Peyğəmbər (ona və ailəsinə salam olsun) və onun ümməti necə yeyirdilər?
Cavab: Bütün təriflər Allahadır. Allaha həmd olsun.
Peyğəmbərin (ona və ailəsinə salam olsun) yemək haqqında öyüdləri ən gözəl öyüdlərdir.
İbn Qeyyum demişdir:
1. O, əli ilə yeməyi götürən zaman Bismilləh (Allahın adı ilə) deyər və ətrafındakıların da bunu deməsini tələb edərdi. O dedi: Sizlərdən biriniz yemək yeyən zaman Allahı xatırlasın. Əgər əvvəldə Bismilləh deməyi unutsa, yadına düşdüyü zaman yeməyin ortasında və sonunda da olsa mütləq Bismilləahi fil əvvəl vəl əxir desin. Buna işarə edən hədislər etibarlı, aydın və səhihdir.
2. O, yeməyi ağzına yaxınlaşdıran zaman deyərdi: "əl həmdulillahi həmdən kəsiran tayiban mübarəkən fihi qari məfiyin və lə ərzə və cəl" (Allaha hər zaman, təmiz, çoxlu, mübarək təriflər olsun.. Onun heç kəsə ehtiyacı yoxdur, O, doyuzdurucudur və Özü yemir, O əbədidir və əbədiyyət Onunladır və Ona hamının ehtiyacı var. O, bizim Rəbbimizdir, Ulumuzdur, Tərbiyəçimizdir), Buxari (5142).
3. O, yeməyi heç zaman pisləməzdi. Əgər onun yemək xoşuna gəlirdisə yeyirdi, gəlmirdisə heç bir söz demədən yeməyi kənara qoyur və yemirdi. Buxari (3370) və Muslim (5076) və həmçinin o deyirdi: "Mən bunu yemək istəmirəm" Buxari (5076) və Muslim (1946).
4. Bəzən o, yeməyi tərifləyirdi. Bir dəfə o, ailəsindən yemək istəmişdir, ailəsi: "Sirkədən başqa yeməyə heç nə yoxdur". O, sirkəni istəmiş və yeyən zaman: "Sirkə necə gözəldir" demişdir, Muslim (2052).
5. O yemək yeyən zaman danışardı. Bu sirkə əhvalatından da görünür. o, öz öğulluğu Ömər ibn əl Səlamiylə yemək yeyən zaman ona demişdir: "Bismillah de və qarşındakı qabdan yemək ye" Buxari (5061) və Muslim (2022). (Peyğəmbərimizin (ona və ailəsinə salam olsun) dövründə hamı bir qabdan yemək yeyərdi və bəzən uşaqlar bu etiket qaydalarını pozardılar-tərcüməçi).
6. O varlı ev sahibləri kimi qonaqları yemək yeməyə məcbur edərdi. Bu Əbu Hüreyrənin (Allah ondan razı olsun) süd əhvalatı haqqındakı hədisdən görünür. O deyir: "İç!" taki qonaq deməyincə "And olsun səni göndərənə ki, mənim daha yerim yoxdur" Buxari (6087).
7. O, başqalarıyla yemək yeyən zaman onlar üçün dua etməmiş süfrədən qalxmazdı. O, Abdullah ibn Bişrin evində dua edən zaman demişdir: Ey Allah, onlara verdiklərinlə xeyir ver və onları bağışla və Rəhm göstər" Muslim (1242).
8. O, insanlara sağ əllə yeməyi əmr etdi və sol əllə yeməyi qadağan etdi: "Sağ əllə ye!”, Kişi dedi: "Mən bacarmıram". O dedi: "Heç bacarmayasan" və kişi sağ əlini heç zaman ağzına yaxınlaşdıra bilmədi, Muslim (2021). Əgər sol əllə yemək qadağan olunmasaydı o, buna qarşı heç zaman dua etməzdi.
9. O, şikayəti olanlara yeməyi birlikdə yeməyi və yemək yeyən zaman Allahın adını xatırlamağı (Bismillah demək) əmr etdi ki, Allah, o yeməyi onlar üçün xeyirli etsin, Abu Davud (3764) və ibn Macə (3286), Zaad əl Məad 2:397-406 bax.
10. Həmçinin deyirlər ki, o, demişdir: "mən yemək yeyənə söykənmirəm" Buxari (5083).
11. O, üç barmaqla (sağ əliylə) yemək yeyərdi və bu ən yaxşı yemək yemək üsuludur.
bax Zaad əl Məad 220-222.
Allh hər şeyin doğrusunu biləndir.
Peyğəmbərin (ona və ailəsinə salam olsun) pəhrizi:
1. Peyğəmbər (ona və ailəsinə salam olsun) nə yediyini öyrənərdi (tərkibini).
2. O, elə yeməzdi ki, kökəlsin. İbn Ömər deyir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) demişdir: "Mömin bir mədəyə yeyir, kafir isə yeddi" Buxari (5081) və Muslim (2026).
4.O, ümmətinə yeməyin yaratdığı xəstəliklərdən qorunmağı öyrətmişdi: "Adəm övladı damarların mədədən çox yükləməz. Əgər o bunu doldurmalıdırsa, onda qoy üçdə birini yemək, üçdə birini su, üçdə birini hava ilə doldursun". Tirmizi (1381) tərəfindən.
Allah hər şeyin doğrusunu biləndir.
Rus dilindən tərcümə edən R. Rzayeva
Düzəliş edən, texniki redaktor Əkrəm Həsənov (ilahiyyatçı)
Hiç yorum yok:
Yorum Gönder