarında (futbol və s.) çoxluğun görüşünə uyaraq dizlərlə göbək arasını örtən geyimləri tərcih etməlidir. Bu,ədəbə,ehtiyyatlı olmağa və təqvaya daha yaxındır.

2) Kişinin övrət sayılan yerlərinə baxmaq:
- Bəzi fəqihlərə görə qadın şəhvətsiz olmaq şərtiylə yad kişinin göbəklə diz qapaqları arası xaricində qalan qol,bacağ,sinə və kürək kimi yerlərinə baxa bilər. 
Çünki hədislə sübuta yetirilib ki, Aişə (Allah ondan razı olsun) Həbəşilər məsciddə (qılınc ilə) oynayarkən onlara baxmış və Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Aişəni onlardan (görməmək üçün) örtmüşdü və o (sallAllahu aleyhi və səlləm) Aişənin baxmasına etiraz etməmişdi 
(Buxari,Salat, 69,Cihad, 79; Muslim)

Başqa bir uyqulama isə budur: Fatimə binti Qeys ərindən boşanınca,Allah elçisi, onun iddəsini, zəngin bir xanım olan Ümmü Şüreykin yanında qalaraq keçirməsini istəmişti. Ancaq Ümmü Şüreyk'ın ziyarətçilərinin çox olması səbəbi ilə Fatimə'nin örtünmədə zorluq çəkə biləcəyini düşünən Allah elçisi,ona daha sonra : "İddə müddətini,əmin oğlu oğlu Ümmi Mektum'un evində keçir. Çünki o,kor olduğu üçün,geyimini çıxardığında səni görməz."
(Muslim, Talaq, 40; Əbu Davud, Talaq)
- Digər yandan səhabə xanımlar ehtiyyac halında kişilər ilə danışırdılar,alış-veriş edirdilər və sual soruşurdular.Bayram namazında Peyğəmbərimiz,Bilal Həbəşi ilə birliktə qadınların tərəfinə keçmiş,öyüt vermiş və onları sədəqə verməyə təşviq etmişdir.Bu arada Bilal paltarını açmış,qadınlar üzərlərində olan pul,üzük və s. şeyləri bu paltarın üstünə atmışdılar. 
(Buxari, II, 273; Əbu Davud, l, 174; Nəsai, l, 227)
- Bəzi fəqihlərə görə isə qadın,yad bir kişinin övrət yeri ilə bərabər digər yerlərinə də daha baxa bilməz.Bu baxış istər şəhvətsiz olsun istərsə də şəhvətsiz.Dəlil, Nəbhan'ın rəvayət etdiyi bu hədisdir.Örtünmə ayələri nazil olduqdan sonra,gözləri görməyən Abdullah ibn Ümmi Məktum,Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) gəlmişdi. Nəbi (sallAllahu aleyhi və səlləm)'in zövcələri Ümmü Sələmə ilə Meymunə (Allah hər ikisindən razı olsun) də orada idilər.Allah elçisi onlara örtünmələrini bildirincə, Ümmü Sələmə; "Axı onun gözləri bizi görmür?O,görməz və tanımaz" dedi. Bunun üzərinə Peyğəmbər : "Sizində gözləriniz görmür?Siz ki onu görürsüz?" dedi 
(Tirmizi,Ədəb, 29; Əbu Davud, Libas, 34; Əhməd, VI, 296)
- Ancaq bu rəvayət,mühədislərə görə tənqidə uğramışdır.Çünki Nəbhan çox tanınmayan bir ravidir. Digər yandan bu hədisin Peyğəmbərin zövcələrinə xas bir hökm ifadə etməsi, Fatimə binti Qeys hədisinin isə, digər mö'min xanımlar üçün olması da muhtəməldir.İmam Əhməd ilə Əbu Davud bir birinə zid kimi görünən bu iki hədisin arasını bu şəkildə birləşdirmişlər: "Burada daha sağlam olan Fatimə binti Qeys hədisini,Nəbhannın rəvayət etdiyi hədisdən üstün tutmaq daha uyğundur." 
(İbn Qudəmə, əl-Muğni, VI, 563)
Sonuç olaraq kişi vəya qadının qarşı cinsdən yad bir kimsənin məhrəm olmayan yerlərinə baxması caiz isə də bu baxışın zövq və cinsəl istək duymağ üçün olmaması gərəkir.Əks halda normal şərtlərdə məşru sayılan bir baxış,kişinin qəlbindəki niyyətinə görə məşru olmaqdan çıxar.Çünki kişi vəya qadının baxma və seyr etmə yoluyla qarşı cinsə təsir göstərməsi bir həqiqətdir.Bu səbəbdən İslam hər iki cinsin də gözlərini haramdan qorunmasını istəmişdir. 

• Muhəmməd ibn Salih əl-Üseymin’ə (Allah ona rəhmət etsin) belə bir sual verildi :

“Qadın onun məhrəmi olmayan kişilərə baxa bilərmi, yoxsa bu haramdır?”

Cavab: Qadınlar kişilərə istər televizorda olsun, istərsə də başqa şəkildə, baxdıqda bu halda iki haldan birinin olması qaçınılmazdır.
1)Şəhvət və ləzzət hissi ilə baxmaq ki, bu haramdır. Çünki bunda şərr, münkər və fəsad var.
2) Şəhvət hissi və yaxud ləzzət olmadan sadəcə görmək, baxmaq. Alimlər arasındakı doğru rəyə əsasən bunda bir xəta yoxdur və icazəlidir.

• Qeyd : Ön və arxa qəliz övrət yerlərini qeyri-namaz vaxtlarında da örtmək vacibdir. Təklikdə və ya qaranlıqda olarkən ehtiyac olmadan bu övrət yerini açmaq məkruhdur. Sünnət olunma, cərrahiyyə və s. bu kimi zərurət halında isə bu yerləri başqasının önündə açmaq olar.

-Ən doğrusunu isə Allah bilir.

______________________________
________

Hazırladı : Abduz-Zahir Əhməd.

Hiç yorum yok:

Yorum Gönder