14 Temmuz 2011

İslam mədəniyyəti ən üstün mədəniyyətdir

Yer üzündə yaşamış hər cəmiyyət bir mədəniyyətə sahib olduğu kimi Fransa sərhədlərindən İndoneziyaya qədər yayılmış İslamın da özünə məxsus bir mədəniyyəti vardır. İslam mədəniyyəti digər bütün mədəniyyətlərdən daha geniş bir təsirə malikdir.14 əsrlik uzun bir keçmişə sahib olan bu mədəniyyət özündən öncə gələn daha yaşlı əhli-kitab mədəniyyətinə də üstün gələrək tək bir  irqin əsəri olmamış, dar mənada bəlli bir coğrafi bölgədə sıxışıb qalmamış bütün İslam ümmətinin mədəniyyəti olmuşdur.
”Vəhy mədəniyyəti”deyə biləcəyimiz bu mədəniyyət ilham və qaynağını Qurani Kərim və Sünnətdən almışdır və hər yönüylə özünə xas özəlliklər daşıyır. Bu mədəniyyətə mənsub cəmiyyətlər tarix boyunca bütün elm sahələrində böyük irəliləyişlər qət etmişlər. İslam əsirlər boyu insanlığın dünya və axirət həyatını xoşbəxt etmək üçün çalışmışdır. Müsəlmanlar qədər geniş elm sahələrində özünü göstərən başqa bir ümmət və cəmiyyət olmamışdır.
        Bugün qərbdə belə bir fikir var ki, islam ölkələrində  insanlar ən adi  hüquqlara belə malik deyillər. Onların hüquqları indi də çeynənməkdə davam edir.  Bu yaxınlarda Britaniyada yaşayan ərəb mühacirləri arasında bir sorğu keçirilmişdir. Sorğuda iştirak edənlərin əksəriyyəti belə düşünür ki, biz orta əsrlər islamından xilas olmalıyıq. Nə üçün biz müasir yəhudilər kimi olmayaq? Onlar müasir yaşasalar da öz etiqadlarını qoruyurlar. Bu insanların belə düşünmələrinə səbəb nədir? Həqiqətənmi islam  gerilikdir , o insanları sürətlə inkişaf edən dünyadan təcrid edir?. Yoxsa bu qərbi təqliddirmi? Sosial-mədəni və  digər  proseslərin  ümumi , planetar  xarekterini  ifadə  edən qloballaşma özü də  əxlaqi  öhdəlilərin unudulması və  yaxud  da  arxa plana  keçməsinə səbəb olur. İnsanlar sanki   avtomatlaşır, mənəvi  dəyərlərin deformasiyaya uğrayır. Qloballaşmanın bir nəticəsi olaraq bir  mədəniyyət digəriylə yaxınlaşır. Sonda isə nəhəng bir mədəniyyət formalaşır. Bəs qərb mədəniyyəti islam dünyasına  inteqrasiya edərkən islamın özündə  nə kimi dəyişikliklərə səbəb olur?
    Islamı nızam və qaydalarda , o cümlədən əxlaqi dəyərlər sistemində qərbin təsiri altında o qədər də əsaslı dəyişikliklər baş vermir. Bu yalnız özünü ayrı-ayrı fərdlərin gündəlik həyatında, məişətində,  bəzi adət ənənələrində özünü biruzə verir. Bir sözlə qərbin təsiri fərdi səviyyədən kənara çıxa bilmir. Çünki İslam əsrlər boyu milyonları bir araya gətirmiş bir dindir. Inanclar və yüksək əxlaqi dəyərlər toplusudur.
     Misir Mədəniyyət Mərkəzinin Mədəniyyət üzrə Attaşesi Dr. İmam Bağdadinin fikrincə  mədəniyyətlərin bir-birinə təsiri onlardan birinin digərindən nə isə götürməsi ilə baş verir. Təbii ki qərb mədəniyyəti şərq mədəniyyətindən sonra zühur edib. Avropada mədəniyyət tam formalaşmağa başlayanda şərqdə , ümumilikdə ,islam ölkələrində o öz inkişafının zirvəsinə çatmışdı.Hər regionun özünəxas mədəniyyəti vardır. Bütün mədəniyyətlər tez  birzamanda biri-birinə təsir edir.Lakin bu zaman o qədər də dəyişikliyə məruz qalmır. Bir  mədəniyyət digəriylə yaxınlaşır. Sonda isə nəhəng bir mədəniyyət formalaşır.Qərbin islam ölkələrində dini inanclara,  yalnız fərdlərə, onların düşüncələrinə , əxlaq məsələlərinə təsir göstərir.Bir mədəniyyət digərinə daha çox təsir göstərməyə çalışır. Bu  təsirə isə daha çox din və əxlaq məruz qalır. Tarixin gedişinə nəzər salsaq mədəniyyətlərin bir-birini üstələməsinə işğallar da səbəb olub.
      “Islam və sunnə yarandığı gündən zatən çağdaş yönümlüdür. Əgər biz islamı heç bir dəyişiklik etmədən olduğu kimi yaşaya bilsək heç də qərbə ehtiyacımız olmaz.”
         Orta çağ Xristiyan intelektinin İslamı cahil və paqanist (bütpərəst) bir din olaraq gösrərməsinə baxmayaraq, İslam mədəniyyətinin elm, düşüncə və sənət sahələrindəki göz qamaşdırıcı uğurları Avropanın diqqətindən qaçmırdı. İslam mədəniyyətinin xüsusilə elm və fəlsəfədəki qazanclarının gözəl bilindiyi Əndulusda hələ 711-ci ildə Əməvi əsilli Müsəlmanlar sürətlə yerləşmiş və siyasi varlıqlarını möhkəmlətməyə  başlamışdırlar. Əndəlus çox qısa zamanda İslam mədəniyyətinin ən seçkin sənət və fikir əsərlərinin verildiyi, eyni zamanda xristiyan, yəhudi və müsəlman topluluqlar arasında tarixdə bənzəri olmayan bir dini ahəngin hakim olduğu bir bölgəyə çevrildi. İslam düşüncəsinin Avropa üzərindəki təsiri o qədər güclü idi ki, hələ 857-ci ildə Alvaro adlı bir İspan, xristiyan gənclərin öz dinlərini öyrənməkdən ziyadə İslam mədəniyyətinə heyranlıq duyduqlarını    şikayət edərək deyirdi: “Mənim Xristiyan qardaşlarım ərəblərin şer və ədəbiyyat əsərlərindən böyük həzz alırlar, müsəlman filiosofların əsərlərini daha düzgün və aydın bir ərəb dilində  öyrənib tədris edirlər. Xristiyan gənclər ərəbcədən başqa bir dil və ədəbiyyat tanımırdılar. Onlar bu dildə olan əsərləri böyük bir əzmlə oxuyur;böyük məbləğlər xərcləyərək ərəbcə kitabxanalar yaradır və Ərab-İslam mədəniyyətini yayırlar”.  Buna bənzər hadisələri orta çağ boyunca Avropanın bir çox yerlərində də  duymaq mümkün idi. İslam düşüncəsi və elminin Qərb üzərindəki təsirindən narahat olan kilsə İbn Rüşdün Latın dünyasındakı ardıcıllarını təqib edir, İbn Rüşdün öz əsərləri isə  toplu şəkildə yandırılırdı. Əslində isə Qərb Ərəb elm adamlarının əsərlərindən yararlanaraq Qərb modern elminin doğuşuna zəmin hazırladılar. Bununla yanaşı İslamın bir din və mədəniyyət olaraq Avropa zehnində yaratdığı fikirləri silmək üçün İbn Sina və İbn Rüşdün əslində xristian olduğunu iddia edən bir çox uydurma əfsanələr ortaya atırdılar. İslamdan bir din olaraq nifrət edən Avropa onun mədəniyyət sahəsindəki uğurlarının birbaşa İslama deyil, milliyət, irq, coğrafiya, İslam öncəsi mədəniyyətlər,Yunan düşüncəsi və s. kimi ünsürlərə bağlı olduğunu irəli sürürdü. Burdan çox aydın görmək mümkün ki, Avropa İslam mədəniyyətini qəsb edərək öz adına çıxmış, cahil, paqanist adlandırdığı  İslam  elm və mədəniyyətindən çağdaş gələcəyini qurmaq üçün istifadə etmişdir. Bu gün  Qərb mədəniyyətin zirvəsində sayılır. Qərb  cəmiyyətinin islam cəmiyyətindən fərqi ondadır ki, burada insanlar hər şeydən necə faydalana biləcəklərini və bunları özləri üçün necə bacaracaqlarını düşünürlər. İslam mühitində isə hər kəs inkişafını başqalarına faydalı ola biləcək şəkildə həyata keçirməyə çalışır. Bu cəmiyyətdə insanlar sevinci də, kədəri birlikdə paylaşamağı, bir toplum olaraq biri-birinə  dəstək olmağı maddi rifahdan üstün tuturlar. Qərbin  təlqin etməyə çalışdığı  sosial ədalət, demokratiya, insan haqlarına İslam cəmiyyəti hələ neçə əsr bundan əvvəl qovuşmuşdur. Əgər bu gün hər hansı bir İslam ölkəsində insan hüquqları pozulursa bu yalnız İslamdan olmayan cahillərin əməllərinin nəticəsidir. Qərb sənaye baxımından irəlidədir,ən yeni texnologiyaların kəşfi qərb alimlərinin adı ilə bağlıdır. Halbuki bu gün qərbin əldə etdiyi elmi nailiyyətlərin şübhəsiz şərqin keçmişində bir qarşılığı vardır. Qərb şərqdən öyrəndiklərini ona”satmağa” çalışır. Bəs ilk elmlərin şərqdə meydana gəlməsinə, ilk kəşflərin  edilməsinə baxmayaraq indi qərb daha çox inkişaf etməsinə səbəb olan nədir?. Bəlkə də bu ona görədir ki, şərq həmişə insanları kamiləşdirməyə, qərb isə dünyanı dəyişdirməyə çalışıb.belə bir fikrin formalaşması heç də təsadüfi deyil: “dünyanı dəyişdirmək istəyən qərb” və “ insanı kamilləşdirmək istəyən şərq”.
Bu iki mədəniyyət arasında baş verən fikir ayrılıqları  çox zaman “mədəniyyətlər toqquşması” kimi hallandırılır. Zamanla  qərb dusuncəsində “qərb qərbdir, şərq də şərqdir və onlar heç vaxt bir araya gələ bilməzlər” kimi fikirlər  yer almışdır. Çox zaman Qərb deyildikdə xristianliq , Avropa deyildiyi zaman isə ağla Islam əleyhidarı bir qitə gəlir. Əslində isə yarandigi ilk illərdən  baslayaraq Islam  Afrika və Asiya qitələri ilə yanasi Avropada da yayilmaga baslamisdir. Ancaq  Afrika və Asiyada Islam yəqinliklə, Avropada isə bu din cox zaman təəssuflə qarsilanmisdir.
Bəs bu iki mədəniyyət arasında zamanla baş verən toqquşmalar nədən qaynaqlanır?  Bunun üçün
BBC telekompaniyası 27 ölkədə araşdırma aparmişdır. Hər ölkədən ən az 1000 nəfərin qatıldığı araşdırmada iştirak edənlərin 56%-i iki mədəniyyət arasında müsbət bağlar gördüklərini açıqlarkən, 28%-i isə İslam və Qərb dünyaları arasında mədəniyyət və din fərqliliklərindən dolayı toqquşma yaşanmasının qaçınılmaz olduğunu düşünür. İştirak edənlərin çoxumədəniyyətlər toqquşması” qavramının din ya da mədəniyyətlə deyil, siyasətlə bağlı olduğu fikrindədir. Xristiyan və Müsəlman qruplar arasında tez-tez toqquşmalar yaşanan Nigeriyada xalqın 56%-i nə görə toqquşmalar mədəniyyət və din fərqliliklərindən qaynaqlanır. Müxtəlif dini və etnik qrupların yaşadığı Livanda isə əhalinin 78%-nin fikrincə  şərq və qərb arasında yaşanan gərginlik siyasi səbəblər üzündən baş verir.
              Avropada kecirilmiş başqa bir  ictimai sorgunun nəticləri də maraq dogurur. “Sizə gorə Islam dusuncəsini  əks etdirən ən önəmli uc kəlmə hansilardir? “ sualina qərblilərin və musəlmanlarin cavablari fərqli olub. Belə ki, müsəlmanlar : “ Demokratiya”, “Ədalətvə “Azadliqolaraq cavab vermislər.  Qərblilərin rəyi isə belə olmusdur: “Fanatizm” , “ Təslim olma” və “ Qərb dəyərlərinə qarsi cixma”.                                                
       Bu fikirlərin doğru olmadığını göstərmək üçün hər bir müsəlman Quran və Sünnəyə sarılmalı, İslamı olduğu kimi yaşamalıdır.



   Qumru QULİYEVA

Hiç yorum yok:

Yorum Gönder