9. Sual: Hörmətli Şeyx, Qeyri İslam dövlətlərində istifadə etdiyimiz ət, toyuq və balıq məhsulları barəsində şəriət hökmü nədir? Bildiyimiz kimi onlar şəriətə uyğun olmayaraq heyvanları kəsirlər. Biz sadəcə yeməkdən öncə Bismilləh deyib yesək kifayət edərmi?
Şeyx AbdurRahman əl-Barrak – hafizahullah – deyir ki: "Balığa gəldikdə o, halaldır. Çünki balığın halal olması onun kəsilmə üslubundan və Allahın adının zikr olunmasından aslı deyildir. Şirkətlər və Kitab Əhli tərəfindən tədarük edilən digər ət məhsullarına gəldikdə isə onlar halaldır, əgər onların öldürülmə üslubu - elektrik cərəyanı, başından küt alətlə vurulması və s. üsullar hansıki Avropa ölkələrində məşhurdur – məlum deyilsə. "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5). Əgər onların yuxarıda qeyd etdiyimiz üsullarla öldürülmə üslubu bəlli olarsa bu zaman bu cür əti yemək olmaz. Artıq ölü (leş) ətdən sayılır. Həmçinin əgər ət məhsulları Kitab Əhli olmayan şirkətlər tərəfindən tədarük edilirsə bu cür əti də yemək olmaz. "Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız”. (əl-Ənam 121).
Müsəlman bir kimsə hər bir yolla haramlardan və şübhəli şeylərdən çəkinərək öz dininin şərəfini və bədəninin təmizliyini qorumalı, haramla bədənini doldurmamalıdır.
"Sual və Cavab” 10339.
10. Sual: Hörmətli şeyx, bazarlarda qeyri müsəlman dövlətlərindən gətirilmiş ət məhsulları satılır. Bu kimi ət məhsullarının hansı üsulla kəsildiyinə baxmadan yeyə bilərikmi?
Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: "Əgər gətirilən ət məhsulları Xaçpərəst və Yəhudi dövlətlərindəndirsə bunda problem yoxdur. Çünki Allah onların yeməklərini bizə halal etmişdir, onların yeməkləri isə - kəsdikləri heyvanlardır. Bizə qadağan olunma səbəbi məlum deyilsə bu cür kəsilən heyvanların ətlərini yemək qadağan deyildir. Əgər bizə heyvanın öldürülmə üsulu məlum olarsa ki, heyvan boğularaq, küt alətlə başından vurularaq, tapança, elektrik cərəyanı ilə öldürülübsə bu cür heyvanların ətlərini yemək olmaz. Bir çox dəvət əhlindən mənə çatan xəbərlərə görə Amerika və Avropa ölkələrində olan qəssabların çoxu heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər. Əgər müsəlman özünü qoruyaraq bu ətlərdən yeməzsə bu onun üçün daha yaxşı və hədisə də uyğun olar. Əbu Abdullah ən-Numan b. Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: "Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar...”. Buxari 52, Müslim 1599. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl” . Mömin bir kimsəyə vacibdir ki, yemək və içməyində ehtiyatlı olsun. Əgər o, heyvanı alıb özü kəssə bu onun üçün daha yaxşı olar. Həmçinin heyvanı tanıdığı qəssablardan alarsa hansı ki, heyvanı şəriətə uyğun kəsirlər bu da onun üçün daha yaxşı və təhlükəsiz olar”.
"Fətava Nuru ad-Darb”.
11. Sual: Hörmətli Şeyx, günlərin birində öz iş yoldaşlarımı qonaqlığa dəvət etdim. Onlar gəldikdən sonra süfrə açıldı, yeməklər içərisində qızardılmış toyuq da vardı. Qonaqlardan biri: "Bu yerli toyuqdur, yoxsa gətirilmiş”. Mən: "Gətirilmiş” dedim. Bundan sonra o, toyuğu yemədi. Mən səbəbini soruşduqda haram olduğunu dedi. Mən: "Sən bunu haradan götürmüsən ki, haramdır”. O: "Bəzi Şeyxlərdən eşitmişəm” dedi. Xahiş edirəm sizdən bu suala şəriət tərəfdən cavab verəsiniz.
Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: "Qeyri müsəlman dövlətlərdən idxal olunan, yəni kəsilmiş heyvanlara Yəhudi və Xaçpərəstlər cavabdehlik daşıyırlarsa bu cür heyvanların ətlərini yemək halaldır və onların necə kəsildiyini, Allahın adının zikr edilib-edilmədiyini soruşmamalıyıq necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybərdə Yəhudi qadın tərəfindən verilən qoyun budunu yemişdir. Buxari 2617, Müslim 2190. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Yəhudinin verdiyi yeməyi də yemişdir. Halbuki orada qaxsımış yağ vardı. Yağ isə - öz halını dəyişmiş piydir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun necə kəsildiyini və Allahın adının zikr olunub-olunmadığını heç soruşmadı. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: "Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: "Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari
. Bu hədislərin hər biri dəlildir ki, heyvanın necə kəsildiyi barədə soruşmaq lazım deyil. Bu da şəriətin hikmətindən və asanlığındandır. O, ki qaldı qeyri müsəlman dövlətlərindən idxal edilən, kəsilməsində cavabdehdir məcusilər, bütbərəstlər və s. bu cür ətləri yemək haramdır. Çünki Allah bizlərə kafirlərin yeməklərini yeməyi haram etmişdir, Kitab Əhli istisna olmaqla.
Əgər biz kəsilən heyvanın Müsəlman, Kitab Əhli tərəfindən kəsildiyində ehtmal etsək bu cür əti yeməkdə heç bir problem yoxdur. Fəqihlər deyirlər: "Əgər bizə ət verilsə elə bir yerdə ki, əhalisinin çox hissəsi ətinin yeyilməsinə icazə verilən qrupdandırsa (Kitab Əhli və Müsəlmanlar) bu cür ət halaldır”. Əgər ətin mənşəi və kim tərəfindən kəsildiyi bilinməzsə daha yaxşı olar bu cür əti yeməkdən çəkinəsən.
"Fətava Uləma Bilədil Haram” 378-379.
TOPLAYAN VƏ TƏRTİB EDƏN : KAMAL HÜSEYN
HAZIRLADI : ABDUZ ZAHIR
HAZIRLADI : ABDUZ ZAHIR
Hiç yorum yok:
Yorum Gönder