19 Haziran 2011

Ferz et ki oldun !


İstəyirsən gəl bir beş dəqiqə ölümü düşünək. Amma sənin ölümünü. 

Necə? 

Beləcə: Düşün ki, heç xəyalında olmayan, daim ertələdiyin, ölüm, sənə gənc yaşında ikən gəldi. Evə xəbər göndərdilər, övladınız Haqqın rəhmətinə qovuşdu.(!) Səni bir nəfərlik otağa aparırlar. Morqdasan. Buz kimi bir məkan. Bir azdan sevdiklərin başına toplaşıb ağlayacaqlar. Bəyaz kəfəninin baş tərəfi ən yaxının tərəfindən açılır. Səni görən özünü pis hiss edər. Sənə can verə bilmirlər. Sən morqda bir nəfərlik yeri tutarkən boyuna görə kiçik yatağın (qəbrin) çoxdan hazırlanmışdır. O gəcəni tükləri biz-biz edən yerdə keçirərkən isti yatağın qorxu verəcək evdəkilərə. Rəhmətliyin(!) yatağıydı deyəcəklər. O otağın qorxu verəcək. Ölümün bir çox insana qısa zamanda unudacaqları önəmli dərslər vərəcək. Ölümünlə kimisi dul qalacaq, kimisii yetim. Kimisinə övlad acısı daddıracaqsan, kimisinə də adını verə bilmədiyimiz acılar. Sən hələ o soyuq yerdəykən cənazə namazının qılınacağı məscid və qılınacaq namaz vaxtı seçilmiş və qısa bir zaman dilimində yaxın çevrənə bildirilmişdir. Cib telefounundan arayanlara bu səs nə güzəl mesaj verərdi: "Aradığınız şəxsə zəng çatmır. Xahiş edirik təkrar zəng etməyəsiniz. Ona artıq zənglər çatmayacaq. O artıq dünyada deyil. Lütfən nömrəsini silin.'' Nömrən o andaca silinər. Telefonlardaki nömrən ölüm qoxar. Sən morqdaykən ölüm və ölümün danışılacaq evlərdə. Nə əyləncə proqramları güldürəcək, nə də savaş görüntüləri üzəcək. Gündəmdə sən varsan. Ölümün var. Bu sözlər dəfələrlə eşidildi: _ Əcaba növbə kimdədir? _ Səndən sonra əcaba kimin adı oxunacaq? _ Elə dünən görüşmüşdüm! _ Hələ də inana bilmirəm! _ Demək ki, ölümün yaşı yoxdur! _ Bir gün biz də öləcəyik. Və beləcə sabah açılar. Dünyada bir gün belə qalmağına razı olmazlar. İlk dəfə varlığın sıxıntı verər. Sən hələ oradaykən qüslxana qapısına adın yazılar. Ora nə evdəki və də ümumi hamamdır. Ömürdə bir dəfa yuyunulan bir yerdir ora. Buz tutmuş bədənin isti sular altında yumuşalarkən, dərinə toxunanlara unuda bilməyəcəkləri bir ürpərti verəcəksən. Və ölümündən sonra ikinci dayanacağın olan taxdadan düzəldilmiş bir minik qapı önündə səni gözləyir. Ömürdə tək bir dəfa minilən minəkdir o. Və iki üç insanın yardımıyla cansız bədənin tabuta qoyularkən tükünü belə tərpədə bilmyəcəksən.Yenə ömründə ilk və son kəz minəcəyin bir maşın sənin üçün xüsusi olaraq kiralanmışdır. Və yola düşəcəksən. Canlılar arasında qıvrıla-qıvrıla ölüm rəqsi edərək ən azından Cuma namazı qıldığın məscidə gəlirsən. Daha doğusu gətirirlər. O izdihamda tək ölü sənəin. Və sana ölü müamələsi edəcəklər. Çünkü sən ölmüsən. Musalla daşı. Daşların ən ürpərdəni! Daşların ən acımasızı! Daşların ən soyuğu! Sənin üçün toplanan camaat, önə kəçməyin üçün yol açırlar. Və o daş, kim bilir neçənci qonağını qarşılayır! Nə ölülər keçdi o dəzgahdan! Sənin oradaki varlığın bir sünnət namazına vəsilədir. Qılınan namazdan sonra; «Rahmətliyi necə tanıyırdınız?» sualına səni tanıyan da, tanımayan da «yaxşı insan idi» deyəcəklər. İşlədiyin günahları gözlərinin önünə gətirdiyin zaman, yaxşı ki, bilmirlər deyəcəksən. Ürpərtdimsə mənə qəzəblənmə! Bu, sənin, dünya həyatına yeni bir baxış əldə etməyin üçün idi. Çünkü ölümü düşünmək az xəta etməyini təmin edər.كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ ۖ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِHər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (3:185)كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَHər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız.(29:57)

Hiç yorum yok:

Yorum Gönder