Buxari deyir ki, bizə Abdullah ibnu'l-Mübarek xəbər verib belə dedi: Bizə Mamər b. Rasit, Həmmam ibn Münəbbihdən, o da Əbu Hüreyrədən (r.a) xəbər verdi ki, Peyğəmbər (s.ə.v): “Nəzir verməsi, Adəm ogluna təqdir etmiş olmadigim bir şeyi gətirməz. Lakin, qədər, Adəmoğlunu əhd etməyə (nəzir verməyə) sürüklər. Necə ki, mən də nəzir edən kimsənin etdiyi nəziri verməsini təqdir edirəm. Bu hökm və təqdirimlə xəsisdən malını çıxarmış oluram” buyurmustur (Buxari, Qədər, 5)
Görüldügü kimi hədisin mənası açıq olmasına baxmayaraq, hədisin mətninə səthi olaraq baxıldıqda bir uyğunsuzluq gözə çarpmaqdadır.
Ağla ilk gələn şey, görəsən bu hədis mətin etibarilə xətaya uğrayan hədislərdənmi, sualıdır. Düzgünü Buxaridə olan bu hədisin, Buxari nüsxələrinə və ya dəyişik nəşrlərinə baxıldıqda mətnin eyni şəkildə hərəkələndiyi görülər. Bu səbəbdən hədisdə hər hansı bir yalnışlıq olmadığı anlaşılır. Hədisin tutarsızlıq tərəfinə gəlincə, Hz. Peyğəmbərin (s.ə.s) Allah təalaya xas olan təqdir etmə məsələsini danışmaq şərtilə özünə izafə etməsidir. Hədisin məzmununu doğru anlama acısından eyni rəvayəti yenə Buxaridə araştırmaq surətiylə başqa bir versiyasını tapdıq. Aşağıda zikr edəcəyimiz hədisdə Hz. Peyğəmbər (s.ə.s) təqdir məsələsini Allah təalaya izafə etməkdədir. Yuxarıda zikr ettiyimiz müxtəsər bir tərzdə olan hədisə açıqlıq gətirməkdədir. Beləcə adı çəkilən hədisin əslində müqəddəs bir hədis oldugu, buna görə də gələn ifadələrin məna acısından Allaha aid olub, Hz. Peyğəmbərin (s.ə.s) Rəbbindən bunu rəvayət etdiyi anlaşılmalıdır.
Amma, hədisin şərh qismində gələcək olan adı çəkilən hədisin Buxari nüsxələrində qüdsi hədislərin əvvəlində gələn, Hz. Peyğəmbərin (s.ə.s) Allahdan rəvayət etmə ləfzinin düşdüyü, şəxsən hədis rəvayətçiləri tərəfindən ifadə edilmişdir.
Ikinci rəvayətə gəlincə belədir:
Buxari, rəvayət edir ki, Əbu Hüreyrə (r.a) belə demişdir; Peyğəmbər (s.ə.v) belə buyurdu: "Nəzir, Adəm oğluna özünə təqdir edilməmiş bir şey gətirməz. Lakin nəzir onu özü üçün təqdir edilmiş olan qədərə sürüyər və bu nəzir səbəbiylə Allah Təala xəsisdən mal çıxarar. Artıq o kimsə, nəzirinə səbəb olan his üzərinə, daha əvvəldən verməz olduğu malı gətirib mənə verər (Buxari).
Ravilərin hədislə əlaqədar açıqlamaları:
Kirmaninin şərhi: Bu hədisin ləfzi rəvayətçilər yoluyla gəlmişdir. Hədisin əsası rəvayətlərində məchul və gizlin ravilər vardır.
Ibn Həcər: Bu hədis də qüdsi hədislərdəndir. Lakin Allaha nisbət edildiyini ifadə edən söz mətndən düşmüşdür. Hədisi, Müslim, Əbu Davud, Nəsai və Ibn Macə rəvayət etmişlər. Əbu Hüreyrədən Həmmam yoluyla gəlmişdir. Nəsainin rəvayətində isə, Ibn Macədə, Malikin Muvattasındakı rəvayətində isə, yenə Müslimin rəvayətində olaraq gəlmişdir.
Eyni şəkildə hədisin bu ləfzində də ixtilaf edilmişdir.
Bu hədisdə qədəriyyə firqəsinə rəddiyyə vardır. Ayrıca mükəlləfin (ibadət əhlinin) etmiş olduğu saleh əməllərin hər çesidi, nəzir yoluyla özünə fərz qıldığı seydən daha fəzilətlidir. Hədisdə ayrıca xeyirli əməllərdə ixlasa təşviq və paxıllığı tənqid etmə vardır. Əmr edilənlərə uyğun gələn və qadağanlardan çəkinən insanın xəsislərdən sayılmadığı da hədisdən anlaşılan hökmlərdən biridir.
Kastalaninin şərhi: “Bu hədis müqəddəs hədislərdən olub mətnin əvvəlində Allaha nisbət ifadə edən hissəsi düşmüşdür”. Yəni paxıl insan vermədiyi malını nəzir yoluyla özündən çıxarar. Bunu da ona Allah məcbur edər. Mən (tərcüməçi) deyirəm ki, burada Allahın adlarından biri olan Cəbbar adı təcəlli edir. Çünki, bəzən Allah təala insana nəyisə məcbur edə bilər. Amma elə anlaşılmasın ki, bu həmişə belə ola bilər. Allah təala Cəbbar adına uyğun olaraq istədiyi qulundan malını məcbur olaraq çıxarar. Allah təala hər şeyə qadirdir.
Ayni şərhi: Bu hədis əslində müqəddəs hədislərdən olub, Allah Təalaya qədər gedib çıxması dəqiqləşdirilməmişdir..
Bu kimi hədislərin hökmü haqqında Səxavi belə deyir; Əsasən hədislərdə Səhabənin Hz. Peyğəmbərdən (s.ə.s) "O da aid edir" ləfziylə gəlməsi Hz. Peyğəmbərin (s.ə.s) bunu Allahdan rəvayət ettigi hükmündədir (Səhavi, Fəthu’l-Mugis, I, 142). Bunun örnəyi çoxdur. Bu cür olan hədislərdən həsən hədisi misal vermək olar.
Səxavi sözünə belə davam edir: "Bu hədis qüdsi hədislərdəndir. Hafiz Ibn əl-Mufaddal bu cür hədislərin bir qismini toplamışdır. Başqaları da müstəqil əsərlər yazmışlar.
Sayı az olan bu cür hədislərdə gözə çarpan şey oxuyucunu başqa istiqamətə yönəltməsidir. Ona görə də bu cür hədislərin anlaşılması üçün həmin hədislə əlaqədər müxtəlif rəvayətləri və sözləri bir yerə toplayaraq ümumi bir nəticə əldə olunmasıdır ki, bu da anlamaq üçün ən sağlam bir yoldur.
Bir Tətbiq:
Nümunə hədis: Hz. Peyğəmbər (s.ə.s) ölümünə səbəb olan xəstəliyə yaxalandıqda ətrafındakılara belə demişdir:
"Mənə bir kağız gətirin, sizə məndən sonra zəlalətə düşməməniz üçün lazımlı olan şeyi yazım" (Buxari, Müslim).
Yəumu'l-xamis (beşinci gün) hədisi olaraq bilinən bu hədisdə keçən nəbəvi əmrə heç bir səhabənin meyl etməməsi diqqət çəkicidir. Hz. Ömər də qalmaqal düşməməsi üçün: -Allahın kitabı bizə yetər- demişdir. Halbuki, Hz. Peyğəmbərin (s.ə.s) əmri vacibliyi tələb edir. Buna müxalif olmaq üsyandır. Bu vəziyyətdə ağla belə bir sual gəlir: Səhabənin Hz. Peyğəmbərin (s.ə.s) əmrinə itaət etməməsi məsələsi ola bilərmi? Yoxsa buradakı əmr tövsiyə mənasındadır?
Həll: Bu hədisin bundan başqa iki versiyası vardır. Birincisi, Abdurrəzzaqın Müsənnəfində olan ləfizdə; -Sizə yazımmı?- şəklindədir (Əbdürrəzzaq, Müsənnəf) . Əhmədin Müsnədində isə: -Sizin üçün yazımmı?- şəklində gəlmişdir Əhməd, Müsnəd). Bu dəyişik ləfzlərdən görülür ki, Hz. Peyğəmbər (s.ə.s) bunu əmr mənasında deyil, tövsiyyə mənasında demişdir. Əgər bir əmr olaraq demiş olsayd, adı çəkilən (Əbdürrəzzaq, Müsənnəf) hədisin bütün rəvayətlərində də bu yolla gəlmiş olmalı idi.
Bu məsələdə ən doğrunu bilən Allahdır. Çünki peyğəmbərimizin vəsiyyəti vaxtı bizim heç birimiz orada deyildik. Biz bizə gələn xəbərlər əsasında bu rəvayətləri qeyd edirik. Əgər kimsə iddia edirsə ki, həmin vaxt Peyğəmbərimiz Həzrəti Əlinin xəlifə olmasını yazacaqdı, onda biz deyirik ki, bu məsələyə və qənaətə haradan gəldin? Bəlkə səhv edirsən, bəlkə də Həzrəti Əbubəkrin xəlifə olmasını yazacaqdı. Bununla da razı deyilsənsə onda heç vaxt bilmədiyin bir işi ardınca getmə. Çünki dil, qəlb və bütün orqanlarımız bunun üçün məsuliyyət daşıyır. Onlar bizdən əvvəl gələn bir ümmət idi. Onların əməlləri onların özlərinə aiddir, bizim də məməllərimiz özümüzə aiddir. Bizə düşən məsələ bu barədə susmaqdır və Allaha həvalə etməkdir. Allah haqsızlıq edən hər bir bəndəin cəzasını verəcəkdir. Rəbbimiz unudan deyildir.
Ona görə də bəzən bizim ağlımıza uyğun olmayan bir hədis eşitsək dərhal inkar etmək yox, həmin hədisi araşdırmaq və bu barədə alimlərin sözlərini də oxumaq lazımdır. Allah təala bizim bütün günahlarımızı bağışlasın və bizi doğru olana müvəffəq etsin. Amin!
Mustafa Dönmez (Seminar), Bursa-1999-2000, adlı kiçik araşdırmanın tərcüməsidir.
Hazirlayan və tərcümə edən Əkrəm Həsənov
Bakı-2009
Hiç yorum yok:
Yorum Gönder