Əbu Hüreyrə -Allah ondan razı olsun- Rasulullah sallallahu aleyhi və səlləmin Cümə günündən bəhs edərək belə buyurduğunu nəql edir: “Cümə günündə elə bir vaxt var ki, o vaxtda bir müsəlman namaz qılanda Allahdan bir şey istəsə, Allah o şeyi ona mütləq verir”.Peyğəmbər sallallahu aleyhi və səlləm əli ilə bu vaxtın qısa olduğunu göstərdi.(Buxari, Cümə, 37; Müslim, Cümə, 13).
Ənəs ibn Malik -Allah ondan razı olsun- Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə buyurduğunu rəvayət edir: “Cümə günü ümid saatını ikindidən sonra günəş batana qədər axtarın (Tirmizi, Cümə, 489)”
Cabir ibn Abdulla -Allah ondan razı olsun- Peyğəmbərimiz sallallahu aleyhi və səlləmindən belə nəql edir: “Cümə günü 12 saatdır. Bir müsəlman o vaxt ərzində Allahdan bir şey istəsə, Allah ona o şeyi mütləq verir. O vaxtı ikindi vaxtının axırıncı saatında axtarın (Əbu Davud, Cümə, 1048)”.
Hiç yorum yok:
Yorum Gönder