20 Ağustos 2011

Bidət əhlinin irəli sürdükləri bütün iddiaları tarix boyudur puça çıxmışdır..Onlar nəyinki Sünnəni,hədisləri və alimləri Allahın kitabını belə doğru fəhm etməkdən kənar düşmüşlər...


Onların növbəti yalan və iftiralarından biridə budur ki güya Şeyxul İsləm İbn Teymiyyə öz kitablarında Əlinin və Əhli beytin fəzilətini kiçiltmiş və onları təqqir etmişdir.Lakin bütün bunların isbatına gəldikdə onların (...bidətçilərin) özlərinin yalançı və xayin olmaları aşkara çıxır.Aşağıdakı paylaşmada Şeyxul İsləmin Əlinin fəzilətini xüsusən vurğulamasına diqqət edin !

وذلك أنهم يؤمنون أن الخليفة بعد رسول الله صلى الله عليه وسلم أبو بكر وعمر ثم عثمان ثم علي ومن طعن في خلافة أحد من هؤلاء فهو أضل من حمار أهله

"Onlar(yəni Əhli-sünnə vəl Camaat) Rasulullah (sallallahu aleyhi vasəlləm)-dən sonra xilafətin Əbu Bəkr,Ömər,sonra Osman,sonra da Əliyə keçdiyinə inanırlar.Bunlardan hər hansı birisinin xəlifəliyinə tənə edən evindəki uzunqulaqdan daha çox azmışdır."
"əl-Əqidətul Vasitiyyə səh.42"

Bununla Şeyxul İsləm,həm də Əlinin (Allah ondan razı olsun) xilafəti haqda mövqeyini də bildirmiş olur.

Və eləcədə…. Yenə həmin yerdə buyurur :

ويحبون أهل بيت رسول الله صلى الله عليه وسلم ويتولونهم ويحفظون فيهم وصية رسول الله صلى الله عليه وسلم حيث قال يوم غدير خم أذكركم الله في أهل بيتي

"və (Əhli-sünnə vəl Camaat) Rasulullahın (sallallahu aleyhi vasəlləm) əhli-beytini sevərlər.Onları dost bilər və Rasulullahın Qədir-xum günündə etdiyi bu vəsiyyətə riayət edərlər : "Mənim əhli-beytim haqqında sizlərə Allahı xatırladıram"

Daha sonar Şeyxul İsləm Ömərin Əlidən daha fəzilətli olduğunu vurğularkən bunları deyir :

“………..Lakin bununla belə hamı onun ( Əlinin ) ədələtini,zühdünü,siyəsətini vəsf etmişlər və onu ucaltmışlar ve ümmət əsrlər boyunca onun ədalətini, zühdünü, siyasətini vəsf ediblər və bunda onu pisləyən HEÇ KƏS TANINMIR”
Və sonar yenə davam edərək deyir : “……Əlini isə, Əhli Sünnə sevir,onu övliya kimi qəbul edir,onun raşidi xəlifələrdən və hidayət imamlarından olduğuna şahidlik edirlər”

( Minhəc əs-Sünnə )

Minhə əs-Sünnədən söz düşmüşkən Şeyxul İsləm İbn Teymiyyə bu kitabında Əlinin fəzilətini belə izah edir :
بل هم كلهم متفقون على أنه أجلّ قدراً، وأحق بالإمامة، وأفضل عند الله وعند رسوله وعند المؤمنين من معاوية وأبيه وأخيه الذي كان خيراً منه، وعليّ أفضل من الذين اسلموا عام الفتح وفي هؤلاء خلق كثير افضل من معاوية أهل الشجرة افضل من هؤلاء كلهم ، وعليّ أفضل جمهور الذين بايعوا تحت الشجرة، بل هو أفضل منهم كلهم إلا ثلاثة، فليس في أهل السنة من يقدم عليه أحداً غير الثلاثة، بل يفضلونه على جمهور أهل بدر وأهل بيعة الرضوان، وعلى السابقين الأوَّلين من المهاجرين والأنصار

"Əksinə onların (Əhli sünnənin) hamısı ittifaq edir ki,Müaviyəyə,onun atasına və ondan daha xeyirli olan qardaşına nisbətdə ƏLİNİN qədəri daha yüksəkdir,və imamlığa daha layiqdir və Allahın və Rəsulunun eləcədə möminlərin yanında daha FƏZİLƏTLİDİR.Əli fəth günü müsəlman olanların hamısından fəzilətlidir və bu gün müselman olanların içində Müaviyədən də fəzilətli olan insanlar çox idilər və ağac altında beyyət edənlər isə fəth günündə beyyət edənlərin hamısından fəzilətlidir və Əli isə ağac altında beyyət edənlərin çoxundan fəzilətlidir, hətta onların içində üç nəfərdən başqa ( Əbu Bəkr,Ömər,Osman ) hamısından fəzilətlidir.Əhli Sünnədən elə biri yoxdur ki,üç nəfərdən başqa kimisə Əlidən üstün tutsun,əksinə onlar Əlini Bədr əhlinin ve Ridvan beyətində iştirak edənlərin çoxundan üstün tuturlar.Əli mühacir və ənsarların ƏN ÖNCÜLLƏRİNDƏNDİR"

Minhəc əs-Sünnə 4/396

لا ريب أن علياً رضي الله عنه كان من شجعان الصحابة، وممن نصر الله الإسلام بجهاده، ومن كبار السابقين الأوَّلين من المهاجرين والأنصار، ومن سادات من آمن بالله واليوم الآخر وجاهد في سبيل الله، وممن قاتل بسيفه عدداً من الكفار

“Heç şübhə yoxdur ki, Əli səhabələrin ən şücayətlilərindən idi və öz cihadı ilə Allahın İslama kömək etdiklərindən idi və mühacirlər və ənsarın içində öncüllərin ən böyüklərindən idi, Allaha və Axirət gününə iman gətirənlərin sevdiklərindən,Allah yolunda cihad edənlərdəndir.qılıncı ilə çox sayda kafir öldürmüşdür."

Minhəc əs-Sünnə 8/76

وأما زهد عليّ رضي الله عنه في المال فلا ريب فيه
“Əlinin dünya malındakı zahidliyinə gəldikdə isə bunda heç şübhə ola bilməz”
Minhəc əs-Sünnə 7/489

وأيضاً فأهل السنة يحبون الذين لم يقاتلوا علياً أعظم مما يحبون من قاتله، ويفضلون من لم يقاتله على من قاتله كسعد بن أبي وقاص، وأسامة بن زيد، ومحمد بن مسلمة، وعبد الله بن عمر رضي الله عنهم.
فهؤلاء أفضل من الذين قاتلوا علياً عند أهل السنة.

"Eləcədeəəhli sünnə Əliye qarşı vuruşmayanları Əliye qarşı vuruşanlar içindən sevdiklərindən daha çox sevirlər və Əliyə qarşı vuruşmayanları ona qarşı vuruşanlardan daha çox sevirlər,Məsələn: Sad ibn ƏbuVaqqas, Usamə ibn Zeyd, Muhamməd ibn Məsləmə, Abdullah ibn Ömər və bu kəslər əhli sünnətə görə Əliyə qarşı vuruşanlardan fəzilətlidirlər"

Minhəc əs-Sünnə 4/395

Bir başqa yerdə isə deyir:
معلوم أن الذين كانوا مع علي من الصحابة مثل: عمار وسهل بن حنيف ونحوهما كانوا أفضل من الذين كانوا مع معاوية

"Məlumdur ki,səhabələrdən Əli ilə birlikdə olanlar Məsələn Ammar ibn Yəsir, Səhl ibn Huneyf və bu ikisi kimi,Müaviyyə ilə birlikdə olanlardan daha fəzilətli idilr"


وأما علي رضي الله عنه فلا ريب أنه ممن يحب الله ويحبه الله

"Əli isə, heç şübhə yoxdur ki,o Allahı sevənlərdəndir və Allah da onu sevir"


Minhəc əs-Sünnə 7/218


İbn Teymiyyənin kimliyi Allaha və müsəlmanlara bəllidir.Onun müsəlmanların qəlbində xüsusi bir yeri vardır.Lakin ona iftira yaxanların kimlikləri və sonları isə şübhəlidir.

Topladı : Abduz-Zahir

Hiç yorum yok:

Yorum Gönder