20 Mayıs 2011

Quranı oxumaq üçün kirayə vermək olarmı?




İbn Səhnun, “Tərbiyə və təhsilin əsasları” kitabından
Quranı oxumaq üçün kirayə vermək olarmı?
İbn Səhnun, “Tərbiyə və təhsilin əsasları” kitabında, səhifə 70-də deyir: “İbn Qasıma “Mushaf” (Quran kitabı) oxunmaq üçün kirayə verilə bilərmi?” deyə soruşdum. Bunu dedikdə o: “Əlbəttə, bunda bir təhlükə yoxdur”. Çünki, Malik: “Onu satmaqda zərər yoxdur” demişdir.
Digər tərəfdən İbn Vəhb ibn Ləhiə, Yəhya bin Əyyub Uməra bin Arəfə yoluyla rəvayət edildiyinə görə Rəbiə belə demişdir: “Mushaf (Quran kitabı), satıla bilər. Burada satılan ancaq mürəkkəb, kağız və zəhmətdir”. 
Yenə İbn Vəhb, Əbdülcəbbar bin Ömərdən bu sözləri nəql edir: “İbn Misbah, o vaxt – zənn edirəm ki, bu Osman bin Affanın vaxtında idi – mushaflar yazar və onları satardı. Buna görə də heç kim onu qınamadı. Hətta, Mədinədə də buna qınaqçı olan görmədim. Hamısı bunu anlayışla qəbul etdilər”. Sahnun deyir ki: “Fiqh kitablarının kiralana biləcəyi qənaətində deyiləm. Çünki, Malik, bunların satışını uyğun görmədi. Onsuzda alimlər bu barədə fərqli fikirlərə sahibdirlər. Bəzilərinin batil hesab etdiyini, bəziləri doğru hesab etmişdir. Bunu dedikdə “Yaxşı, siz satışı halal olmadığı halda azad insanın kiralanmasını doğru hesab edirsiniz, bəs niyə fiqh kitablarının kiralanmasını doğru hesab etmirsiniz?” deyə soruşdum. O, belə cavab verdi: “Hür olan müəyyən bir ücrətlə kiralanır və xidmətçi kimi fəaliyyət göstərir. Amma fiqh kitablarında kiralanan qiraət isə mülk ola bilməz”. Məhəmməd bin Sahnun belə deyir: “Satın alan və kirayə verən bilindiyi halda, fiqh kitablarının kiralanmasında və hətta satın alınmasında bir təhlükə görmürəm”.
İnşallah ardı olacaq.


Tərcümə edən: Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder