25 Ağustos 2011

ŞERİN - "gözəl olanı gözəl, çirkin olanı da çirkindir” [İmam Şafii]


Ubey ibn K ‘əb -radıyallahu anhu- rəvayət edir ki,Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir : “Şerdən bir qismi hikmətdir”

[Səhih əl-Buxari]

Bəra ibn Azib -radıyallahu anhu- rəvayət edir ki,Peyğəmbər səllallahu aleyhi və səlləm kafirlərin cavabını vermək üçün Həssənə deyərdi : “Onlara səlis bir şey söylə! Arxayın ol,Cəbaildə səninlədir”

[Səhih əl-Buxari]

K’əb ibn Malik -radıyallahu anhu- rəvayət edir ki Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir : “Qüdrətli və qüvvətli Allah hər şey haqqında bəzi ayələr nazil etmişdir.Əlbətdə ki,mömin həm qılıncıyla həndə dili ilə cihad etməlidir.Canım Əlində olana and olsun ki,bu şerlər atdığınız oxun ucu kimi itidir”

[Müsnəd İmam Əhməd Silsilətul Əhadis əs-Səhihə]

Şərid -radıyallahu anhu- rəvayət edir ki,Peyğəmbər səllallahu aleyhi və səlləm məni dəvəsini tərkinə alıb dedi : “Umeyyə ibn Səltin şerindən bildiyin parçalar varmı? Mən: “Bəli” deyib ona yüz beyt oxudum.Peyğəmbər mənə: “Davam et!” deyə buyurdu.

[Səhih Ədəbul Murfad]

Abdullah ibn Amr -radıyallahu anhu- rəvayət edir ki,Peyğəmbər səllallahu aleyhi və səlləm dedi : “Şer sözə bənzəyir.Yaxşısı yaxşı söz kimi,pisidə pis söz kimidir”

[Səhih Ədəbul Murfad]

Aişə -radiyallahu anhə- demişdir : “Şerdən bir qismi yaxı olur bir qismi də pis.Sən yaxşısını götür,pisini isə tərk et.Mən Kəb ibn Malik’in şerlərindən bəzisini rəvayət etdim.O şerlərin,bir qəsidəsində qırx və bundan daha az beyt vardı.

[Səhih Ədəbul Murfad]

Qeyd : Allaha,onun rəsullarına,mələklərinə,kitabl
arına və İslam dini ilə bağlı hər hansısa bir məsələyə zidd olan şer şübhəsiz ki qadağandır.Eləcədə hər hansısa bir məsələni qədərindən artıq şişirmək və alçaldmaqdan ibarət olan şerlərdən də çəkinmək gərəkir. Lakin bütün bunlardan uzaq olan adi bir şerdə qəbahət yoxdur. Əgər şerin sözlərində xeyir olarsa – gözəl əxlaqı və mərhəmətli olmağı tərif edən,ixlaslı olmağa, valideyinlərə və qonşuya qarşı gözəl münasibətdə olmağa və s. şəriətə zidd olmayan (sözlər) olarsa bunda heç bir qəbahət yoxdur.

-İmam Şafii -rahmətullahi- aleyhi şerlər barəsində : “Gözəl olanı gözəl, çirkin olanı da çirkindir”

-Şeyx Useymin -rahmətullahi aleyhi- deyir ki: Lakin bizim yanımıza biri gəlib gözəl niyyət ilə, tək, öz səsi ilə, heç bir musiqi aləti olmadan, mənasız olan (sözlərdən) uzaq olaraq şer söyləyərsə bunda heç bir problem yoxdur, çünki Həsən ibn Sabit Peyğəmbərin məscidində şer söyləmişdir”

“Fətava” sual № 18.

Peyğəmbər’in səllallahu aleyhi və səlləm dörd şairi vardı : K’əb ibn Malik,Abdullah ibn Ravaha,Həssən ibn Sabit və Sabit ibn Qeys ( İbn Qeyyim / Zad əl-Məad )

Hazırladı : Abduz-Zahir Əhməd.

Hiç yorum yok:

Yorum Gönder