Mən bir zamanlar şiə idim. Bir zamanlar decəyin ki , elə günü dünənə kimi şiə idim. Lakin bu gün artıq hər şey dəyişdi. Artıq bu əqidənin yanlış bir əqidə oldugunu gördüm. İllərdir bu əqidədə olan şirk əməllərini doğru bilib məndə bu əməlləri həyata keçirirdim.
Amma bu gün artıq son oldu. Bir zamanlar şiə olarkən möhürlə namaz qılırdım , amma bu gündən möhürsüz qılıram. Çünki Peygemberimiz (s.a.s) möhürsüz qılıb. Bir zamanlar pirlərə gedib oranı ziyarət edirdim , pirlərdən , seyyidlərdən , imamlardan mədət umurdum. Onların mənə kömək edəcəklərini düşünürdüm. Elə başa düşürdüm ki , onların köməyə çağırmaqla Dualarımı Allah daha qəbul edəcək. Onları öz dualarımda vasitə bilirdim. Amma əsl həqiqətdə sən demə bu vasitə deyil. Şirk imiş. Sən demə 6 ildir Allaha şərik qoşaraq ibadət edirmişəm. Bir zamanlar Ya Hüseyn mənə filan işimdə yardımçı ol deyirdim və elə düşünürdüm ki bununla Allaha duam daha tez eşidiləcək. Amma sən demə belə bir dua forması yanlış imiş İslam dininə görə. Sən demə Kömək yalnız Allahdan istənilməli imiş. Hz Hüseyni sadəcə sevmək lazım imiş daha onu Allaha şərik qoşmaq lazım deyilmiş həmdə bu çox böyük günah imiş. Bütün bunları anlamırdım. Əlbəttə indi biriləri çıxıb deyəcəkki , sən cahil Şiələrdən olmusan bütün şiələr belə deyil. Amma mən qətiyyətlə deyirəm ki , şiələrin bir çoxu belədir və məndən də daha çox Allaha şərik qoşurlar. Əlbəttə indi biriləri çıxıb deyəcək ki , sən cahil olmusan Şiə alimləri belə deyil. Amma bu da səhv fikirdir. Çünki bütün bu şirk əməllərin doğru oldugunu elə Qumda oxuyan şiə alimləri bizə demişdi və səbəb olmuşdular ki , illərlə bu şirk çirkabında qalaq. İndi bəzi dostlarım UNiversitet yoldaşlarım mənə , sünni , vəhabi , nurçu və.s deyəcəklər. Bu mütləq bilirəm. Amma bu mənim üçün önəmli deyil. Çünki önəmli olan Allahın haqqımda nə buyurmasıdır. İndi onların fikirləri qəti önəmli deyil. Doğurdanda indi çox xoşbəxtəm. Artıq Allaha şərik qoşmuram. Allaha tək olaraq ibadət edirəm , duamda Allahdan başqasını çağırmır Allahdan başqasından da kömək istəmirəm. Əlbəttə Həzrəti Mühəmmədi(sas) sevirəm , onun Əhli beytini dı çox sevirəm. Amma onları Allaha şərik qoşmuram. Doğurdanda xoşbəxtəm çünki indi artıq namazda iranda hazırlanmış kərbəla torpağı adi ilə bizə sırınan möhürü namazda qoymuram. İndi möhürsüz qiliram. Çoxları bunu mənə irad tutacaqlar bilirəm. Amma bütün bunlar qəti maraqlı deyi. Çünki artıq yalnız və yalnız ALLAHIN razılığını düşünürəm. Bu mənə kifayət edər. Çox xoşbəxtəm ki , bu gündən artıq mən Allaha şərik qoşmuram Allaha dua edirəm ki keçmişdə Allaha şərik qoşduğum üçün , pirlərə gedib orada onlara yalvardığım üçün , oranın batil əməllərini yerinə yetirdiyim üçün Allah məni bağışlasın. Bu bir zamanlar şiə olmuş bir gəncin etirafları idi. Allah rizası üçün bu etirafları öz səhifənizdə paylaşın bəlkədə yüzlərlə mənim kimi şiələr varki onları qandırmışlar bəlkə bu etiraflar onların hidayət olmasına , onların ayılmasına səbəb olar. Allah hamınızdan razı olsun və Allah bizi şirk əhlindən etməsin. AMİN!
Hiç yorum yok:
Yorum Gönder