- " Muhəmməd ehtiraslı bir kişi idi. Şəhvətinin və hislərinin dediyinə uyardı. İstəyinin arxasınca gedərdi. Ardıcıllarına dörd arvad fərz etdiyi halda özü nə biri, nə də dördü ilə kifayətlənmiş, əksinə, ondan da artıq qadın ilə evlənmişdir. Etdikləri şəhvətdən doğmuş ehtitasdan irəli gəlmişdir.
Cavab:
ما لهم به من علم ولا لآبائهم كبرت كلمة تخرج من أفواههم إن يقولون إلا كذبا
Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. Onlar yalandan başqa bir şey danışmırlar.
[Kəhf surəsi, 5]
Birincisi, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) yalnız cavanlıq dövrünü keçdikdən, yəni əlli yaşından sonra digər qadınlarla nigah bağlamışdır.
İkincisi, Onun evləndiyi qadınların hər biri dul və yaşlı idi. Rasulullahın (sallAllahu aleyhi və səlləm) evləndiyi qadınlar arasında gənc və həm də bakirə olan yalnız və yalnız Aişə (radıyAllahu anhə) idi.
Evlənməkdə məqsəd şəhvət və ehtirasa meyillilik, yaxud qadınlardan ləzzət almaq olsaydı, cavanlıq dövrünü keçirdikdən sonra deyil, cavanlıqda, yaşlı dul qadınlarla yox, cavan bakirələrlə evlənərdi. O, şəhvət əldə etməyin yolunu bilməmiş deyildi. Əgər onun məqsədi şəhvət və ləzzət idisə, nəyə görə bakirə qızlarla deyil, dul qadınlarla evlənir və bunu cavab deyil, qoca yaşlarında edir?!
Əgər Rasulullah (sallAllahu aleyhi və səlləm) səhabələrdən hər hansısa birinin istədiyi cavan, gözəl, bakirə qızla evlənməsi gecikdiyi halda onlardan evlənmə tələb edirdisə, özü nə səbəbdən cavan yaşlarında bircə qadınla kifayətlənmişdir?!
Bakirələrlə evlənməyib, dul qadınlarla evlənmişdir?!
Bu heç bir şübhəsiz ki, Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) yönəlmiş hər bir iftiranı, böhtanı rədd edir, onun müqəddəsliyini, pak adını ləkələmək istəyən günahkarların iftira və böhtanlarını üzünə çırpır. Onun evlənməsində nəcib hikmət, şərəfli məqsəd və uca hədəf olmuşdur. Əgər kor-koranə təəssübkeşliklərindən əl çəkib ağılla, vicadanla düşünsələr, ömrünü başqasına məsləhətdə və islam dəvəti yolunda xərcləmiş yüksək əxlaq sahibi Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) evliliyində "yüksək nümunəvi" mütləq görəcəklər.
Ardı var...
_____________________________
əş-Şeyx Muhəmməd Əli əs-Sabuni,
1971- ildə söylədiyi Həcc xütbəsindən...
Yazıya çevirdi: əz-Zubeyr
Hiç yorum yok:
Yorum Gönder