24 Ağustos 2011

Ramazanda ziyana düşənlər kimlər oldu?

Ramazanda ziyana düşənlər kimlər oldu:
1.     O kəslər ki, inanaraq və savabını uca Allahdan umaraq, istəyərək oruc tutmadılar. Yaxud da oruclarını kiməsə göstərmək üçün və ya özlərini başqalarından üstün tutmaq üçün oruc tutdular.
Allahın Rəsulu (ona və ailəsinə salam olsun) bu barədə belə demişdir: “Kim Ramazan ayında imanla və savabını Allahdan istəyərək oruc tutarsa onun keçmiş günahları bağışlanar” (Əvvəllər işlətdyi kiçik günahları bağışlanar) (Buxari və Müslim). Bu ona dəlildir ki, kim iman etmədən, savab əldə etmə niyəti olmadan oruc tutarsa onun keçmiş işlətdyi günahlar bağışlanmaz, əgər Ramazan ayında  günahlardan kişi bağışlanmazsa bəs hansı ayda bağışlana bilər? Ey qüdrətli Rəbbimiz! Günahlarımızı bağışla. Amin! Çünki biz bunu Səndən çox istəyirik.
2.     O kəslər ki, Ramazan gecələrində gecə namazlarını tərk etdilər, gecə namazlarına istəmədən gəldilər, Allaha itaətdə tənbəllik edərək və qəlblərində ikrah edərək gecə namazlarını icra etdilər və digər ibadətləri etdilər. Onların Ramazan ayından heç bir nəsibi və heç bir bağışlanma payı olmadı. Ya Rəbbimiz! Bizi belələrindən etmə! Amin!
3.     O kəslər ki, əvvəlki pis əxlaqlarına davam etdilər, oruca dəvət edəndə qəzəbləndilər və bu böyük savab işə rəğbət etmədilər, əvvəlki günlərdə olduğu kimi haramları işlətdilər. İnsanları pis işlərə, günahlara, haramlara dəvət etdilər, apardılar və özləri də bu haramları yerinə yetirdilər. Yaxud da oruclu olduqları halda yenə də haram əməllərinə davam etdilər, oruclu olduqları halda pis söz danışdılar, harama baxdılar, haramı dinlədilər.  “Kim pis sözü və əməli tərk etməsə Allahın onun yeyib içməsini tərk etməsinə heç bir ehtiyacı yoxdur” (Buxari).
4.     O kəslər ki, vaxtlarını yatmaqla, qəflətlə, televiziya kanallarına boş-boş teleseriallar və kliplər izləməklə, musiqi dinləməklə keçirərək Yerin və Göyün Rəbbini qəzəbləndirdilər. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurmuşdur: “Orucun ləzzəti (dadı gözəlliyi təkcə yeyib içməyi tərk etmək deyildir” (Albani hədisə səhih həsən demişdir).
5.     O kəslər ki, namazlarını zay etdilər, həm evlərdə, həmçinin də məscidlərdə camaatla namaz qılmağa gəlmədilər, camaat namazlarını tərk etdilər, Allah təala onlar haqqında belə buyurur: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar)” (Məryəm surəsi, 59).
6.     O kəslər ki, oruclarını fəsad edərək cima etdilər (yəni cinsi əlaqədə oldular), yedilər, içdilər, istimna etdilər (masturbasiya etdilər), müxtəlif yalanlar danışdılar, qeybət etdilər, söz gəzdirdilər (nəmmamlıq etdilər), dedi-qodu etdilər, kimisə məsxərəyə qoydular (kiməsə lağ etdilər), kiməsə istehza etdilər, ələ saldılar, tənə etdilər, fahişəlik və başqa saymadığımız bütün günah və pis işləri, çirkin işləri gördülər.
7.     Kimlər ki, islam ölkələrini tərk edib, açıq aşkar günah və haram işlənən yerlərə zövq almaq üçün getdilər, oruc tutulan, namaz qılınan ölkələrini oruc tutmamaq üçün və oruc tutanlardan uzaq qalmaq üçün, müsəlmanlarla birlikdə olmamaq üçün və bütün bunlardan başqa ayrı bir səbəb olmadan vətənlərini tərk etdilər.
8.     O kəslər ki, ayın əvvəlindən ibadətə başlamaq üçün ictihad etmədilər, hazırlıq görüb doğru yol üzərində getmədilər, tövbə edib əvvəlki haram və günahlarını tərk etmədilər, dinə qarşı, oruca qarşı, saleh əməllərə qarşı arxalarını çevirdilər, öz əvvəlki ziyan içində və zərər içində olduqları həyatlarını yaşamağa davam etdilər.
9.     O kəslər ki, Ramazan ayında Allahın Kitabı Quranı tərk etdilər, oxumadılar, oxmağa cəhd etmədilər, oxumağı ürəklərində arzu etmədilər, onun haqqında oxuyub düşünmədilər, ayələri oxuyub tədəbbür etmədilər, düşünmədilər, öyrənmək belə istəmədilər, uca Allah belə buyurmuşur: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)” (Məhəmməd surəsi 24).
10.                  O kəslər ki, öz mallarından paxıllıq edib Allah yolunda, Allah üçün xərcləmədilər, ac olanı doyurmadılar, yolda qalana yemək vermədilər, barınacağı olmayana barınacaq yer vermədilər (yəni qalmağa bir yeri olmayana qalmağa yer vermədilər), necə ki, bütün bunların hamısı yaxşılıqların ən yaxşısıdır. Allah təala buyurur: “Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!” (Muhəmməd surəsi, 38).

Hazırladı: Əkrəm Həsənov
(Bir çox mənbələrdən istifadə olunmuşdur)

Hiç yorum yok:

Yorum Gönder