29 Ağustos 2011

DƏVƏT VƏ MÜNKƏR BİR MƏSƏLƏNİ İNKAR ETMƏKDƏ YUMŞAQ OLMAQ

ÇOX İBRƏTLİ BİR HADİSƏ 

HƏCCACIN GÖZƏL BİR MİSALI

Həccac ibn Yusif əs-Səqafi`nin zalımlığı İslam tarixində olduqca məşhurdur... Onun zalımlığının şiddət və qorxusundan, hətta həmən dövrdə yaşamış böyük İslam alimləri belə ona nəsihət etməkdən belə çəkinirdilər... Çünki, o, (Həccac) qəddar, fasiq və zalım bir insan idi...



Məqsədimiz Həccac və onun zalımlıqları haqqında danışmaq yox, hər bir müsəlman üçün faydalı ola biləcək ibrətli bir hadisə haqqında danışmaqdır...


...Günlərin bir günü İmam Şa`bi (رحمه الله) {qısaca: İmam Əbu Ömər bin Abdizi Kibəri əş-Şa`bi. Həmin dövrün böyük tabiin`lərindən biridir. Böyük fəqih və müctəhid olan İmam Şa`bi h. 6-cı ildə anadan olmuş, h. 104`də vəfat etmişdir.. Allah ona rəhmət etsin!..} bu zülm və haqsızlığa daha susmayacağını qərara alır... Həccac`ın yanına gələrək yüksək bir tonla deyir:

- ALLAH`DAN QORX!!!...


Həccac`ın necə qəddar olduğunu çox gözəl bilən digər alimlər, Şa`binin boynunun dərhal vurulacağını əvvəlcədən güman etmişdilər... İmam Şa`bi özü də, belə bir aqibətlə üzləşəcəyini bilsə də, artıq nə olacağını düşünmürdü...

Bütün diqqətlər Həccac`a yönəldi... O, ayağa qalxaraq belə dedi:

- Ey İmam Şa`bi!.. Sən böyük alimsən... Buna görə də, çox nahaq yerə mənə bu cür səslənirsən...

İmam Şa`bi:

- Nəyə görə?.. – deyə sual verərkən, 
Həccac ona belə cavab verir:


- MƏGƏR SƏN BİLMİRSƏNMİ Kİ, UCA ALLAH MƏNDƏN DƏ ZALIM, MƏNDƏN DƏ ASİ olan, HƏTTA ÖZÜNÜ “ALƏMLƏRİN RƏBBİ” ADLANDIRAN FİRON`A SƏNDƏN DƏ, XEYİRLİLƏRİNİ (MUSA VƏ HARUN`u) BİR PEYĞƏMBƏR, BİR DƏVƏTÇİ OLARAQ GÖNDƏRDİ VƏ BELƏ BUYURDU:

فقولَا له قولًا لينا 
“...Onunla yumşaq danışın... “

Səbəbi isə, bu idi:

لعله يتذكر أو يخشى 
“...Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud (Allah`dan) qorxsun...” 
(Taha, 44)

- Ey İmam Şa`bi!.. 
Allah`ın məndən də, zalım və fasiq bir adama (Firona) 2 peyğəmbər göndərdiyi və yumşaqlıq əmr etdiyi bir halda, mənə niyə belə səslənirsən?..





_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 
Subhənallah!..
Zalımlığı ilə adını İslam tarixinə qara hərflərlə yazmış bir insanın çəkdiyi misal nə qədər də, ibrətlidir... elə deyilmi?..
Həqiqətən, həlimlik və yumşaqlıq dəvət`də və münkər/pis bir şeyi inkar etməkdə olduqca önəmli bir amildir...

AYXAN MƏMMƏDƏLİOĞLU

Hiç yorum yok:

Yorum Gönder