Biz Allahın zatında, əməlində, isim və sifətlərində, ibadət edilməyə layiq haqq sahibi olduğunda, bu deyilənlərin heç birində şəriki olmadığına, yaratmaqda, əmr etməkdə, öldürməkdə, diriltməkdə, ruzi verməkdə, xəstəlik göndərməkdə və şəfa verməkdə tək olduğuna etiqad edənlərik.
Biz dini hökmləri Quran və Sünnədən götürənlərik.
Biz Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sözlərini və əməllərini insanlar arasında ən yaxşı bilənlərik.
Biz Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) başqa heç bir imama təzim etməyənlərik.
Biz insanlar arasında Sünnəni ən çox sevənlər və ona tabe olmaq üçün ən çox səyy göstərənlərik.
Biz şəriətə təslim olub, təvili qəbul etməyənlərik.
Biz nəqli ağıldan üstün tutub, ağlın nəqlə boyun əydiyini söyləyənlərik.
Biz haqq üzərində addımlayanlarıq.
Biz tərki dünyalığı tərk edib, Allaha təvəkkül etməklə yanaşı səbəblərdən yapışanlarıq.
Biz Allaha sevgi, ümid və qorxu ilə ibadət edənlərik.
Biz möminlərə qarşı rəhmli, kafirlərə qarşı sərt və şiddətli olanlarıq.
Biz səhih əqidəni və doğru dini yaymağa həris olanlarıq.
Biz camaatla olmağa dəvət edənlər və camaatdan ayrılmağı inkar edənlərik.
Biz bizə qarşı olan təzyiqlərə görə insanlar arasında ən çox səbr edənlərik.
Biz digərləri haqda elmlə və ədalətlə hökm verənlərik.
Biz insanlar arasında ən gözəl dini bilgiyə sahib olanlarıq.
Biz Allaha itaət etməklə nəfslərimizi təmizləməyə ən çox səyy göstərənlərik.
Biz Allahı ən çox sevən və Allahdan ən çox qorxanlarıq.
Biz ibadətləri Allah üçün edən, həyatı və ölümü aləmlərin Rəbbi Allah üçün olanlarıq.
Bilirsinizmi biz kimik?
Biz Əhli Sunnə vəl Cəməatıq.
__________________
Hazırladı: əz-Zubeyr
Hiç yorum yok:
Yorum Gönder