Çox hörmətli mediya nümayəndələri! Bu xəbəri yayın və araşdırın!
Bu yaxınlarda Qusar rayonunda və bəzi kəndlərində müsəlmanlara qarşı ciddi hücumlar və təzyiqlər olunub. Belə ki, həmin kəndlərdə və rayonun özündə saqqal saxlayan müsəlmanları polis idarəsinin işçiləri gəlib təhqir edici söyüşlər söyüb. Saqqallarını yandırıb, bəzilərinin isə saqqalını qırxıblar. Bu barədə Qusar rayonunda olan müsəlmanlar bizə müraciət etdilər.
Bəzilərinə beş gün, bəzilərinə 3 gün, bəzilərinə isə hədə-qorxu ilə təzyiq göstərilib. Bunlardan biri 15-06-1980 – ci il təvəllüdlü, Qusar rayonu F. Hesretov 29-da yaşayan Hacıağayev Zaur Məhəmməd oğlu keçən həftənin 3-cü günü, polis işçisi Firuddin iqoloni rozik, bölməyə aparıb vəhşilik edib. Nalayiq sözlər, söyüşlər, alçaltmaq, təhqir etməklə hücumlar, saqqalı yandırmaqla təzyiq göstəriblər. Onlara deyilib ki, saqqal nədir, bu nə viddir, bunu qırx getsin. Səbəbsiz yerə, saqqal saxlamağa görə mənə hücumlar olub. 102-ye xeber verilib, heç bir məlumat verilməyib. İstəyən bu şəxsə müraciət edə bilər. 070 727 26 19Baqişev Kamal Nadir oğlu 1985, 13 Fevral tarixində dünyaya gəlib. Qusar rayonu Atabala Ağabalayev küçəsi ev 2-də yaşayır. 11 May 2011, saat 12-ə on dəqiqə qalmis, polis serjantları yaxınlaşdı, evdən 200 metr kənarda, şəxsiyyət vəsiqəsini soruşdu, dedim üstümdə yoxdur. Sonra araşdırmağa görə şöbəyə apardılar. Serjantlardan biri Mayor Mövlud çağırdı, sonra 15 deqiqədən sonra mayor dedi ki, men sənə demedim o zibili (başqa nalayiq sözyüşlər) qırx. Mən soruşanda dedi ki, bu cinayətdir. Dedim ki, niyə qırxmalıyam, mayor movlud da dedi ki, sən avtomat atmagi öyrədirsən, bilandajlar qazmağı öyrədirsən. Mən dedim sübut ele, dedi mən sənə sübut edərəm. Şikayət edən olub, evinizdən də avtomat da çıxa bilər. Səhərə kimi polis idarəsində saxladı. Axşam evə buraxdı. Evə zəng eləməyə buraxmayıblar ki, evdəkilərə harada olduğumu xəbər verim. Evdə də bilməyiblər mən haradayam. Evimdə hamilə qadın var, yaşlı adam var, anam xəstədir. Guya mən onlardan qaçırdım. Səhər ağzına gələn pis sözləri dedi. Firuddin özü saqqalından dartıb və çox nalayiq söyüşlər söyüb və deyib get kimə istəyirsən şikayət elə. Məhkəmə 25 manat pul cəriməsi etdi. Təzyiq göstərlir və başqa müsəlmanları da incitməyə davam edirlər. Polis Firuddin deyir ki, kim şikayət edibsə onun evindən avtomat çıxıb. Bununla bağlı bu müsəlman qardaşa zəng edə bilərsiniz. 070 742 42 27
Kərimov Mais Əmirullah oğlu 1982-ci il 19 Avqust dünyaya gəlib. Qusar rayonu Quxuraba kəndində doğulub və həmin kənddə yaşayır. Deyir ki, ele belə polis aparıb, kənd sovetinin katibi, uqolovnik, Laçın, ucoskovu, azyaşlı usaqlara dini təbliğ edirsən, bacın oglu var, məktəbdə dini təblig edir. Saqqallı gördüyünə görə böhtan atmağa başladı. Sonra mənə 3 sutka verdi. Sonra da saqqalı qırxıb buraxdı. 12 May -2011, texmini saat 5 radələrində. Dünən də başqa qardaşları aparıb saqqalını qırxırlar. Reisin adı Ədalət, baş leytanant Ceyhun sözler atır, söyüş söyür deyir ki saqqalınıza od vuracam. Saqqalımdan tutub dartdı, sonra qırxdı. Samur bölmə rəisi Ədalət saqqalı dartdı, yumruqla vurdu. 070 603 06 33.
Aldığımız məlumatlara görə həmin rayonda 9-a yaxın müsəlmanları inicidiblər. Deyirlər ki, evinizdən silah çıxacaq.
Kerimov Azər Əmrullah oğlu, 1975 13 Mart Qusar rayonunun Quhurba kəndi. Hadisə 12 May 2011-ci ildə baş verib. Baş leytinant Cumatov Ceyhun həmin gün yolda məni saxlayıb, yanında üç polis olub, deyib ki, bu nə saqqaldır saxlamısan. Saqqallılara pis söyüş söyüb, dedi dişlərini tökəcəm, mən dedim öz yolunuzla gedin. Özümdə velisoped sürürdüm. Dünən də 23 Mayda qara volqada Samur polis rəisi maşını saxlayıb dedi ki, sumkada nə var, dedim toyuq var. Dedi ki, nə toyuğu, dedi ki, bax gör bloyerdir nədir. Dedim ki, buzdadır, dedi ki, yox sən yolun ortasinda bizə qəza vəziyəti yaradırsan. Dedim yalan danısma da, niyə böhtan atırsan. Polis dedi ki, bizim siyasəti bəyənmirsən məgər,sonra təhqiredici sözlər deyib növbətçi maşınını çağırtdırdılar. Məni şöbəyə apardı, Vuqar adlı kapitan boş kağıza qol çəkdiməyi xahiş elədi. Mən öz hüquqlarımı tələb edib vəkil istədim. Lakin mene inzibati xetalar və s böhtanlara qol çekdirmək istəyirdilər. Burada söhbət saqqal söhbətindən gedir. Dedim qanunda qadağa deyil axı. Dedilər ki, qadağandır saqqal. Sonra rəis axşam gösteriş verib ki, bunları apar saqqalını qırxın. Mən dedim Allahdan qorxun, qanunu pozmayın. Bu da dedi ki, ya şöbədə qırxmalıyıq saqqalı ya STK (Sərhəd Yoxlama Məntəqəsi). Sərhəd bölgəsində saqqalın qırxılması Rəisin göstərişidir. Biz sənin saqqalını qırxmalıyıq. Başqa bir leytinant da məni yumurqla vurdu. Orada nalayiq söyüşlər də söydü və dedi səni işdən də çıxraram. Mən özüm də dövlət işində Samur kanalında fəhlə işləyrəm. Elə eləmə ki, səni işdən çıxarım. Sonra dəlləkxanaya apardılar STK-da dəllək toxunmadı mənə. Kapitan baş qırxan maşınla üstümə gəldi, yerə yıxdı, köynəyimi cırdı, serjanaytlara da dedi ki, gəlin kömek edin bunu yıxaq, mən serjantlara dedim Alahdan qorxun, serjantlar yaxınlaşmadı. Allahdan qorxun, saqqal Allahın əmridir. O da dedi ki, gedin hara isteyirsiz sikayet edin. Biz hec kimden qorxmuruq. Məndə dedim ki, evə gedib qısaldaram. Məndə təzyiqə görə saqqalın üstündən götürdüm. Gecə məni saat 12-də evə gətirdilər. Anam da kəndləri gəzib məni axtarırdı. Ətraflı məlumat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. 070 939-50-33
Feyzullah Sədullayev İzafəddin oğlu 5 yanvar 1976 il təvəllüdlü gənc, keçən il bu hadisə ilə qarşılaşıb.
Ağabeyov Ramal Veysəl oğlu 1986 20 Yanvar. Qusar rayon Quxurba kəndi. Dünən yox sırağagün Qusar bazarının sahə müvəkkili bazara girəndə mənə dedi ki, saqqal niyə saxlayırsan. Harada gəlib ki, saqqal saxlamaq? Sonra mənə böhtan atmağa başladı. Üstümə hücuma keçdi. Məndə şəxsiyyət vəsiqəsində saqqala şəkil çəkdirmişəm. Bunu ona dedim. Mənə dedi ki, get Qubada yaşa. Yasamağa imkan vermir. Bizə sataşır, bu nə viddir gəzirsən. Aptekdən çıxanda çağırdı, bir dəfə də öz otağına çağırmışdı. Mənə deyir ki, sən cinayətkarsan. Mən deyirem cinayatkar deylem. Deyir yox sen cinayetkarsan. İncidir. Kim istəsə əlaqə saxlasın. 070 923 16 34
Bu Qusar rayon vətəndaşları bizə müraciət edilər ki, Qusar rayon polis işçiləri bizə hədə qorxu gəlirlər və sonra bizə dedilər ki, siz bizdən şikayət etsəniz, biz də sizin evinizdən avtomat və bir çox silahlar çıxaracayıq. Xahiş edirik bizim başımıza bu tipli hadisələr gələrsə bilin ki, bu Qusar rayon polis işçilərinin işidir. Sizdən xahiş edirik ki, bizə belə hədə qorxu gələn insanlardan qoruyun. Çünkü bunlar bu hərəkətləri ilə bizim həyat yoldaşımızı, anamızı, atamızı incidir, bu hərəkətləri ilə heç nədən onların göz yaşlarını tökürlər. Məndə öz növbəmdə bu məktubu bütün media orqanlarına bildiriəm ki, bu məsələləri araşdırsınlar.
Əkrəm Həsənov (ilahiyyatçı)
ALLAH belalarin versin......!!!insaALLAH sebr edek belasin versin ALLAH onlarin
YanıtlaSilAMin! Eger hidayete layiq deyillerse (bezi qardashlar da onlarin hidayeti ucun dua edirler).
YanıtlaSilAssalaamu alaykum! Skoro Kusarskie vozmutsa za orujie. Fitny bolshe stanet esli tak. Day Allah sabr bratyam.
YanıtlaSil