23 Ağustos 2011

Allaha qarşı səmimi olaq!


Allahla səmimi və ona qarşı doğru və sadiq olmalıyıq. İbn Qeyyum (Allah ona rəhmət etsin) deyir: Qul üçün bütün işlərində Rəbbinə qarşı doğruluqdan (dürüstlükdən, sidqdən) daha faydalı bir şey yoxdur. Allaha qarşı doğru olmaq onun üçün ən böyük işdir. Allah təala belə buyurmuşdur:"Əgər hər bir işdə əzm edib Allaha qarşı doğru olsan bu sənin üçün xeyirli olar". Başqa bir ayədə uca Allah bizə belə buyurur: "(Ya Rəsulum!) Kitabda (Quranda) İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi" (Məryəm 41). İbrahim peyğəmbər (əleyhissəlam) Rəbbinə qarşı sidq ürəkli və doğru olduğu üçün uca Allah onu öz kitabında bizə xəbər vermişdir. Demək bizdə çalışmalıyıq ki, uca Allaha qarşı doğru olaq. Allah təala başqa peyğəmbərlərin də siddiq, Allaha qarşı sadiq və doğru olduqlarını bizə xəbər vermişir. Uca Allah buyurur: "Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmailin əməli Allah dərgahında bəyənilmişdi). (Ya Rəsulum!) Kitabda (Quranda) İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi. Biz onu yüksək bir məqama (Cənnətə, yaxud dördüncü göyə) qaldırdıq. Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir] (Məryəm surəsi 54-58-ci ayələr). Ümumiyyətlə, gördüyünüz kimi uca Rəbbimiz Özünə qarşı səmimi, sadiq, doğru olan qullarını sevir və onları başqa qullarından üstün hesab edir. Ey ağıl sahibləri! Görün bizim necə gözəl Rəbbmiz var. Bizdən Özünə qarşı səmmi olmağımızı və doğru dürüst olmağımızı bizdən tələb edir. Ya Rəbbimiz! Bizi də siddiqlərdən et. Amin! 

Hazırladı: Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder