09 Temmuz 2011

Sizi qəlb zənginliyinə dəvət edirik



İstanbula konfransa gedəndə orada mənə bir hədiyyə verdilər. Hədiyyənin üstündə "Sədəqə daşı" yazılmışdı. Orada belə yazılıb: "Qədim İstanbulda yardımların ən gözə girməyəni "sədəqə daşları" istifadə edərək edilirdi. Bu daşlar bir-iki metr yüksəklikdə  mərmərdən olurdu. Üst tərəflərinin ortasına çanağa bənzər bir oyuq açılır. Sədəqə verənlər pulu bura qoyardılar. İki metrlik daşların yanında, baş tərəfinə rahat şəkildə əl çatması üçün bir neçə pillə qoylardı. 


Ehtiyacı olmasına baxmayaraq dilənməkdən çəkinənlər gecənin gec saatlarında daşın yanına pul götürməyə gəlir, amma qoyulan məbləğin hamısını yox, ehtiyacı olduqları qədər götürürdülər. 17-ci əsrin İstanbulunu anladan bir Fransız səyyah, üzərində pul olan bir daşa tam bir həftə boyu heç kimin gəlmədiyini yazmışdı. Sizi qəlb zənginliyinə dəvət edirik".
Bu gün Azərbaycanda bəzi insanlar, hətta müsəlmanlar belə nəsə verəndə minnətlə verir və pul verdiyi üçün həmin insandan da istədiyi kimi istifadə edir. Hətta bəzən elə insan var ki, kiməsə pul verəndə elə düşünür ki, onu hara və necə istəsə göndərə bilər. Çünki ona pul verib. Biz Allah üçün yaşamalı, Allah üçün almalı və Allah üçün verməliyik. Çünki bizdə olan hər nemət Allaha aiddir. Bizə əmanət verilmşdir. Necə ki, yuxarıdada sizə yazıldı. Sizi qəlb zənginliyinə dəvət edirik.


Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder