13 Eylül 2011

Ölən adam üçün iki şeydən çəkinmək lazımdır


Əksər insanların bunları edət halına çevirməsinə baxmadan, deyiləcək iki şeydən çəkinmək lazımdır:

1. Başsağlığı vermək üçün, ev, qəbiristanlıq və ya məscid kimi - xüsusi məkanda toplaşmaq.

2. Ölənin ailəsinin başsağlığı verənlərə yemək təqdim etməsi.

Cərir ibn Abdullah əl-Bəcəli (رضي الله عنه) deyir ki, "biz ölənin ailəsinə toplaşmağı və o dəfn olunandan sonra yemək təqdim etməyi ağı demək hesab edirdik"

( Hədis səhihdir. Səhih Sünən İbn Macə: 1308. İbn Macə: 1/ 514/ 1612)

Sünnəyə görə ölənin yaxınları və qonşuları onları döyuzdurmaq üçün yemək hazırlamalıdırlar. 

Abdullah ibn Cəfər (رضي الله عنهما) deyir ki, Cəfər ölən zaman bəd xəbər gəldikdə Peyğəmbər (صلى الله عليه وعلى آله وسلم) dedi: 

"Cəfərin ailəsi üçün yemək hazırlayın. Onları məşğul edən hadisə baş vermişdir"

(Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: 1015. Əbu Davud: 8/ 406/ 3116. Tirmizi: 2/ 234/ 1003. İbn Macə: 1/ 514/ 1610.)

Hiç yorum yok:

Yorum Gönder