12. Sual: Hörmətli Şeyx, əgər bir kimsə şübhəli şeydən çəkinərək ət yemir, lakin valideyinləri onu yeməyi əmr edirlər. O, kimsə valideyinlərinə itaət etməlidir, yoxsa şübhəli şeydən çəkinməlidir?
Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: "Vacibdir, valideyinlərə itaət edilsin. İtaət yalnız haram olan şeydə olmaz. Burda isə söhbət yalnız şübhəli olandan gedir”.
13. Sual: Hörmətli Şeyx, haradan gəldiyi və kəsilməsi barəsində heç bir məlumatımız olmayan dondurulmuş ət məhsulları barəsində hökm nədir? Xahiş edirik bu sul barəsində bizi maarifləndirəsiniz.
Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: "Əgər Müsəlman, Kitab Əhli tərəfindən kəsilməsi məlum olana qədər ət məhsullarını yemək olmaz. "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5). İbn Abbas – radıyallahu anhu – nun dediyi kimi: "Yemək – onların kəsdikləri heyvanların ətləridir”. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Yəhudi qadının gətirdiyi əti də qəbul etmişdir. Əgər kəsilən heyvan Müsəlman, Kitab Əhli tərəfindən gətirilərsə bizim üzərimizə vacib deyil öyrənmək şəriətə uyğun olaraq kəsilib, yoxsa yox və ya Allahın adını zikr ediblər, yoxsa yox. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: "Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: "Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057.
Əgər siz ətin haradan gəldiyini bilmirsinizsə və ehtimal var ki, bu elə bir ölkələrdən gətirilib ki, onların kəsdikləri heyvanların ətləri bizim üçün qadağandır yemək və ya bizə yeyilməsi icazə verilən ölkələrdən gəlib ət məhsulları bu cür ətləri yemək olmaz”.
14. Sual: Hörmətli Şeyx, sualımız şəriətə uyğun olmyaraq kəsilən və Yəhudi və Xaçpərəstlər tərəfindən Allahın adının zikr edilmədən kəsilən ət məhsulları barəsindədir. Belə əti yemək olarmı?
Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: ""Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5). Bu ayə onu göstərir ki, Kitab Əhlinin yeməkləri bizə halaldır. Əgər bizə bəlli olarsa ki, onlar heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər: Boğmaq yolu ilə, elektrik cərəyanı, küt alətlə vuraraq və s. üsullarla bu cür heyvan kəsilmiş sayılmır və yeyilməsi qadağandır. Həttə bu cür üsulla müsəlman belə heyvanı kəssə yemək haramdır. Lakin əgər bizə kəsilmə üslubu bəlli olmazsa bu zaman ayəyə əsasən bizə yemək halaldır. Biz artıq bu suallara cavab vermişik, götürüb faydalana bilərsiniz.
O, ki qaldı onların Allahın adını zikr etməmələrinə bu da onların cahilliyindən (elmsiz olmalarından) irəli gəlir, bu faktda onların kəsdikləri heyvanların ətlərini qadağan etmir. Müs: Müsəlman bir kimsə unudaraq (heyvanı kəsərkən) Allahın adını zikr etməzsə və ya bu haqda heç bir şey bilmirdisə bu da kəsilən heyvanı haram etmir. Allah buyurur: "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!”. (əl-Bəqərə 286). Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxuduqdan sonra Allah: "Mən artıq belə etdim” deyə buyurdu. "...Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab 5). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Allah mənə görə ümmətimin səhfən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahları bağışlayıb”.
"Məcəllətul Cəmiatil İslamiya”.
15. Sual: Hörmətli Şeyx, namaz qılmayan müsəlman Allahın adını zikr edərək heyvanı kəsərsə bu cür əti yemək olarmı? Həmçinin əhalisinin çox hissəsi namaz qılmayanlardan ibarət olan bir ölkədə olsam bu zaman onların bazarlarında satılan ət məhsullarının hökmü nədir?
Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: "Namaz qılmayan (müsəlman) bir kimsə tərəfindən kəsilmiş əti yemək halaldır, əgər o Allahın adını zikr edibsə. Bu da namazı (tənbəllik və s.) səbəblərdən tərk edənin (qılmayanın) dindən çıxmadığını deyənlərin rəyidir. Lakin namazı qılmayanın dindən çıxdığını söyləyənlərin rəyinə görə isə bu cür ət məhsullarını yemək olmaz”.
16. Sual: Hörmətli Şeyx, əqidəsi bəlli olmayan bir kimsənin kəsdiyi heyvanının ətini yemək olarmı? Həmçinin günahın haram olduğunu bildiyi halda ona izn verən kimsənin necə?
Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: "Bir kimsənin şirki bəlli olmadıqca onun kəsdiyi heyvanın ətini yemək olar. Əgər müsəlman bir kimsə şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Mühəmməd onun qulu və Rəsuludur, ondan küfrə aparacaq bir əməl (söz) məlum olmazsa kəsdiyi heyvan halaldır. Lakin bizə məlum olsa ki, həmən şəxs şirkə aparacaq əməl edir: Cinlərə və Ölülərə dua etmək, çətin anlarda onlara dua edib kömək diləmək, bütün bunlar böyük şirkdən sayılır və onun kəsdiyi heyvanı yemək olmaz.
Günahlar günah edən kimsənin kəsdiyi heyvanın ətinin haram olması üçün səbəb deyildir bir şərtlə ki, insan etdiyi günahın halal olmasına etiqad etməsin. Belə bir kimsənin kəsdiyi heyvanların ətləri halaldır əgər şəriətə uyğun kəsilibsə. O, kimsə ki, (müsəlmanların haramlığında ittifaq etdikləri: Zina, içki, sələm) günahların halal olmasına etiqad edir (və ya edilməsinə izn verirsə) belə bir kimsə kafirdir”. (Fayda: Müsəlman bir kimsə onu İslam dairəsindən çıxaracaq bir əməli edərsə, Qazı tərəfindən onun şübhələri aradan qaldırılmadıqca, maneləri dəff edilmədikcə və ona kafir hökmü verilənə qədər müsəlmana tətbiq edilən bütün əhkamlar ona da tətbiq edilir”. "Usulu Va Davabit Fit Takfir” 15,17, "Muğni” 10/85,86, "Umdatul Qari” 19/369).
"Fətava İslamiyya”
18. Sual: Bir çox insanlar çiy ət yeyməyə aludə olublar. İstərdim bunun şəriətdə halal və haram olmaq hökmünü öyrənim.
Şeyx Munaccid – hafizahullah – deyir ki: "Bəzi alimlər qeyd edirlər ki, çiy əti yemək məkruhdur (bəyənilmir). Lakin səhih rəy çiy ətin halal olmasıdır, çünki əsli halal olmasıdır və onun yeyməkdə qadağan olunmasına heç bir dəlil yoxdur. Lakin bir şərt var ki, çiy ət yeyən kimsənin sağlamlığına pis təsir etməsin. Əgər pis təsir edərsə bu zaman yeyilməsi qadağan olur. Çünki bədənə zərərli olan hər bir şeyin haram olmasıdır. "Özünüz özünüzü təhlükəyə atmayın”. (əl-Bəqərə 195).
"Sual Va Cavab” 1924.
19. Sual: Hörmətli Şeyx, mən Yaponiya Universitetlərindən birində oxuyuram və bizim Universitetdə müxtəlif yığıncaqlar, forumlar keçirilir. Bütün bu məclislərdə içki də olur. Mən içki içməsəmdə belə bu cür yığıncaqlarda iştirak etməyimdə günah varmı?
Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: "İçki içən kimsələrlə oturmaq qadağandır və sən onları bu əməlinə görə məzəmmət etməlisən. Əgər onlar sənə qulaq asmasalar onları tər etməlisən bu da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sözlərinə uyğun olanıdır: "Kim Allaha və Axirət gününə iman edirsə içki içilən bir məclisdə (stol arxasında) oturmasın”. İmam Əhməd, Tirmizi. Onlarla oturmaq – onların bu əxlaqsız əməlindən razı qalmaq və onlarla olmaq deməkdir. "(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”. (əl-Ənam 68). "Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!”. (ən-Nisa 140).
"Fətava İslamiyya” 3/447.
Doğrusu bu hələm hamısı deyil.Sadəcə qəsdimiz inadkar və mübahisəni sevənləri deyil şübhədə olan və öyrənmək istəyənləri agah etməkdir.
TOPLAYAN VƏ TƏRTİB EDƏN : KAMAL HÜSEYN
HAZIRLADI : ABDUZ ZAHIR
Hiç yorum yok:
Yorum Gönder