15 Eylül 2011

Dərslər başlandı, əziz tələbələr elm öyrənin

Bismilləh. Budur artıq dərslər başlandı. Bütün tələbə dostlarımızı yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edirik. Onlara uca Allahdan faydalı elm arzu edirik.

Gənc dostlar! Özünüzü günahlardan və haramlardan qoruyun. Evdən elm öyrənmək üçün çıxırsınız. Düşünün ki, sizə verilən hər bir nemət sizə verilən əmanətdir. Buna əmin olun ki, sizi bu dərs mövsümünə uca Allah çatdıırdı. Elə tələbələr oldu ki, dərs mövsümünə çata bilmədilər. Ancaq uca Allah sizi bu mövsümə çatdırdı. Buna görə bunu Allahdan sizin üçün bir hədiyyə bilib dərslərinizə diqqət edin. 

Əziz gənc qız tələbələr! Geyimlərinizə fikir verin. Unutmayın ki, sizin hər birnizə məsuliyyət daha çox düşür. Çünki siz geyim formanıza və davranışınıza görə diqqəti daha çox cəlb edirsiniz. Nə qədər gənc oğlanlar sizin geyim səviyənizə görə dərslərdən fikirlərini yayındırır və günahlara meyl edirlər. Bu da nəticədə bir çox fitnə-fəsadların baş verməsinə səbəb olur. Özünüzü atəşi şiddətli olan oddan qoruyun. 
Əziz gənc oğlanlar! Sizə verilən vaxt və imkanı dəyərləndirin. İndi sizin əsas diqqətiniz dərsə fikir vermək olsun. Auditoriyalarda müəllimi diqqətlə dinləyin. Gələcəkdə sizin üzərinizə böyük yüklər düşür. Əgər siz dərslərinizə fikir verməsəniz həyatda müəyyən uğurlara nail ola bilməzsiniz. Oxuyun, öyrənin. Niyətinizi Allah üçün edin. Hər bir addımı atanda Allah üçün atın. Belə etsəniz inşallah oxuduqlarınız və öyrəndikləriniz bəlkə sizə fayda verə bilər. Özünüzü haram və günahlardan qoruyun. Haram baxışdan, zinaya aparan bütün yollardan, dərsdə, auditoriyada telefonla oynamaqdan özünüzü qoruyun. 
Hər birinizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. 

Hörmətlə: Əkrəm Həsənov (İlahiyyatçı, elmi işçi)

Hiç yorum yok:

Yorum Gönder