Bismillah. Əssəlamu Aleykum.
Bu gün bütün dünyada olduğu kimi vətənimizdə də islama maraq çoxalır. Amma islam düşmənləri bu marağı azaltmaq və bilmədikləri həqiqətə göz yummaq üçün islama və müsəlmanlara əziyyət verirlər. Bu bir həqiqətdir ki, bu əziyyət yalnız bizim dövrümüzə aid olmayıb.
Allahın rəsulu dəvətə başladığı vaxtdan və ümumiyyətlə Allah öz dinini yaymağa başladığı vaxtlardan üzü bəri Allaha yönələn insanlara qarşı təzyiqlər olub. Amma özlərini Allaha bağlayan möminlər Allah tərəfindən sevilib, qorunub, onlar haqqında Allah təala öz kitabında ayələr nazil edib. Allah təala buyurur: “- Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!” (ət-Tovbə (Tövbə) surəsi, 111).
Bu gün acı xəbərlər bizi kədərləndirir. Bütün islam torpaqlarında müsəlmanların zəifləməsi, insanların islama gəlməyinin qarşısının alınması, müsəlmanları qorxu altında saxlamaq halları çoxalıb. Allahın düşmənləri müsəlmanlara əziyyət verir. Axı niyə bizim xalqımızın cavanları, gəncləri unudur ki, bura tarix boyu müsəlman diyarı olub. Düzdür işğalçı yəhudi və ya xristian dövlətlər torpağımıza göz dikib, xalqımızı əsarətdə saxlayıb, torpaqlarımızı əlimizdən alıb. Amma bizim öz içərimizdən olan vətəndaşlarımız sanki bunu görməməzlikdən gəlirlər. Hansısa bir zalımın bizim ən gözəl məscidlərimizdən biri olan “Əbubəkr” məscidinə qumbara atması nəticəsində hələ də məscidimiz bağlı qalıb. Halbuki Ramazan ayı yaxınlaşır və vətən övladlarımız bu ayı ibadətlə keçirmək üçün hər namazda ibadət üçün gəldikləri məscidə indi gələ bilmirlər. İftar etdikdən sonra məsciddə fərz namazı həmin məsciddə camaatla qılırlar, eyni zamanda Ramazan ayının ən dəyərli ibadəti olan Təravih namazını qılırlar. Günah etməmək üçün, təmiz yaşamaları üçün Allaha və Onun Peyğəmbərinin (s.ə.s) hər bir əmrinə riayət edirlər. Bütün peyğəmbərlərin adəti olan və xüsusi ilə bizim son peyğəmbərimiz Məhəmmədin (s.ə.s) sünnəsi, yolu, adəti olan saqqal saxlamaq və bığları qısaltmaq əmrini yerinə yetirən müsəlman qardaşlarımızın saqqalı vəhşicəsinə yandırılır. Bu böyük fəlakətdir. Məscidə qumbara atmaq, müsəlman qardaşlarımızın saqqalını yandırmaq və s. saysız hesabsız nankorluqlar eyni cinayətdir və nəticəsi ağırdır. Bunu edənlər indi rahat yaşamaları üçün sevinməsinlər. Allah təala onlar haqqında belə buyurmuşdur: “- Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır! Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!” (əl-Əhzab (Dəstələr) surəsi, 57-58).
Tarix boyu müsəlmanlara müsəlman olduqları üçün zülm edən zalım kafirlərin, müsəlmanlara etdikləri zülm və işgəncənin pis nəticəsini Allah təala bizə bildirmişdir. Ey müsəlmanlar! Yer üzündə tək günahınız müsəlman olmaq və müsəlman olmaqdan başqa günahınız olmayan kimsələrsiniz. Siz bunu unutmayın ki, sizlər kafirlərin qarşısında potensial günahkarsınız. Diqqətli olun! Gözlərinizi və qulaqlarınızı açıb yaxşı dinləyin! Tarix boyu sizin kimi müsəlmanlara zülm edən kafirlərin, zalimlərin aqibəti necə oldu? Allah onlara nə etdi? Onları yerin dibinə batırarkən öz dostlarını Rəbbiniz necə qalib etdi? Bunu yaxşı bilin ki, əgər sizdə sizdən əvvəlki müsəlmanlar kimi inanmanız səbəbi ilə məruz qaldığınız bəla və işgəncələrə səbr etsəniz, möhkəm dursanız, yolunuzdan dönməsəniz, Allaha ibadətdən ötrü həvəsdən düşməsəniz bunu bilin ki, Allah təala sizin düşmənlərinizdən intiqam alacaq, sizi də səbrinizə görə mükafatlandıracaq. Bu barədə sizə Qurani Kərimin əl-Buruc (Bürclər) surəsini xatırladıram. Bu surədə Allah təala buyurur:
“Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And olsun bürclər sahibi olan göyə;
2 - And olsun vəd olunmuş günə (qiyamət gününə);
3 - And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
4 - (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər.
5 - O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
6 - O zaman onlar (xəndəklərin) kənarında oturub,
7 - (Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
8 - Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
9 - O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
10 - Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
11 - İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
12 - Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
13 - Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
14 - (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
15 - Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
16 - O, istədiyini edəndir.
17 - (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
18 - Firon və Səmud (ordularının)?
19 - Xeyr, kafir olanlar (səni və Quranı) elə hey təkzib etməkdədirlər.
20 - Onların bütün ixtiyarı Allahın əlindədir!
21 - Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır!
22 - O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
Bu ayələri oxuyanlar bilsinlər ki, Allah təala özünü böyük tutanları, zalimləri şiddətlə yaxalayar. Sonra onlardan intiqam alar. Çünki, həqiqətən də insanı yaratmaq və geri qaytarıb məhşər meydanına göndərmək Allaha aiddir. Yaradılan hər şeyi Allah yaratmışdır. Allah təala Bürclər surəsində bildirir ki, dünyada kafirləri şiddətlə yaxalayacaq və əzaba düçar edəcək. Sonra axirətdə eyni əzabı onlara tədbiq edəcək. Belə ki, dünyada əzab gördükləri kafirləri axirətdə əzab görməkdən yayındırmayacaq. Yəni, müsəlmanlara zülm edən kafirlər rahat olmasınlar ki, bu dünyada etdikləri günahlara görə əzab çəkəcəklər və bununla da rahatlıq tapacaqlar, əksinə axirətdə gördükləri əzab daha şiddətli və betər olacaq. Dünyada gördükləri əzab onları axirətdə əzab görməkdən qurtarmayacaq. İbn Abbasdan gələn rəvayətə görə Allah kafirlərə əzab başlar və onlar üçün əzabı təkrar edər. Atəş onları kömür olana qədər yeyər. Allah onları yenidən yaradar və atəş də onları yenidən kömür olana qədər yandırar. Bu Allahın bildiyi və istədiyi qədər davam edər.
Ey üzünü Allah tutub Ona iman edənlər! Allah təala Qurani Kərimdə buyurur: “- Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” (əl-Fəth (Fəth) surəsi, 29). Bu ayənin təfsirində təfsirçilər belə buyurur: Ayənin mənası belədir: “Həqiqətən də onlarda din düşmənlərinə qarşı kin və şiddət vardır. Mömin qardaşlarına qarşı isə rəhmət və incəlik vardır. Allah təala əvvəlcə onları şiddətlə, sonra da rəhmətlə vəsfləndirmişdir. Çünki sadəcə şiddətli olsaydılar insanın ağlına belə bir fikir gələrdi ki, onlar hamıya qarşı şiddətlidirlər. Amma şiddətdən sonra rəhmətin gətirilməsi onların sadəcə Allahın düşmənlərinə qarşı şiddətli olduğunu göstərdi. Öz qardaşlarına qarşı isə mərhəmətlidirlər” (Ali Arslan, Büyük Kur’an Tefsiri, Arslan Yayınları: 14/384). Həsən Bəsridən gələn rəvayətə görə əvvəlki müsəlmanlar kafirlərə qarşı o qədər şiddətli idilər ki, kafirlərin paltarlarına, bədənlərinə toxunmaqdan çəkinərdilər. Öz aralarında o qədər mərhəmətli idilər ki, bir mömin digər bir mömini görsə mütləq onunla əl sıxar və bir-birlərinə sarılardılar. Bu vəziyyət bizim qardaşlar arasında da var və bu bizim hər zaman birlikdə olmağımızın, möhkəm olmağımızın göstəricisidir. Kafirlər heç öz aralarında bir deyillər və eyni zamanda müsəlmanlara qarşı göstərdikləri təzyiq tezliklə onların öz əleyhinə olacaq. Mən ümid edirəm ki, yazdıqlarım normal olaraq qarşılanacaq və ümid edirəm ki, Allahın izni ilə bizim bağlı məscidlərimiz açılacaq. Tezliklə Allahın düşmənləri törətdikləri cinayətin əvəzini alacaqlar.
(İlahiyyatçı, elmi işçi Əkrəm Həsənov)
Hiç yorum yok:
Yorum Gönder