07 Temmuz 2011

MÜASİR SƏLƏF ALİMLƏRİNİN KƏSİLMİŞ HEYVANIN HÖKMÜ BARƏSİNDƏ FƏTVALARI-3-XARİCİ DÖVLƏTLƏRDƏN GƏLMİŞ VƏ KONSERVLƏŞDİRİLMİŞ ƏTLƏR BARƏSİNDƏ FƏTVALAR

5. Sual: Buna oxşar bir suala Şeyx Useymin – rahmətullahi aleyhi – nin dedikləri: "Kəsilmiş heyvanın üç halı vardır:

1. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilib. Bu halda bu əti yemək halaldır.
2. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilməyib. Bu halda bu əti yemək haramdır.
3. Biz şübhədəyik və bilmirik ki, bu heyvan (şəriətə) uyğun kəsilib, yoxsa yox. Bu halda bu cür heyvanın ətini yemək olar və biz mükəlləf (vacib) deyilik soruşmaq və araşdırmaq hansı üsulla bu heyvan kəsilib, kəsilərkən Allahın adı zikr olunub, yoxsa yox. Hətta, Sünnə bizə açıq-aydın göstərir ki, daha yaxşıdır bu haqda soruşmamaq və araşdırmamaq. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: "Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: "Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in "Bismilləh” demək əmri heyvanı kəsməmişdən öncə deyilən Bismilləh - deyildir. Hədisdən də aydın olduğu kimi heyvan artıq kəsilmişdir. "Bismilləh” demək əmri yemək yeməmişdən öncə deyilən Bismilləhdir. Yemək yeməmişdən öncə Bismilləh demək artıq şəriətimiz tərəfdən təyin edilmişdir. Hətta yeməkdən öncə Allahın adını zikr etmək vacib əməllərdəndir. Buna da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in açıq-aydın əmri vardır. Əgər insan Allahın adını zikr etməyərək yeməyə başlayarsa şeytan mütləq onun yeməyinə şərik olar. (İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "İblis dedi: "Ya Rəbbim! Yaratdıqlarının içərisində dolanacağı (ruzisi) olmayan bir kimsə yoxdur. Bəs mənim dolanacağım haradandır?”. Allah: "Mənim adım zikr olunmayan hər nə varsa sənin (dolanacağındır)” deyə buyurdu. Əbu Nuaym "Hilyə” 8/126). Əgər insan Allahdan qorxub bu cür yeməkxanalarda (ət) yeməyi yeməzsə onda heç bir günah daşımır. Həmçinin bunun əksi də belədir, kim ki, belə bir yerlərdə (ət) yeməyi yeyərsə o, da heç bir günah daşımır”.
"Fətava İslamiyyə” 3/415.
"Fətava Ulama Bilədil Haram” 375.

6. Sual: Hörmətli Şeyx, xarici dövlətlərdən gələn konservləşdirilmiş toyuqlar barəsində nə deyə bilərsiniz?
Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: "Xarici dövlətlərdə kəsilmiş toyuq və digər heyvanlar Kitab Əhli olan dövlətlərdən konservləşdirilmiş şəkildə bizim dövlətlərə daxil olursa Quran ayələrinə əsasən bu cür ətləri yemək halaldır əgər bizə qadağan olunma səbəbi məlum deyilsə. Məs: Allah üçün kəsilməyib, qanı axıdılmadan (boğazı kəsilmədən) öldürülüb və s. Əgər ət yeməyi kommunistlərin, ateistlərin və müşriklərin dövlətlərindən gələrsə bu cür ətləri yemək haramdır”.
"Fətava İsləmiyyə” 3/16.

7. Sual: Hörmətli Şeyx, Xarici (kafir) dövlətlərdən tədarük edilən və üstündə - halal – yazılan ət məhsulları barəsində nə deyə bilərsiniz?
Şeyx Saleh əl-Fovzan – hafizahullah – deyir ki: "Mal verənlərin və həmçinin ət məhsullarının üzərində olan Halal eiketlərinə bel bağlamaq (güvənmək) olmaz. Arxayın olma ki, bütün bu ət məhsulları şəriət normalarına əsasən kəsilib. Əgər diqqət etsəniz çox vaxt bazarlarda boğazı kəsilməmiş (başı yerində) toyuqlar görmək olar. Halbuki onların da üzərində Halal etiketləri var. Mən özüm Halal etiketini görmüşəm elə bir ət məhsulunun üzərində ki, ona ehtiyac yoxdur – Balıq. Bu da ona əyani sübutdur ki, Halal etiketi yalnız alıcını cəlb etmək, malı satmaq və yalan yolla mülk əldə etməkdir”.
"əl-Atima” 165-166.

8. Sual: Hörmətli Şeyx, Çin dövlətinə köçməzdən öncə eşitmişdim ki, müsəlman bir kimsəyə ateistlərin kəsdikləri heyvanların ətlərini yemək haramdır. Öxuduğum Universitetdə müsəlmanlara aid bir yeməkxana var. Orada bizə ət yeməkləri verirlər. Lakin mən arxayın deyiləm ki, bu İslam dininə uyğun olaraq kəsilib və mən bu cür ət məhsullarının yeyilməsində şübhə edirəm. Mənim dostlarım isə heç bir şübhə etməyərək bu ət məhsullarını yeyirlər. Onlar düzmü edirlər, yoxsa qadağan olunmuş əti yeyirlər? Həmçinin müsəlmanlarla, qeyri müsəlmanların qab-qacaqlarını da ayırmaq olmur. Bu məslədə mən nə edə bilərəm?
Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: "Kitab Əhli istisna olmaqla kafirlərin kəsdikləri heyvanların ətlərini yemək olmaz. Bunlar da istər atəşpərəst olsun, istərsə də bütpərəst. Onların hər biri kafirlərdir. Bu ətlərin bulyonu da haramdır, çünki Allah kafirlərin yeməklərini bizə haram etmişdir Kitab Əhlindən başqa. "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5). "İbn Abbas – radıyallahu anhu – nun dediyi kimi: "Yemək – onların kəsdikləri heyvanların ətləridir”.
O, ki qaldı meyvə və tərəvəzə bu kimi şeylərin istifadəsində heç bir problem yoxdur, çünki onlar qadağan olunmuş yeməklərin içərisinə daxil olmurlar. Müsəlmanların, həqiqi müsəlmanların, Allaha şərik qoşmayan, qəbirlərə ibadət etməyən, nə Peyğəmbəri, nə övliyanı heç kəsi köməyə çağırmayan müsəlmanların yeməkləri həm müsəlmanlara, həm də qeyrilərinə halaldır.
Qab-qacağa gəldikdə isə müsəlmanın ayrıca özlərinə məxsus qabları olmalıdır. Kafirlərin istifadə etdikləri, içərisində içki və yeməklərini saxladıqları qabları yox. Əgər müsəlmanlar bunu bacarmasalar bu zaman kafirlərin istifadə etdikləri qabları yumalı və sonra içərisinə yemək qoymalıdırlar. Əbu Sələbə əl-Xuşani – radıyallahu anhu - rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: "Ya Rəsulallah! Biz Kitab Əhlinin hakimiyyəti altında olan torpaqlarda yaşayırıq. Onların qab-qacaqlarından yeməkdə istifadə edə bilərikmi?”. Peyğəmbər: "Kitab Əhlinə gəldikdə əgər başqa bir şey tapa bilərsinizsə onların qablarından istifadə etməyin. Əgər tapa bilməsəniz onların qablarını yuyub istifadə edin....”. Buxari 5478.
"Məcmuu Fətava Va Məqalət” 4/435.

TOPLAYAN VƏ TƏRTİB EDƏN : KAMAL HÜSEYN

HAZIRLADI : ABDUZ ZAHIR

Hiç yorum yok:

Yorum Gönder