14 Temmuz 2011

QƏBİRDƏKİ HƏYATIN TƏBİƏTİ NECƏDİR?

Həmd, yalnız Allahadır. Salat və salam da Peyğəmbərimiz Məhəmmədədir (ona və ailəsinə salam olsun).
         Əvvəlcə bilinməlidir ki, Allah Təalanın kitabında və ya elçisi Məhəmmədin (ona və ailəsinə salam olsun) diliylə axirət günü, hesab, cənnət, cəhənnəm, ölüm, qəbir əzabı və nemətiylə əlaqəli Qurani-Kərimdə gələn və ya təmiz sünnədə doğru olaraq bildirilən digər qeyb ilə əlaqəli məsələlərdə xəbər verilən şeylərə hər mömin kişi və qadının inanması lazımdır. Çünki biz Rəbbimiz Allah Təalanın söylədiyi və xəbər verdiyi şeylərin doğru olduğunu bilirik.
      Allah Təala bu barədə belə buyurmuşdur:
 “( Söz və vədində ) Allahdan daha doğru sözlü kim ola bilər?”[1]
   Başqa bir ayətdə belə buyurmuşdur:
“ (Xəbər verdiyi şeylərdə ) Allahdan daha doğru sözlü kim ola bilər?”[2]
   Yenə biz Allah rəsulunun (s.ə.s) insanlar içində ən doğru sözlü olduğuna, onun öz istəyi ilə  danışmadığına və danışdığı şeylərin də vəhydən başqa bir şey olmadığına inanırıq.
     Allah Təala bu barədə belə buyurmuşdur:
“ O ( Məhəmməd - ona və ailəsinə salam olsun), öz-özlüyündən danışmır.Onun danışdıqları ona vəhy edilən vəhydən başqa bir şey deyildir.”[3]
     Məhəmməd peyğəmbərdən (ona və ailəsinə salam olsun) səhih hədislərlə sabit olan hər şeyi, yəni həqiqəti bilməsəkdə yenədə onu təsdiq etməyimiz lazımdır.
     Bu səbəbdən axirət, cənnət, cəhənnəm, cənnət əhlinin nemətləri, cəhənnəm əhlinin əzabları, qulun qəbirdə əzab görməsi və ya naz-nemətlər içində yaşaması və qəbirdə ruhunun özünə geri verilməsi kimi mövzularda Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) xəbər verdiyi hər şeyi təsdiq etməliyik. Bunların hamısı Quran və sünnətin xəbər verdiyi həqiqətlərdir. Qulun bunlara təslim olmağı və Quran və ya səhih sünnətdən  bildirilən və yaxud da islam alimlərinin ittifaq etdiyi hər şeyi təsdiq etmələri lazımdır.
  Sonra Allah təala mömin kişi və qadınlara bu mövzularda hikmət və sirrlərini bilmələri üçün onlara lütf  edərsə, bu xeyir üstünə xeyir, nur üstünə nur və elm üstünə elmdir. Bu səbəblə o, Allah təalanın ona bu səbəblə lütf edib biliklərinin artmasına və qəlbən rahatlığa çıxmasına səbəb olan bu nemətə həmd edib şükr etməlidir.
     Qəbir sorğu-sualı və ölünün vəziyyəti ilə əlaqəli mövzuya gəlincə, qəbir sorğu-sualı həqiqətdir.
Ölünün  ruhu özünə geri qaytarılır. Peyğəmbərdən (ona və ailəsinə salam olsun)  bu barədə səhih hədislər rəvayət olunmuşdur. Ölünün qəbrindəki həyatı, dünyadakı həyatı kimi deyildir. Əksinə bu həyat xüsusi bərzəx həyatıdır. Yemək, içmək və bunun kimi şeylərə ehtiyacı olan dünyadakı həyat kimi deyildir. Əksinə ölünün bu həyatı, sual və cavabı düşünə biləcəyi özəl bir həyatdır.
              Ona iki mələk gələcək və ona:
1.   Rəbbin kimdir?
2.   Dinin nədir?
3.   Peyğəmbərin kimdir?
   Deyə sual verəcək. Mömin kişi və qadın belə cavab verəcək:
   Rəbbim Allah, dinim İslam və Məhəmməd peyğəmbərimdir.
         Ona : Bu insanı - yəni Məhəmmədi (ona və ailəsinə salam olsun) necə tanıyırsan? deyə sual veriləcək.
          Bu suallara o belə cavab verəcək:
       “ Məhəmməd- sallallahu aleyhi və səlləm Allahın elçisidir,bizə hidayət gətirib.Biz də ona iman etmişik və ona uymuşuq.”
           Ona  belə deyiləcəkdir:
        “ Biz sənin mömin olduğunu onsuzda bilirdir.”                                                                                            
         Arxasından ona cənnətə gedən bir qapı açılır,ona cənnətin gözəl qoxusu,nemətləri gəlir və belə deyilir:
        “ Allah Təala (qiyamət günü) səni təkrarən diriltincəyə qədər bura sənin yerindir.”
          Sonra ona cəhənnəmdəki yeri göstərilir və ona belə deyilir:
       “ Allahı inkar etsəydin bura sənin yerin olacaqdı.Amma indi Allah səni ondan qorudu və cənnətə getdin.”
          Kafirə gəlincə o Rəbbi,dini və Peyğəmbəri haqqında sual verildiyi zaman velə cavab verəcək:
       “ Hah...Hah...Bilmirəm.İnsanların bir şeylər söylədiklərini eşitdim və məndə elə söylədim.”
          Sonra onun başına dəmirdən bir       vurulunca, elə bir fəryad qoparacaq ki, cinlər və insanlardan başqa hərkəs onun fəryadını eşitəcək.Onun fəryadını heyvanlar da eşitəcəklər.Sonra ona cəhənnəmə gedən bir qapı açılacaq və qabıröaları bir- birinə keçəcək bir şəkildə qəbri ona daraltılacaq.Qəbri onun üçün cəhənnəm çuxurundan bir çuxur olur və ona bir qapı açılır ki, cəhənnəm alovunun istisi və əzabından qoxuları gəlir.
         Sonra ona belə deyilir:
      “ Allah Təala (qiyamət gunu) səni təkrar diriltincəyə qədər bura sənin yerindir.”
         Sonra onun üzünə qapı açılır və cənnətdəki yeri göstərilir və belə deyilir:
      “ Şayət Allah səni hidayət etmiş olsaydı bura sənin yerin olacaqdı.”
        Beləliklə qəbrin cənnət baxçalarından bir baxça və ya cəhənnəm çuxurlarından bir çuxur olduğu bilinəcəkdir.Qəbr əzabı və ya neməti, qəbirdəki həm ruha, həm də bədənə hər ikisinə birlikdə olacaqdır. Eyni şəkildə axirətdə cənnət və ya cəhənnəmdə də belə olacaqdır.
       Hər kim doğularaq və ya yanaraq və yaxud da yırtıcı heyvanın onu parçalayıb yeməyiylə ölərsə nəsibi olan əzab və ya nemət bu insanın ruhuna keçəcəkdir.İstər quruda olsun, istər dənizdə olsun, istərsə də yırtıcı heyvanın mədəsində olsun əzab və ya nemət onun cəsədinə Allah Təalanın dilədiyi şəkildə veriləcəkdir.Fəqət nemət və ya əzabın böyük bir qismi qalıcı olan ruhun üzərinə olacaqdır.Ruh ya nemətlər içində olacaq, ya da əzab görəcək.Bu səbəbdən möminin ruhu cənnət gedəcəkdir.
        Rəsulallah sallallahu aleyhi və səlləm bu mövzuda belə buyurmuşdur:
(( إِنَّمَا نَسَمَةُ الْمُؤْمِنِ، طَائِرٌ فِي شَجَرِ الْجَنَّةِ حَتَّى يَبْعَثَهُ اللَّهُ عَزَّ وَجَلّ
[ رواه النسائي وابن ماجه وأحمد ومالك]  إِلَى جَسَدِهِ يَوْمَ الْقِيَامَةِ ))
       “ Allah azzə və cəllə qiyamət günü onu təkrarən bədəninə göndərənə qədər möminin ruhu cənnətin ağaclarının meyvələrindən yeyən bir quş kimidir.” 1
          Hər  müsəlman qadın və kişinin Allah Təala və elçisi Məhəmməd (ona və ailəsinə salam olsun)in xəbər verdiyi şeydən əmin olması, ondan şübhə etməməsi, ona güvənməsi və Allah Təala və elçisi Məhəmməd (ona və ailəsinə salam olsun)in xəbər verdiyi şeyin bəzi anlamı qula gizli olsada belə onu Allah azzə və cəllənin istədiyi şəkildə təsdiq etməsi lazımdır.İnsanların fikirləşdikləri hər tipli zənn və təxminləri aradan qaldıran Allah Təalanın hikməti çox böyükdür.2
----------------------------------
1 Nesai,İbni Macə,Əhməd və Malik
2 Əbdüləziz b. Baz,Məcmuu Fətava və Məkalat Mutənəvvia, səhifə 338


[1] Nisə surəsi: 122
[2] Nisə surəsi: 87
[3] Nisə surəsi: 87



Tərcümə edən: Samirə Seyidalı
İcraçı və korrektor: Əkrəm Həsənov Bəhramoğlu

Hiç yorum yok:

Yorum Gönder