14 Ağustos 2011

Ümmətə Suallar


Ümmətə Suallar

• Ey müsəlman, bu mübarək Ramazan ayında sənə verilən vaxt nemətini dəyərləndirdinmi, vaxtının qədrini bildinmi?
• Düşün! Keçən Ramazan ayında bizimlə olanlar harada qaldı?
• Ölüm ömürlərini sona çatdırıb, onları həyatlarından etmədimi?
• Kəfənə bükmədimi?
• Onların hər birini məzara düzmədimi?
• Əcəli onların əleyhinə çevirmədimi?
• Üzlərinə torpaq atılmadımı?
• Bəs bizimlə ayın əvvəlində oruc tutanlar harada qaldı?
• Məgər onlar Ramazanı sona çatdırıb, savab əldə edəcəklərini gözləmirdilərmi?
• Onlar saraylardan zülmət qəbrlərə, yumşaq döşəklərdən sərt torpağa göndərilmədilərmi?
• Onların başına gələnlər bizim başımıza gəlməyəcəkmi?
• Heç bir kəsin qurtula bilməyəcəyi bu ölümü xatırlayırsanmı?
• Ölüm gəldiyi zaman apara bilmədiyi bir kəs varmı?
• Kim evinə sığındı da, ölüm onu çıxara bilmədi?
• Kim uzun müddət yaşamaq istədi ki, ölüm ona mane olmadı?
• Hansı yüksəkliyə çıxdı ki, ölüm o yüksəkliyə qalxa bilmədi?
• Məgər nə qədər qadınların dul, uşaqların yetim qaldığını görmədinmi?
• Bir dəfə də olsun, bunları düşünmədinmi?
• Can boğaza çatmamış tövbə etdinmi?
• Bu mübarək ayda Axirətin üçün hazırlıq gördünmü?
• Bəs gələn Ramazana kimi yaşayacağına əminsənmi?
• Bu ayın layiqincə haqqını verdinmi?
• Gizlidə və aşkarda layiqincə Allahdan qorxdunmu?
• Bu ayda haram baxışdan, haram sözlərdən uzaqlaşdınmı?
• Uzun və ağır səfər üçün tədarük gördünmü?
• İbadətinlə Rəbbinə yaxınlaşdınmı?
• Yoxsa bu ay səni Rəbbinə yaxınlaşdırmayıb, əksinə daha çox uzaqlara apardı?
• Gecələri namaza qalxdınmı?
• Allahı xatırladınmı?
• Sən heç Ramazan gecələrini sevinclə qarşıladınmı?
• Yuxunla arana Allah qorxusu girib, yuxunu qaçırdımı?
• Gecə təkliyə çəkilib, Allahı yada salaraq göz yaşı axıtdınmı?
• Qəlbin Allah qorxusundan titrədimi, Allah sevgisindən yumşaldımı?
• Bu ayda Allaha tövbə etdinmi, Ondan bağışlanma dilədinmi?
• Oyun və əyləncəni bir kənara atdınmı?
• Salehlər və nicat tapanlar dəstəsinə qoşuldunmu?
• Fərz və nafilə ibadətləri lə Rəbbinə qulluq etdinmi?
• Həyatını ibadətinlə bəzədinmi?
• Quranı düşünərək oxudunmu?
• Əzab vəd olunan ayələrə çatdıqda bütün vücudun Allah qorxusundan titrədimi?
• Bu qurtuluş ayında Cəhənnəm odundan qurtulmağı dilədinmi?
• Allahın hər iftarda Cəhənnəmdən azad etdiyi qullar içində olmağı arzu etdinmi?
• Bu ayda Allahın tövbə qapısını döydünmü?
• Ey müsəlman, bu ayda da Allahın rəhmətini qazanmasan, axı hansı ayda qazanacaqsan?

__________________
Hazırladı: əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder