Sələfin həyatından ibrət
ZeynalAbidin Əli ibnul-Huseyn ibn Əli ibn Əbu Talib
İmam əz-Zuhri buyurur:
Bəli, o müsəlmanlar arasında ZeynəlAbidin- Abidlərin bəzəyi- adı ilə məşhurlaşmış Əli ibn Huseyn idi. Onun ilk və ən böyük müəllimi atası Huseyn ibn Əli (radıyAllahu anhumə) idi. Başqa müəllimləri isə Mədinədə Peyğəmbər (sallAllahu aleyhi və səlləm) məscidində ona dərs deyən səhabələr idi.
Rəvayət edilir ki, ZeynalAbidin namaza qalxarkən titrəməyə başlayardı. Bunun səbəbini soruşduqda isə deyərdi:
- “Məgər bilmirsinizmi kimin hüzuruna çıxıram və kimə yalvarmaq üçün qalxıram?!”
O namazda ikən səcdələri o qədər uzadardı ki, hətta Mədinə əhli ona “Səccəd” adını vermişdir.
Bir gün Tavus İbn Qeysan Kəbənin kölgəsində ZeynalAbidinin hönkürtü ilə ağlayaraq dua etdiyini görür və duasını bitirməsini gözləyir. O duanı bitirdikdən sonra isə Tavus ona deyir:
- Ey Rasulullahın nəvəsi, səni bu halda gördüm. Halbuki səni qorxudan əmin edən üç böyük fəzilətin vardır:
I – Sən Rasulullahın (sallAllahu aleyhi və səlləm) nəvəsisən.
II – Babanın sənə olan şəfaətidir.
III – Allahın rəhmətidir.
ZeynəlAbidin buyurur:
- Bu ayəni eştidikdən sonra Rasulullahın (sallAllahu aleyhi və səlləm) nəvəsi olmağım məni qorxudan əmin etmədi.
Muminin surəsi 101
Şəfaətə gəlincə Allah (subhənəhu və təalə) buyurur: enbiya 28
Allahın (subhənəhu və təalə) rəhmətinə gəlincə, O belə buyurmuşdur:
- Əraf 56
Əl-Həsən ibnul Həsən buyurur:
- Bir gün əmimoğlu ZeynalAbidin ilə aramda anlaşılmazlıq oldu. O dostları ilə bir yerdə məsciddə ikən yanına getdim və ürəyimdən keçəni ona söyləyib çıxdım. O isə susdu və bir kəlmə də mənə söyləmədi. Gecə ikən evin qapısı döyüldü. Açarkən gördüm ki, ZeynəlAbidindir. Əmin idim ki, məsciddə ona söylədiklərimin qarşılığını vermək üçün gəlmişdir. Lakin o mənə dedi:
- Qardaşım, mənə söylədiklərin doğrudursa Allah məni bağışlasın, doğru deyilsə Allah səni bağışlasın.
Bu sözlər mənə çox təsir etdi. O isə bu halımı görüb, sanki təsəlli verərək dedi:
- Mənə söylədiklərin doğru idi.
Rəvayət edilir ki, ZeynəlAbidin məsciddən çıxarkən mədinəlilərdən biri onun arxasınca söyməyə başladı. Mədinə əhli o adamı tutmaq üçün ona tərəf qaçmağa başladılar. Lakin ZeynalAbidin buyurdu:
- Onu buraxın!
Həmin adam isə qorxusundan yerində donub qalmışdı. ZeynalAbidin onun qorxuduğunu görüb təbəssüm edərək ona tərəf gəldi və sakitləşdirməyə başladı. Sonra isə buyurdu:
- Mənə bildiyin şeylər səbəbi ilə söydün. Lakin bil ki, bizim sənin bilmədiyin halımız da var və o daha böyükdür. Nəyəsə ehtiyacın varmı?
Həmin adam utandığından heç bir şey demir. Zeynal Abidin əynindəki paltarını onun üstünə atır və ona min dirhəm verilməsini əmr edir.
Bundan sonra həmin mədinəli ZeynalAbidini gördükdə, belə deyərdi:
- Mən şəhadət verirəm ki, sən Rasulullahın (sallAllahu aleyhi və səlləm) nəvəsisən.
Kölələrdən biri rəvayət edir ki, “Mən ZeynalAbidinin köləsi idim. Bir iş üçün məni göndərmişdi. Səhlənkarlığımdan gecikdim. Yanına gəldikdə isə o qəzəbindən məni vurdu.
Mən hirsimdən ağladım və dedim:
- Allahdan qorx, Allahdan qorx, ya Əli ibnul Huseyn! Sən mənə iş tapşırdın və mən də onu yerinə yetirdim. Sən isə məni vurdun.
Bu sözlərimdən sonra o ağlamağa başladı və mənə dedi:
- Rasulullahın (sallAllahu aleyhi və səlləm) məscidinə get və orada iki rükət namaz qıl. Sonra isə dua edərək de:
- Allahummə, Əli İbnul Huseyni bağışla!
Əgər bu dediklərimi etsən, o zaman azadsan.
Mən bunları etdim və ZeynalAbidin məni köləlikdən azad etdi.
Gecə olarkən ZeynalAbidin un kisələrini kürəyinə alar və heç kim görmədən ehtiyaclı mədinəlilərin qapısına qoyardı. Ev yiyəsi səhər qapısında kisə gördükdə təəccüblənərdi. Lakin hər gün bu kisələri kimin qoyduğunu heç kim bilmirdi. Bu sirr ZeynalAbidin vəfat edərn gün açıldı. Onun kürəyində göy izlər görərkən, həmin kisələri məhz ZeynalAbidinin daşıyıb, ehtiyaclıların qapısına qoyduğunu anladılar.
ZeynəlAbidin kölə azad etməklə tanınmışdır. Kölə xeyir iş gördükdə mükafat olaraq onu azad edər, köləyə qarşı pis davrandıqda isə tövbə olaraq köləsini azad edərdi. Bununla tarixdən onun min kölə azad etdiyi rəvayət edilmişdir.
________________________
Tərcümə: əz-Zubeyr
İstifadə etdiyim mənbələr:
· İbn Saad, ət-Təbəqatul-Kubra, 5/211
· Tarixul- Buxari, 6/ 266
· əl-Məarif, səh. 214
· əl-Məarifətu vət-Tarix, 1/360
· əl-Cərhu vət-Tadil, 1/178
· əş-Şirazi, Təbəqatul-Fuqahə, səh. 63
· Təhzibul-Əsmə vəl-luğat, 1/343
· Vəfəyətul Ayən, 4/266
· Tarixul İsləm, 4/ 34
· əl-Bidəyə vən-nihəyə, 9/103
· ən-Nəcumuz-zahir, 1/229
Hiç yorum yok:
Yorum Gönder