20 Mayıs 2011

Dəvət məqsədilə ingilis dilini öyrənmək olar ?



Sual: Elm tələbəsinin ingilis dilini öyrənməsinə dair sizin rəyiniz, xüsusilə də əgər bundan dəvət və başqalarını Allahın yoluna dəvət etmək üçün istifadə edirsə, nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Şeyx Muhəmməd ibn Salih əl-Üseyminə (Allah ona rəhmət etsin) bu barədə sual vermişdirlər. O aşağıdakı kimi sualı cavablandırmışdır.

İngilis dilinin öyrənilməsi ilə əlaqədar bizim rəyimiz budur ki, bu şübhəsiz ki bir vasitədir və hədəf (niyyət) pisdirsə, o zaman bu pis vasitədir. Lakin bir şey var ki, bundan mütləq qaçınmaq lazımdır, o da bunu (ingilis dilini) Ərəb dilinin əvəzinə işlətməkdir. Buna icazə verilmir. Bəzi səfehlərin ərəb dilinin əvəzinə ingilis dilində danışdıqlarını eşitmişik və hətta qərbin nökərləri (quyruqları) hesab etdiyim, qərbdən heyrətlənən axmaq insanların bəziləri övladlarına görüşərkən kafirlərin salamını işlətməyi və vidalaşanda isə “bay-bay” və s. buna bənzər şeylər söyləməyi öyrədirlər.

Çünki Quranın dili və dillərin ən şərəflisi Ərəb dilini bu dilin (ingilis dilinin) yerinə işlətmək haramdır. Rəvayət olunur ki, sələf əcəmlərin dilində danışmağı nəhy etmişdirlər.

Dəvətdə bundan bir vasitə kimi işlətməyə gəldikdə, sözsüz ki, bəzən bu vacib olur. Mən bu dili öyrənmədim və kaş ki, öyrənərdim. Bəzən tərcüməçidən istifadə etməyə məcbur qalmışam, tərcüməçi isə mənim qəlbimdə olanları tam şəkildə çatdıra bilməmişdir.

Ciddə hava limanının məscidində İslami Dirçəliş Təşkilatının bəzi adamları ilə başıma gələn bir əhvalatı sizə danışım. Fəcr namazından sonra “Ticani” məzhəbi, batil firqə olub islamdan çıxdığı barədə danışırdıq. Onlar barəsində məlumatım olduğunu danışırdım, daha sonra bir nəfər gəldi və mənim sözlərimi Hausaya tərcümə etmək üçün məndən icazə istədi. Mən ona icazə verdim və o tərcümə etməyə başladı. Daha sonra bir kişi qaçaraq gəldi və dedi: “Sizin üçün tərcümə edən bu kişi Ticaniyyə firqəsini tərifləyir”. Mən dəhşətə gəldim və dedim: “İnnə lilləhi və innə lieyhi raciun”. Əgər bu dili bilsəydim bu kimi yalançılara ehtiyacım olmazdı. Xülasə, xitab etdiyiniz insanların dili barəsində elm şübhəsiz ki, onlara məlumatı ötürməyiniz üçün mühümdür. Allah təala buyurur: “Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, (haqqı) onlara bəyan etsin”. (İbrahim 14:4)

Fətəvə əl-Şeyx Muhəmməd ibn Salih əl-Üseymin, Kitabul İlm, səh.143

Hiç yorum yok:

Yorum Gönder