Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həbəşili Zul Sevikateyn Kəbəyə gələcək, zinətlərini yığacaq, örtüyünü çıxaracaqdır. Əyri ayaqlı bir kimsə olaraq Kəbənin daşlarını bir-bir sökəcəkdir. Həbəşili olub Allahın beytini yıxacaqdır» . (Əhməd 2/220, Buxari «Həcc» 49, Müslim «Fitən» 59)
İbn Ömər, Əbu Hureyrə, İbn Abbas - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kəbəni iki ayağı zəif olan Həbəşili birisi sökər. Örtüyünü çıxarır və daşlarını tək-tək sökər (Başqa rəvayətdə: Tək-tək sökdüyünü görürəm)” . (Fəthul-Bəri, Buxarî “Həcc” 3/460, Nəvəvi Şərhi, Müslim “Fitən” 18/35, Musnəd 12/14-15, H. 7053, Əhməd Şakir “Səhih”.)
Əbu Hureyrə, Əbu Qatadə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həcərul Əsvəd ilə İbrahim məqamı arasında bir adama beyət edilir. Kəbənin dəyərini yalnız onun xalqı qaldırır. Əgər bu olarsa artıq ərəblərin yox olmasından qaçılmışdır. Sonra Həbəşilər gəlir. Kəbəni sökərlər və ondan sonra Kəbə bir daha inşa edilməz. Kəbəni sökərək onun içində olan xəzinələri götürərlər (Başqa rəvayətdə: Kəbənin üzərinə çıxar və onu sökər )” . Musnəd 15/227, H. 8080, Əhməd Şakir “Səhih”.
Musnəd 15/35, Əhməd Şakir “Səhih”, əl-Albâni “Sahih Hadislər” 2/120, H. 579.
(K. Hüseyn)
Hiç yorum yok:
Yorum Gönder