29 Mayıs 2011

Xəlifə Əbubəkr (Allah ondan razı olsun) olmalıydı və o da oldu


Bismillah. Allaha həmd olsun. Razı olduğu qədər, ərşinin ağırlığı qədər, kəlimələrinin sayı qədər. Allaha hər hal və hər zaman və hər işdə həmd olsun. Allaha həmd olsun ki, hər zaman haqq əhlini batil əhli üzərində qələbəyə nail etmişdir. Həmçinin Allahın bütün peyğəmbərlərinə və son peyğəmbər Məhəmmədə, onun ailəsinə, səhabələrinə salam olsun. Sonra müxtəlif forumlarda iştirak edən bütün müsəlmanlardan, haqqı axtaranlara doğru sözü eşitdikdən sonra ona tabe olana salam olsun. Qəlbində ayrılıq, nifaq, xəstəlik olanlarfa Allah əgər onlar hidayətlikdirsə hidayət versin, deyillərsə Allah Təala o batil əhlinin bütün fitnələrini, şübhələrini müsəlmanlardan qorusun. Amin.

Bütün adil müsəlmanlar bilirlər ki, xəlifə Abubakr olmalıydı və o da oldu. Allah ondan razı olsun. Bu barədə nasslarda yəni, sünnətdə açıqca bildirilən və buna işarə edən hədisləri siz müsəlman qardaşlarıma təqdim edirəm.
*    Hz Aişə (Allah ondan razı olsun) demişdir: “ Allah rəsulu xəstələndikdə mənə belə dedi: “Mənə atan Əbubəkrlə qardaşını çağır ki, bir məlumat yazım. Çünki qorxuram ki, (vəfatımdan sonra) bir həvəsli (xilafəti) arzulayar və biri “Mən xilafətə daha layiqəm” deyər, halbuki Allah da, möminlər də Abubakrdan başqasını qəbul etməzlər.” (Buxari, Muslim).
*    Cubeyr ibn Mutim (r.a), belə demişdir: “Bir qadın Allah rəsulunun (s.ə.s) yanına gəldi. Rəsulullah (s.ə.s) qadına sonra təkrar gəlməsini əmr etdi. Qadın belə dedi: “Yaxşı, gələr də sizi görməzsəm nə edim?” Bəlkə də Allah rəsulunun (s.ə.s) vəfatını qəsd etmişdi. Allah rəsulu (s.ə.s) belə dedi: “Əgər məni tapmasan Abubakrın  yanına get”  (Buxari, Muslim).
*    Əbu Musa əl-Əşarinin (r.a) belə dediyi rəvayət edilmişdir: “Allah rəsulu xəstələnmiş və xəstəliyi şiddətlənmişdi. Belə buyurdu: “Əbubəkrə deyin camaata namaz qıldırsın”. Aişə (r.a) dedi: “-Ya Rəsulullah! Əbubəkr yumuşaq qəlblidir, sizin yerinizə keçsə camaata namaz qıldıra bilməz. Yenə Rəsulullah (s.ə.s): “Əbubəkrə əmr edin camaata namaz qıldırsın”  buyurdu. Aişə eyni sözünü təkrarlayınca Allah rəsulu (s.ə.s) belə buyurdu: “Əbubəkrə əmr et  camaata namaz qıldısın. Onsuzda siz qadınlar, Yusifi aldatmağa çalışan qadınlarsız”  Beləliklə Rəsululahın elçisi Əbubəkrin yanına gəlib ona xəbər verdi. O da Rəsulullah (s.ə.s) həyatda ola-ola camaata namaz qıldırdı (Bu hədisi Buxari və Muslim rəvayət etmişlər. Hədis mütavatirdir).
*    Hz Aişə (r.a) peyğəmbərin (s.ə.s) belə dediyini rəvayət etmişdir: “İşərilərində Əbubəkrin olduğu camaata ondan başqasının imamlıq etməsi uyğun deyildir”  (Hədisi Tirmizi rəvayət etmişdir).
*    Hüzeyfə (r.a) Rəsulullahın belə buyurduğunu rəvayət etmişdir: “Məndən sonrakılara (yəni Əbubəkrə və Ömərə) tabe olun”. (Hədisi Əhməd rəvayət edərək həsən olduğunu bildirmişdir.
*    Ənəsdən (r.a) belə dediyi rəvayət olunmuşdur: “Bəni Müstəliq qəbiləsi sizdən sonra zəkatlarımızı kimə təslim edəcəyik” deyə soruşmağım üçün məni Allah rəsulunun (s.ə.s) yanına göndərdilər. Peyğəmbərin yanına gəldim və bunu soruşdum. O da belə cavab verdi: “Əbubəkrə” (Hakim rəvayət etmiş və səhih demişdir).
*    Səfinədən belə rəvayət edilmişdir: “Allah rəsulu(s.ə.s) məscidi inşa edərkən divara bir daş qoydu. Sonra Əbubəkrə xitabən: “Sən də daşını mənim daşımın yanına qoy” dedi. Sonra Ömərə:“Sən də daşını Əbubəkrin daşının yanına qoy” dedi. Sonra Osmana: “Sən də daşını Ömərin daşının yanına qoy” dedi. Daha sonra da: “Bax bunlar məndən sonrakı xəlifələrdir” buyurdu (Hədisi İbn Hibban, Əbu Züranın “bu sənəddə bir nöqsanlıq yoxdur” dediyi bir isnad ilə rəvayət etmişdir). Bundan başqa bu hədisi Hakim və Beyhaqi rəvayət etmiş və Hakim səhih demişdir.
*    İbn Ömərin (r.a) rəvayətində Rəsulullah (s.ə.s) belə buyurur: “Röyamda gördüm ki, bir quyu başında su çəkirəm. Bu vaxt Əbubəkr gəldi və zorla bir və ya iki kova su çəkdi. Allah onu bağışlasın. Sonra Ömər gəldi, su çəkməyə başladı. Kova böyük bir kovaya döndü. Mən Ömər kimi çalışan bir igid görmədim. Elə bir su çəkdi ki, camaat su ilə doydu və hamı istirahət yerinə çəkildi.”  (Buxari-Muslim)
Ey rafizi qalığı! Bunu bil ki, əhli sünnətin içərisində mutezilə və xaricilər Rəsulullahın (səlləllahu aleyhi və səlləm) heç kimin xəlifələyini açıqca bildirmədiyini demişlər. Buxarinin rəvayət etdiyi aşağıdakı hədis bu fikri dəstəkləyir:
Allahın rəsulu (səlləllahu aleyhi və səlləm ) xəstələndiyi vaxt Hz Abbas Hz Əliyə: “Doğrusu Müttəlib oğullarının üzlərində ölüm əlamətləri görürəm. Gəl Rəsulullahdan soruşaq. əgər bu xəlifə işi bizdədirsə bilmiş olaq” dedi. Bu söz üzərinə Əli (r.a): “Allaha and içirəm ki, əgər biz Rəsulullahdan (s.ə.s) bu işi soruşsaq və oda bizə qadağan etsə artıq peyğəmbərdən sonra camaat bizə xəlifəliyi verməyəcək. Allaha and olsun ki, bu işi heç vaxt peyğəmbərdən soruşmayacağam.” Kadı İbnul Arabi deyir ki; “Bu hədis Əlinin xəlifəliyinə dair işarənin olduğu iddiasını çürüdür. Belə olduğu halda “Əlinin xəlifəliyi haqqında nass vardır” deyənin iddiası harada qalar?”
Nəticə belədir: “Peyğəmbər xəlifə seçməmişdir” deyənlərin məqsədi müəyyən bir insanın xəlifə olmasını vəsiyyət və əmr etməmiş, xilafətə dair açıq aşkar bəyan etmiş, işarə etmiş və bunu xəbər vermişdir. Bir nəfəri xəlifə olaraq seçməyi vəsiyyət etməklə o kimsənin xəlifə olacağını xəbər vermək arasında açıq bir fərq vardır.
İbn Hümam “əl-Musayrə” adlı əsərində belə deyir: “Çoxluğun “Rəsulullah (səlləllahu aleyhi və səlləm) heç kimin xilafətinə dair açıq bəyanda olmamışdır” sözlərinin mənası Rəsulullah kimsənin xəlifə olmasını əmr etməmişdir. Amma Allahın özünə bildirməsiylə kimin xəlifə olacağını bilirdi” (əl-Müsamərə, 255).
İbn Teymiyyənin aşağıdakı sözləri də bunu dəstəkləyir: “İşin həqiqəti budur ki, Allah rəsulu (səlləllahu aleyhi və səlləm) müsəlmanlara, Əbubəkrin xəlifəliyindən razı olduğu mesajını vermiş, müxtəlif söz və davranışlarıyla da bu işə sövq etmiş, Onun xəlifəliyini xəbər vermişdir. Bundan başqa bu barədə bir məlumat yazmağa təşəbbüs etmiş amma sonra müsəlmanların Əbubəkrin xəlifəliyi barədə həmfikir olacaqlarına qənaət gətirmişdir. Daha sonra cümə axşamı günü xəstələndikdə bunu yazmaq istəmiş, amma bəzilərində “bu söz xəstəlikdənmi qaynaqlanır, yoxsa tabe olunması gərəkən bir sözdürmü? şəklində bir şübhə çıxınca Allah Təalanın Əbubəkri seçəcəyini və möminlərin də onun xilafətindən razı olacaqlarını bilməsiylə kifayətlənmiş və məlumatı yazmamışdır. əgər xəlifənin təyin edilməsi qarışıq bir məsələ olsaydı Allah rəsulu bunu açıq aşkar bəyan edərdi” (Minhacus-sunnə 1\139).
Mən bu məlumatları Allahın razılığını qazanmaq üçün, həmçinin müsəlman bacı və qardaşlarımın haqqı bilmələri üçün Muhammed Saleh Ekincinin “Tarixdə metod və tarixi tədqiqlər işığında Sahabe Dönemi” kitabından qeyd etdim. Allah Təala bizi fitnədən və onun əhlindən qorusun. Amin!!!
Əs-Salamu aleykum va rahmatullahi va barakatuhu.

Əkrəm Həəsnov (ilahiyyatçı)

Hiç yorum yok:

Yorum Gönder