19 Haziran 2011

Bil ki, öləcəksən!


Ey müsəlman!
Bil ki, sən öləcəksən.
Əyninə dünyadakı geyimlərdən fərqli olaraq dümağ kəfən geyindiriləcək.
Səni öz ata və qardaşlarının əli ilə qazılmış qəbrə qoyacaqlar.
Üstünü isə nəm və soyuq torpaq ilə örtəcəklər. 
Sənin üçün özünü öldürməyə hazır olan atan, hər kəlməsin də “qurban olum, qadan alım” deyən anan səni dəfn etdikdən sonra geri-evə qayıdacaqlar.
Onlar bir neçə gün yas saxladıqdan sonra əvvəlki həyatlarına davam edəcəklər.
Ər arvad alacaq, arvad ərə gedəcək, ana digər uşaqlarına baxıb hər şeyi unudacaq, atanın başını iş qatacaq və beləcə sən torpağın altında tək-tənha qalacaqsan.
Əgər onlara dünya qədər mülk versən belə,onlar səninlə bir saatlıq da olsa həmin qəbrdə qalmazlar.

Hiç yorum yok:

Yorum Gönder