07 Temmuz 2011

‎'SadəqAllah ul-A'zim' deməyin hökmü

Quran oxuduqdan sonra 'SadəqAllah ul-A'zim' demək, nə Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm), nə də səhabələrdən (radıyAllahu anhumə) nəql edilmişdir. Bunun heç bir əsli olmayıb, son zamanlarında ortaya çıxmış olan bir yenilikdir. Bu, ərəb dilindən tərcümədə "Əzəmətli Allah doğru demişdir" mənasına gəlir.

Əgər bir şəxs 'SadəqAllah ul-A'zim', Allahı tərif etməkdir və ibadətdir - deyirsə və şəriətdən heç bir dəlil gətirmirsə, onun bu dediyini ibadət adı ilə etmək caiz deyildir. Əgər şəriətdə bunun dəlili yoxdursa, onunla tilavəti bitirmək şəriətə ziddir və sünnəyə müxalifdir.

Məgər Allah demirmi: "De ki, Allah doğru demişdir!" (Ali İmran surəsi, 95) - deyənlərə cavab:

- Bəli bunu Allah (subhənəhu və təalə) demişdir. Biz də həmçinin "Allah doğru demişdir." deyirik. Lakin Allah qiraəti bitirdikdən sonra bunu deməyi bizə əmr edibmi?

Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Qurani-Kərimi oxuması səhih qaynaqlarla sabitdir. Ancaq qiraəti bitirdikdən sonra onun (sallAllahu aleyhi və səlləm) 'SadəqAllah ul-A'zim' deməsi barədə heç bir şey nəql edilməmişdir. Əksinə Abdullah ibn Məsud (radıyAllahu anhu) rəvayət edilən bir hədisdə Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ona Quran oxumasını söyləmiş, o da ən-Nisa surəsini, 41-ci ayəsinə qədər oxumuş, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) isə ona "kifayətdir" demişdir. [1]
Burada keçən hədisdən də anlaşıldığına görə nə Peyğəmbər İbn Məsuda 'SadəqAllah ul-A'zim' deməsini buyurmuş, nə də İbn Məsud bunu söyləmişdir. 
Bu hədis, qiraəti bitirdikdən sonra 'SadəqAllah ul-A'zim' deməyin, şəriətə uyğun olmadığına dəlalət edir.

_________________

[1]- əl-Buxari, əl-Cəmius-Sahih, Kitəbut-Təfsir, 4306 | Kitəbu Fədailil-Qur'an, 4763

İstifadə olunan mənbə:
Muhəmməd ibn AbdulAziz əl-Musnid, 4/17,36,38-39

Hiç yorum yok:

Yorum Gönder