14 Temmuz 2011

Quhumluq əlaqələrini möhkəmləndirmək.

Əbu Hureyra (رضي الله عنه) rəvayət edir ki, Peyğəmbər (صلى الله عليه وعلى آله وسلم) demişdir: 



«Allah məxluqatı yaratdı, yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxıb ər-Rahmənin ətəyindən yapışdı. Allah ondan: «Nə olub?» - deyə soruşdu. O dedi: «Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır». Allah buyurdu: «Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?» O dedi: «Əlbəttə (razıyam), ya Rəbb!» Allah buyurdu: «Elə belə də olacaq!» 
Sonra Əbu Hureyra (رضي الله عنه) dedi: 
«İstəyirsinizsə, (bu ayəni) oxuyun: 
«Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz» (Muhəmməd 22)». 

(əl-Buxari 65. Kitəbut-Təfsir 352 (4455, 4552, 4830).)



Abdurrahmən ibn Auf (رضي الله عنه) rəvayət edir ki, mən Allah Elçisinin (صلى الله عليه وعلى آله وسلم) belə dediyini eşitdim: 
«Allah dedi: «Mən Allaham və Mən ər-Rahmənəm (Mərhəmətliyəm)! Mən rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adımdan ona ad verdim. Kim onu möhkəmləndirsə, Mən onu rəhmətimə qovuşduraram. Kim onu kəssə, Mən də onu kəsərəm».

(əl-Buxari «Ədəbul-Mufrad» 53; ət-Tirmizi 1907, 2031. əl-Albani «Silsilətul-Əhədisis-Sahih​a»da (№ 520) hədisi səhih adlandırmışdır).

Hiç yorum yok:

Yorum Gönder