22 Ağustos 2011

İnşəAllah de !


Günümüzdə rastlaşdığımız hallardan biri də budur ki bəzi insanlar bir işləri və ya niyyətləri barəsində danışarkən “İnşəAllah (Allah istəsə)” ifadəsini işlətməyə qeyri-ciddi yanaşırlar.Bu kəliməni məqamı oldu olmadı vərdiş halında ifadə edənlərində işlətdikləri bu fəzilətli kəlimənin hansı mənaya gəldiyini bilməkləri gərəkir.Belə ki Allah insanlara qeyb haqqında bir təxmin və ya iddi...a irəli sürərkən qəti danışmamağı əmr etmişdir. Çünki insan nəyi iddia edirsə etsin,nəticədə yenə də Allahın dilədiyindən kənar heç bir şey baş verməyəcəkdir.

Allah Sübhənu və Təala öz kitabında bu barədə belə buyurur

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! [Kəhf,23]

Ancaq: “Əgər Allah istəsə!” (“İnşəAllah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de [Kəhf,24]

Uca Allah öz Peyğəmbərinə yəqin olaraq baş verəcək hadisəni (Məkkənin fəthini) öncədən xəbər verərkən belə buyurur : “And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi.(Ey möminlər!) Siz, İnşAllah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir” [Fəth,27]

Bizlərə ən gözəl örnək olan peyğəmbərlərdə bu kəliməyə xüsusi diqqət göstəriblər.

“O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir.İnşəAllah mənim səbrlilərdən olduğumu görəcəksən”

[Saffat,102]

(Yəqub və ailəsi) “Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi. [Yusuf,99]

(Musa) dedi: “İnşəAllah, səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!” [Kəhf,69]

Başqa ayədə isə : (Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşəAllah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!” [Qasas,27]

Peyğəmbərlərin sonuncusu və ən şərəflisidə (sallallahu əleyhi və səlləm) daimə bu kəliməni işlədirdi.Belə ki : Əbu Hureyrə (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və sələm buyurdu: “Hər peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını etmişdir. Lakin mən duamı qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr İNŞƏALLAH bu şəfaətə nail olacaqlar” [Muslim]

Aişə (radıyallahu anhə) rəvayət etdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gecənin sonunda Bəqi qəbrsanlığına girər və deyərdi: “Ey möminlər topluluğunun yurdu! Salam üzərinizə olsun. Sizə vəd olunmuş (ölüm) gəlmişdir İNŞƏALLAH biz də sizə qovuşacağıq. Allahım! Bəqi qəbrsanlığında yatanları bağışla”. - Başqa rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Ey möminlərin və müsəlmanların yatdığı yurdun sakinləri! Salam üzərinizə olsun! İNŞƏALLAH biz də sizə qovuşacağıq!” [Muslim]

İbn Abbas ( radıyallahu anhu ) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəstə bir bədəviyə baş çəkmək üçün onun yanına gəlib dedi: “Eybi yoxdur, İNŞƏALLAH (günahların) təmizlənir!” Bədəvi dedi: “Xeyr, bu, ixtiyar çağında olan qocanın bədənində od kimi yanan bir qızdırmadır ki, onu qəbirlərə aparsın”. Peyğəmbər dedi: “Elə isə, yaxşı (qəbul etmirsən, özün bilərsən)”
[Səhihdir]

Cəbəl ( radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Təbuk döyüşü zamanı buyurdu: “İNŞƏALLAH siz sabah Təbuk ərazisində olan (su quyusuna) bulağa çatacaqsınız. Gündüz olmadan ora girməyin. Sizdən kim ora çatarsa mən gəlmədən oranın suyuna əl sürtməsin. Biz oraya çatdıqda artıq bizdən öncə iki nəfər ora gəlmiş və quyudan ayaqqabı bağı kimi incə su axırdı. Peyğəmbər sallallahu aleyhi və səlləm o, iki adama: “Bu suya əlinizi sürtdünüzmü?”. Onlar: “Bəli” dedilər. Peyğəmbər sallallahu aleyhi və səlləm onları danladı. Sonra o, quyunun (axmış) suyunu ovucu ilə götürərək bir şeyin içinə doldurdu. Əllərini və üzünü yudu. Qalan suyu quyunun içinə boşaltdı. Quyunun suyu artı. Oradakılar bol-bol ondan içdilər. Peyğəmbər: “Ey Muaz! əgər sənin ömrün uzun olarsa buranın baxçalarla dolu olduğunu görəcəksən” [Nəvəvi Şərhi, Müslim “Fədail” 15/40,41]

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə olsun): “Şübhəsiz ki, bu gecə yetmiş (bəzi rəvayətdə 90, bəzilərində 99, bəzilərində 100) zövcəmi (xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda vuruşacaq bir süvari doğacaq” dedi. Bu an yoldaşı (olan mələk) Ona: “İNŞƏALLAH de!” dedi. Lakin o, İNŞƏALLAH deməyi unutdu. Bundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. O daxəstə olan bir uşaq doğdu” Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Nəfsim əlində olan Allaha and olsun ki, əgər İNŞƏALLAH demiş olsaydı hər biri Allah yolunda vuruşacaq süvarilər doğardılar” [Buxari]

Qeyd : Dua edərkən isə “İnşəAllah” yox “Amin” demək lazımdır.

Belə ki Əbu Hureyra ( radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm ) buyurdu: "Heç biriniz Allahım! İstəyirsənsə məni bağışla, istəyirsənsə mənə rəhm et!”– deyə dua etməsin.
(Dua etdikdə) qəti olaraq istəyin.

[əl-Buxari 6239]

Hazırladı : Abduz-Zahir Əhməd.

Hiç yorum yok:

Yorum Gönder