28 Ağustos 2011

Ramazan bayramının dəqiq tarixi açıqlanır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanda Ramazan bayramının dəqiq tarixini açıqlayıb.

Rəsədxananın direktoru Əyyub Quliyev«APA»ya bildirib ki, avqustun 29-da Bakı vaxtilə səhər saat 08:00-da yeni ay doğacaq:

«Ola bilsin ki, bu, adi gözlə görünməsin. Ona görə də həmin gün oruc tutulmalıdır. Avqustun 29-u axşam bayram axşamı hesab olunur. Avqustun 30-u isə bayramdır. Həmin gün ay adi gözlə görünəcək».

Mənbə: Azadlıq Radiosu

Hiç yorum yok:

Yorum Gönder