11 Eylül 2011

Onlar Allahı layiqincə qiymətləndirmədilər. (Zumər surəsi, 67)



• Allah yerə imamların qəbirlərini ziyarət etmək üçün nazil olur (enir). [1]

• Allah Hüseynin qəbrini ziyarət edir, onunla əl ilə görüşür və onunla çarpayıda əyləşir. [2]

• Əli ibn Əbu Talib demişdir:
- Mən Allahın kəlamı, qəlbi və daxil olan qapısıyam. O qapıdan səcdə edərək daxil olun, sizlərin günahlarınızı bağışlayım, əmisalehlərin savabını daha da artırım. Mənimlə və mənim əlimlə Qiyamət qopacaq. Mənə yalnız batil (əhli) şübhə edər. Mən əvvələm və sonuncuyam zahirəm və batinəm, mən hər şeyi bilirəm. [3]

• Əbu Haşim Cəfəri deyir:
- Bir dəfə mən Əbülhəsənin yanında idim. Öz-özümə fikirləşirdim ki, ona deyim ki, elə bil onlar hər ikisi, — (mən Əbu Cəfəri və Əbu Məhəmmədi nəzərdə tuturam) — Əbülhəsən Musa və Ismayıl ibn Cəfər ibn Məhəmməd kimidirlər. Onların həyatları da bir-birinə bənzəyir. Belə ki, Əbu Məhəmməd Əbu Cəfərdən sonra bütün müsəlmanlar üçün nümunə idi. Əbülhəsən məni qabaqlayıb ağzımı açmağa qoymadı və dedi: — Düzdür, ey Əbu Haşim, Əbu Cəfər öləndən sonra Allaha Əbu Məhəmməd haqqında Əbu Cəfər haqqında bilmədikləri aydın oldu, necə ki, İsmayıl öləndən sonra Allaha Musa haqqında onun indiki vəziyyəti haqqında öyrəndikləri aydın olmuşdur. [4]

• Cəfər ibn Məhəmməd Baqir öz oğlu Ismayılın imam olduğunu söyləmiş və buna o sağ ikən işarə vurmuşdur. Sonra Ismayıl ölmüş və o özü sağ ikən demişdir: — Allaha mənim oğlum Ismayıl haqqında aydın olan şey o zaman mənim haqqımda aydın olmamışdır. [5]

• Bu ümmətdən tək Abdulmuttalib diriləcək. O dirilərkən hökmdarların cəlalına və peyğəmbərlərin simasına malik olacaq, çünki o, Allahın yeni fikrə düşməsini deyən birinci adamdır. [6]

• Əli İbn Əbu Talib tez-tez deyərdi ki, mən Cənnət və Cəhənnəm arasında Allahın şərikiyəm. [7]

• Muhəmməd əl-Bəqir deyir:
- Əli demişdir: “Mənə altı şey verilib: taleləri bilmək, üz verəcək bəlaları bilmək, vəsiyyətləri bilmək, son sözü demək, kimlərin öləndən sonra bu dünyaya qayıdacaqlarını xəbər vermək. [8]

• Əbu Abdullah deyir:
- Mən səmalarda və yerdə nə olduğunu, Cənnətdə və Cəhənnəmdə nə olduğunu, ümumiyyətlə, əvvəllər baş vermiş və gələcəkdə baş verəcək hər şeyi bilirəm. [9]
Bu dünya və axirət imama məxsusdur. O bunları istədiyi yerə qoya bilər, istədiyi adama verə bilər. [10]

• Cəfər ibn Bəqir deyir:
- Biz Allahın əmrinin, Allahın elm xəzinəsinin və Allahın vəhy sandıqçasının sahibləriyik. [11]

• Biz xəlifəsi ƏbuBəkr olan Allaha və Peyğəmbərə inanmırıq. [12]

• Mən hakimiyyəti Osmana və Müaviyəyə verən Allaha inanmıram. [13]

• İmam Mehdi gəldikdə Aişəni DİRİLDƏCƏK və onu qamçılayacaq. [14]

• Muhəmməd peyğəmbərdən başqa bütün peyğəmbərlər və mələklər 12 imamın QULLARI idi. [15]

• İmam Bəqir deyir:
- Allah elçisinin dünyadan köçmə vaxtı gələndə Allah ona belə vəhy etdi: “Ey Muhəmməd, sənin vaxtın bitib, peyğəmbərlikdə nəyin vardısa Əli İbn Əbu Talibə verilir ki, Mən elmi, imanı və varisliyi digər peyğəmbərlərdən davam etdirdiyim kimi, səndən sonra da davam etdirim. [16]

• Cəfər əs-Sadiq deyir:
- O nə imamdır ki, qeybdən xəbəri olmasın, öz taleyini bilməsin. Allahın beləsini imam yaratdığını heç nə sübut edə bilməz. [17]

• Əbu Abdullah deyir:
- Bizim vilayətimiz Allah vilayətidir. Bu elə bir şeydir ki, onsuz heç bir peyğəmbər göndərilməmişdir. [18]

• Əli ibn Əbu Talib demişdir:
- Allah mənim vilayətimi göy və yerin əhlinə ərz etmişdir. Bunu qəbul edənlər qəbul etmiş, inkar edənlər inkar etmişlər. Yunus (aleyhissələm) onu inkar etmiş, Allah da onu mənim vilayətimi qəbul edənəcən balığın qarnında həbs etmişdir. [19]

• Əbulhəsən demişdir: 
- Əlinin vilayəti haqqında peyğəmbərlərin bütün səhifələrində yazılmışdır və Allah Muhəmmədin (sallAllahu aleyhi və səlləm) nübuvvəti və Əlinin iradəsi olmadan heç bir peyğəmbər göndərməz. [20]

[1]- Təzhib, Bab- Fədlu Ziyəra, cild-6, səh.21; Furu əl-Kəfi, Bab əz-Ziyəra, cild 4, səh. 579-580; Muhyiddin, Kitəbul-Məzar, Bab- Ziyərayul Əmirul mu’minin, səh. 30
[2]- Səhihul Fəthul Əbrar, cild-2, səh. 140; Dəvatul İməmə, səh. 78; Mədinətul Mə’cəiz, cild-3, bab-25, səh. 460, 980-cı rəvayət
[3]- Bihərul Ənvar, cild 39, səh. 348
[4]- Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, Kitəbul-Huccə, cild-1, səh. 327
[5]- Növbəxti, Firaq əş-Şi’ə, səh. 84
[6]- Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, Kitəbul-Huccə, cild-1, səh. 283
[7]- Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, Kitəbul-Huccə, cild-1, səh. 196-197
[8]- Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, cild-1, səh. 198
[9]- Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, cild-1, səh. 261
[10]- Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, cild-1, səh. 409
[11]- Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, cild-1, səh. 409
[12]- Məsudi, Ənvarun-Numəniyyə, səh. 278
[13]- Xomeyni, Kəşful-Əsrar, səh. 107
[14]- Təfsir əs-Səafi, bənd-16, səh. 108
[15]- Bərkət Əli, Mənəzara, səh. 35 
[16]- Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, Kitəbul-Huccə, cild-2, səh. 212
[17]- əl-Kəfi fi əl-usul, Kitəbul-Huccə, səh.285
[18]- Bəsair əd-Dəracət, Cild-2, səh. 9; Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, Kitəbul-Huccə, cild-1, səh. 438
[19]- Bəsair əd-Dəracət, Cild-2, səh.10
[20]- Yə’qub əl-Kuleyni, əl-Kəfi fi əl-Usul, Kitəbul-Huccə, cild-1, səh. 438

________________
Hazırladı: əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder