· İmam Əhməd demişdir: “Əgər görsəniz ki, kimsə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) səhabələrini pis sözlərlə xatırlayır, onu İslama ədavətdə ittiham edin!”
· İmam İshaq demişdir: “Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) səhabələrini söyən şəxs cəzalandırılmalı v əhəbs edilməlidir.”
· İmam Məlik demişdir: “Peyğəmbəri söyən adam öldürülməlidir, onun səhabələrini söyən isə tərbiyə olunmalıdır.”
· İmam Əbu Yə’lə demişdir: “Səhabələri söymək məsələsində fəqihlərin yekdil rəyi belədir: “Buna qanunla icazə verilsə küfrdür, verilməsə fitnəkarlıqdır.”
· Şeyx ul-İsləm İbn Teymiyyə demişdir: “Səhabələrin Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra dindən üz döndərdiklərini yalnız az sayda, ən çox on nəfər iddia etmişdir və bununla başqalarını aldatmışlar, bu da şübhəsiz ki, küfrdür.”
· Əbu Ərva əz-Zubeyri demişdir: “Bir gün imam Məlikin məclisində oturmuşduq. Adamlar bəzi səhabələri söyən bir adam barədə danışanda İmam Məlik Qurandan ayələr oxudu və Allahın “kafirlər onlara qarşı qəzəblənir” kəlamına çatanda dedi: “Bu barədə Rasulullahın (sallAllahu aleyhi və səlləm) səhabələrindən birinə qarşı qəzəb hissi olan həmin adam nəzərdə tutulur. Bu o deməkdir ki, bu adamın imanı təhlükə qarşısındadır. Ayədə aydın şəkildə səhabələrdən birinə qarşı qəzəb hissi bəsləyən şəxsdən danışılır.”
______________
Hazırladı: əz-Zubeyr
Hiç yorum yok:
Yorum Gönder