Bir gün sultanlardan biri Kəbəyə gəlir. Ona Ömər ibnul Xattabın (radıyAllahu anhu) nəslindən olan, abid və fəqih bir kişini göstərirlər. Sultan ona yaxınlaşıb, hörmət əlaməti olaraq deyir:
-Məndən nə istəyirsən istə, istədiyini sənə verim.
Həmin kişi buyurur:
- Allahın evində Ondan qeyrisindən istəməyə utanıram.
Bu sözdən təsirlənən sultan heç bir söz demədən, kişinin məsciddən çıxacağını gözləyir. Elə ki, məsciddən çıxırlar, sultan həmin kişiyə yaxınlaşıb deyir:
- Artıq Allahın evindən çıxdıq, indi nə istəyirsən istə!
Kişi soruşur:
- Axirətdən istəyimmi, yoxsa dünyadan?
Sultan –“Əlbəttə ki, dünyadan.”- deyə cavab verərkən, Ömər ibnul Xattabın nəslindən olan həmin kişi buyurur:
- Mən bu vaxta qədər dünyanı heç onun Sahibindən istəmədim, səndənmi istəyəcəm?!
[ Kənzul Umməl- kitabı ]
__________
əz-Zubeyr
Hiç yorum yok:
Yorum Gönder