27 Ağustos 2011

PEYĞƏMBƏRİMİZ`DƏN - DƏVƏT ÜSULU - İMAN SEVİNCİ


Adiy b. Xatim (رضي الله عنه) rəvayət edir ki:
Allahın Rəsulu məscid`də oturarkən onun yanına gəldim...Orada olanlar
məni görüb:
- Bu, Adiy b. Xatim`dır - dedilər...
..Mən hər hansı bir kimsənin himayəsinə sığınmadan və (icazə) yazısı
olmadan Mədinə`yə gəlmişdim...Rəsulullah`a doğru yönəlincə, O, əlimdən
tutdu...
[Peyğəmbərimiz daha öncə belə buyurmuşdu: "..Ümid edirəm ki, Allah
onun əlini mənim əlimə verər..."]
Rəsulullah (sallallahu aleyhi va Əlihi va səlləm) ayağa qalxdı...Həmin
vaxt hüzuruna, yanında bir uşaq olan bir qadın gəldi...O 2`si:
- Səndən bir istəyimiz var - dedilər...
Peyğəmbər (sallallahu aleyhi va səlləm) onların ehtiyaclarını
qarşıladı...Sonra, mənim əlimdən tutub, evinə apardı...Xidmətçi,
Rəsulullah`ın altına döşək qoydu və O da (sallallahu aleyhi va Əlihi
va səlləm), üzərində oturdu...Mən də, qarşısında oturdum...Rəsulullah
(aleyhissalətu vassələm), Allah`a həmdu-sənalar etdikdən sonra, belə
buyurdu:
لا اله الا الله ("Lə iləhə İlləllah" - ALLAH`dan başqa ilah/məbud
yoxdur) deməkdən səni yayındıran nədir?..Sən, ALLAH`dan başqa bir ilah
olduğunu bilirsən?..
Dedim ki:
- Xeyr...
Sonra biraz danışdı, daha sonra isə, belə buyurdu:
"Bəlkə sən hər hansı bir şeyin ALLAH`dan daha böyük olduğunu bilirsən
və "Allahu Akbar" (Allah ən böyükdür) deməkdən boyun
qaçırırsan?..Dedim ki:
- Xeyr..
Buyurdu ki:
" - Şübhəsiz ki, Yəhudilər qəzaba uğrayanlardır...Xristiyanlar isə,
azmışlardır..."
Dedim ki:
- Mən Müsəlman olaraq gəldim... Bu sırada baxdım ki, ALLAH`ın
Rəsulunun (sallallahu aleyhi va Əlihi va səlləm) üzü sevincdən
parlayır...
__________________________________________________________
سنن الترمذي/كتاب تفسير القرآن
"Sunən ət-Tirmizi" kitab: "Quran`ın təfsiri" (1-ci surə, bab: 2).
no-2953 Ayxan Memmedelioglu

Hiç yorum yok:

Yorum Gönder