İbn Ömər ( رضي الله عنه ) Əbu Hureyraya “aramızda Rasulullahdan heç ayrılmayan sən olduğun üçün onun hədlərini ən yaxşı bilən sənsən”
Abdullah ibn Ömərə ( رضي الله عنه ) Əbu Hureyranın dediklərinə münasibətin necədir dedikdə,İbn Ömər belə cavab verdi : ”O,bizdən daha cürətli idi”
(Zəhəbi 2 c.437 s)
Yenə İbn Ömər : ”Əbu Hureyra məndən daha xeyrlidir,rəvayət etdiyi hədisləri daha yaxşi bilir.”
(Tirmizi Sünən 2-c, 224 s)
Ubey ibn Kəəb ( رضي الله عنه ) onun haqqında: “Əbu Hureyra,Rasulullaha qarşı bizdən daha cürətli idi.Bizim soruşmadığımız məsələləri ondan soruşardı”
(Zəhəbi Siyər 2 c.451 s)
İmam Buxari ( رحمة الله ) onun haqqında : ”Ondan 800-ə gədər olan elm əhli rəvayət edib.O,əsrində hədis rəvayət edənlər içərisində hafizəsi ən qüvvətli olan səhabə idi”
(Təhzih ət Təhzib 12 c. 26)
İmam Zəhəbi ( رحمة الله ) : ”Əbu Hureyra imam,fəqih,müctəhid,hafiz və hafizlərin seyyidi,sadiq və ədalət sahibidir.Onun hafizəsi son dərəcə etibarlıdır”
(Zəhəbi, Siyər, II, 417, II, 445-446.)
Hafiz İbn Kəsir ( رحمة الله ) : ”Əbu Hureyranın sadiq,hafiz,zahid,əməli salehlik baxıməndan üstün tərəfləri vardır.Səhabənin hafizlərindən olan Əbu Hureyra Rasulullahdan bərəkətli və təmiz bir elm rəvayət etmişdir”
(Bidayə əsəri 8-ci cild,110 səh)
Hafiz İbn Hacər əl-Əsqəlani ( رحمة الله ): ” Əbu Hureyra öz əsrində hədis rəvayət edənlər içində hafizəsi ən güclü olan ravidir”
(Təhzih ət Təhzib 12 c.266 s)
Əbu Saleh əs Səman ( رحمة الله ) : ”Əbu Hureyra səhabələrin ən hafizidir”
İmam Şafii ( رحمة الله ) : ”Əbu Hureyra öz zamanında hədis rəvayət edənlərin içində əzbər bilənlərin ən qüvvətlisi idi ”
( Zəhəbi Siyər 2 c.432 s)
Allahın salamı və xeyir duası Məhəmmədə, onun pak ailəsinə və əshabələrinə olsun. Allah onlara bərəkətlər ehsan etsin.
Hazirlayan: Abduz-Zahir Ahmed
Hiç yorum yok:
Yorum Gönder