Allah təalaya həmd (şükür), tərif olsun. O, bizim ən gözəl vəkilimiz və qoruyanımızdır. Günah etdiyimiz zaman cəzalandıranımızdır. Allah təala bizə əmrlər verir və bunu bizi sevdiyi üçün edir. Xüsusi ilə Rəbbimizin bizim üçün əx xeyirli əmri gündəlik namazı camaatla qılmağı bizə işarə etməsidir. Əlbəttə müşahidə edən bir şəxs kimi bunu bildirməliyəm ki, tək qılınan namazla camaat halında qılınan namaz arasında çox fərq var. Bu fərqi hiss edib yaşayanlar olduğu kimi, səhlənkar olanlar da vardır.
Əslində heç namaz qılmamaq bizim mövzumuz deyil. Biz sadəcə namaz qılanlara aid hazırlamışıq ki, ibrətlə oxusunlar. Allahın izni ilə tək qılıan namazla camaat halında qılınan namazın fərqini hiss etsinlər. Biz hər birimiz insanıq, bizim təbiətimizdə istirahətə güclü meyl var, hər şeyin hazır qarşımızda olmasına öyrəşmişik. Buna görə də bəzən görərsən ki, insanların əksəriyyəti rahat və haram pul qazanmaq üçün çox cəhd edirlər. Amma aqibət necə olacaq bunu düşünmək istəmirlər. Mövzudan uzaqlaşmamış bildirmək istəyirəm ki, burada camaatla qılınan namazdan bəhs edəcəyik. Hər bir ibrətli şəxs oxusun və düşünsün. Allah təala mübarək Kitabında buyurur: “(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (əl-Bəqərə (İnək) surəsi, 43). Ərəbcə Qurani Kərimi oxuyanlar və başa düşənlər tərcümədən də görərlər ki, burada Allah təala bizi camaatla namaz qılmağa dəvət edir. Ola bilər ki, bu sətirləri oxuyan müsəlman bacım və yaxud müsəlman qardaşım namazı tək qılmağa adət edib və bu ayəni oxuyanda diqqətlə fikir verməyib. Yaxud elə başa düşüb ki, bu o deməkdir ki, yəni sizdə namaz qılın, sizdə zəkat verin və sizdə rüku edin. Belə anlaşılması normaldır. Belə anlamağın heç bir problemi yoxdur. Ən doğrunu bilən Allahdır.
Təfsir kitablarında gələn rəvayətlərdən belə anlayırıq ki, bu ayələr yəhudilər üçün nazil olunmuşdur ki, onlar da müsəlmanlarla bərabər namaz qılıb, rüku etsinlər. Bu eyni zamanda bizə də aiddir ki, namazı camaatla bərabər qılaq. Bizdə namaz qılanlarla bərabər namaz qılaq və rüku edənlərlə bərabər də rüku edək. Bu barədə səhih hədislərdə vardır. Allah təala başqa bir ayəsində də bizə camaatla namaz qılmağı əmr etmişdir. Allah təala buyurur: “Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” (Ali-İmran (İmran ailəsi) surəsi, 43). Bu ayədə də camaatla namaz qılmağa toxunulmuşdur. Camaatla namaz qılmaq haqqında müxtəlif yollardan hədislər və çox təsiredici rəvayətlər gəlmişdir. Bu saysız-hesabsız rəvayətlərin və hadisələrin az bir qismini biz Allahın izni ilə qeyd edəcəyik. Əvvəlcə onu qeyd edək ki, Allahın elçisinin (Allahın salavatı və salamı ona olsun) izi ilə düz gedən İmam Buxari camaatla namaz qılmağın fərz olması haqqında açıq hökmünü bildirmişdir. Belə anlaşılır ki, camaatla namaz qılmağın dəlili ona görə güclü olduğu üçün belə davranmışdır. Bu məsələ ətrafında məşhur alim İbn Həcər əl-Əsqalani “Fəthul-Bari” adlı əsərində İmam Buxarinin mövqeyini ortaya qoymuş və açqlama gətirmişdir: “Camaatla namazın fərz oluşu” başlığında Həsəndən rəvayət edir ki, Həsən belə demişdir: “Birini anası acdığı üçün camaatla işa (yatsı) namazını qılmağa göndərməsə həmin şəxsin anasına itaət etməməsi lazımdır”. Bu o deməkdir ki, anası ac olsa və övladını onu yedirməsi üçün işa namazına getməməsini, özünü yedirməsini istəsə, həmin şəxs namaza getməlidir. Anasına itaət etməsi Allahın itaətindən çıxarmamalıdır. Əgər həmin şəxs anasını yedirmək üçün qalsa və gecə namazına camaata getməsə namazın xeyirini qaçırmış olacaq. İbn Həcər bu rəvayəti gətirib ki, hər bir insan camaat namazına getməlidir, xüsusən də gecə namazına, işa namazına camaata getməlidir. Hətta anasını ac qoyub getməlidir. Çünki Allah təala və Onun elçisi camaatla namazı əmr etmişdir. Başqa bir hədisə nəzər salaq. Əbu Hüreyrə (r.a) Məhəmməd peyğəmbərin (Allahın salavatı və salamı ona olsun) belə dediyini rəvayət etmişdir: “Canım əlində olan Allaha and olsun ki, ürəyimdən odun toplanmasını əmr edib, daha sonra namaz qılınmasını buyurub, azan oxutdurub, bir nəfərə də əmr edib camaata imam olmasını tapşırıb, daha sonra camaat namazına gəlməyənlərin evlərini gedib yandırmaq keçir. Canım əlində olan Allaha and olsun ki, camaat namazına gəlməyən bu kimslər, burada ətli bir sümük parçaları və ya iki ədəd qırmızı ət olduğunu bilsəydilər gecə namazına gələrdilər”. Bu hədis məşhur hədisdir. Bunu İbn Həcər əl Əsqalani burada gətirmişdir. Bununla camaatla namazın yüksək mövqeyini nümayiş etdirmişdir. Bəzən gənclərimiz, cəmiyyətimizin orta və yaşlı sakinləri camaat namazına gedəndə bizə deyirlər ki, evinizdə niyə rahat namazlarınızı qılmır və bu qədər uzun məsafəni qət edirsiniz. Müsəlmanlaran bəziləri bunu hal-hazırda da yaşayırlar. Namaza uzaqdan gələndə bəzən yol polisləri ilə qarşılaşırlar və onlar da bunun mənasını anlamırlar. Halbuki camaatla namaz qılmaq haqqında Allahın elçisi bizə xəbərdərlıq etmişdir və camaatla namaza gələnlərin üstünlüyü haqqında xəbərlər vermişdir. Bu xəbərlərdən bəziləri aşağıdakılardır:
Əbu Hüreyrədən (r.a) gələn bir rəvayətə görə Allahın rəsulu (Allahın salavatı və salamı ona olsun) belə buyurdu: “Günahları silən (kəffarə olan) əməllər; çətin şərtlərdə və şəraitlərdə gözəl (mükəmməl, tam, tələsmədən kifayət qədər su istifadə edərək) dəstəmaz almaq, məscidə getmək üçün ayaqları işlətmək və bir namazdan sonra digər namazı gözləməkdir” (İbn Macə, Səhihdir). Əbu Hüreyrədən gələn digər bir hədisdə Allah rəsulu (Allahın salavatı və salamı ona olsun) belə buyurmuşdur: “Sizdən birinizə namaza gedərkən atdığınız hər addıma görə bir savab yazılır və bir günah silinir” (Əbu Yala, Hakim, Beyhaqi, Albani səhih demişdir). Yenə Əbu Hüreyrədən (r.a) gələn bir hədisdə Allah rəsulu (Allahın salavatı və salamı ona olsun) belə buyurur: “Sizdən biri məscidə getmək üçün evindən çıxmasından başlayaraq, bir ayağ(ının addımı) bir savab yazar, digər ayağ(ının addımı) bir günahını silər” (Əhməd ibn Hənbəl, Albani Səhih deyib). Camaatla namaz qılmaq üçün evdən çıxmaq və məscidə getmək haqqında çoxlu hədislər vardır. Bu hədislərin bir çoxu səhihdir və raviləri də güvəniləndir. Müasir dövrümüzdə gənclərimiz bu qədər günahlar içərisində bu cür gözəl əməli tərk etməkdən çəkinsinlər. Həqiqətən də qarşıdan ağır və çətin bir gün gəlir. Allah təala buyur: “Həmin gün çətin bir gün olacaq” (əl-Müddəssir, 9), başqa bir ayədə Allah təala buyurur: “Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik...” (əl-Müddəssir, 42-43). Allah təala bizi, bizdən sonra gələn nəsillərimizi dində sabit etsin, bizi namaz qılanlardan etsin və bizim canımızı müsəlman kimi alsın. Amin! Allah təala buyurur: “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali İmran surəsi, 102). Müsəlman olmağın şərtlərindən biri də namaz qılmaq və bu namazı camaatla qılmaqdır. Camaatla namaz isə məsciddə qılınır və heç kimin məscidi bağlamağa və yaxud məscidə gedənə mane olmağa heç bir haqq və hüququ yoxdur. Belə edən həm namaz qılan Allahın bəndəsinin haqqını tapdalayır, həm də üzərinə ağır yük götürür. Allah təala buyurur: “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!” (əl-Bəqərə, 114). Allah təala məscidlərimizin sayını çoxaltsın. Bütün bağlı olan məscidlərin açılmasında müsəlmanlara kömək etsin, xüsusi ilə tövhid əhlinin ibadət etdiyi Əbubəkr məscidinin açılmasında Allah təala biz müsəlmanlara kömək etsin. Amin! Allahın izni ilə bu məsələlər barədə yazılarımızı davam etdirəcəyik. Dualarınızı və xoş münasibətlərinizi bizdən əsirgəməyin.
Hiç yorum yok:
Yorum Gönder