03 Temmuz 2011

Səhabələrin sayı və təbəqələri


Alimlər səhabələrin dəqiq sayını hesablaya bilməmişdilər. Bu da onların çox saylı olduğunu göstərir. Buna Əbu Zər’ə ər-Razinin (rahiməhullah) rəvayətini dəlil göstərmək olar. O buyurmuşdur:
-          “ Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onun barədə hədis deyən və onu dinləyən 114 min səhabənin əlini sıxmışdır. (Fəthul Muğıs, 4/39)

İcma rəyinə əsasən isə səhabələr 12 təbəqəyə bölünmüşdür:
1-      Məkkədə ən birinci İslamı qəbul edənlər, dörd Raşidi xəlifə.
2-      Məkkə sakinlərinin “Darun-Nədva” müşavirəsinə qədər İslamı qəbul edənlər.
3-      Həbəşistana gedən səhabələr.
4-      Birinci Uqbə beyətini edən səhabələr.
5-      İkinci Uqbə beyətini edən səhabələr, bunların əksəriyyəti ənsarlardır.
6-      Mədinəyə hicrətdən öncə Qub’ə şəhərində Peyğəmbərlə (sallAllahu aleyhi və səlləm) görüşən ilk mühacirlər.
7-      Bədr əhli, bunlar 362 nəfər idilər.
8-      Bədr ilə Rizvan (Hudeybiyyə) beyəti arasındakı vaxtda hicrət edənlər.
9-      Rizvan beyəti edənlər, cəmi 1400 səhabə.
10-  Hudeybiyyə ilə Məkkənin fəthi arasındakı müddətdə hicrət edənlər. Məsələn: Xalid ibn-ul-Valid, Amr ibnul-As və Əbu Hureyra.
11-  Məkkənin fəthi günü İslamı qəbul edənlər.
12-  Vida həccində və ya başqa vaxtda Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) görən yeniyetmələr və  uşaqlar.


___________________
Hazırladı: əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder