16 Mayıs 2011

Cəhənnəmə düşən ən pis insan və Cənnətdə olan ən yaxşı insan

Seymur Faradjev
Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) Allah elçisinin (sallallahu aleyhi va səlləm) belə deməsi rəvayət olunur:
“Qiyamət günü Cəhənnəm əhlindən dünyadakı ən zəngin insan Allahın hüzuruna gətiriləcək və Cəhənnəm boyası ilə boyanacaqdır. Sonra Allah ondan soruşacaqdır:
– Ey Adəm oğlu! Sən heç yaxşılıq gördünmü? Heç sənə nemətlər rastladımı?
– Ya Rəbb, Allaha and olsun ki, yox!
Sonra Cənnət əhlindən dünyada ən kasıb yaşamış insan Allahın hüzuruna gətiriləcəkdir, o da Cənnət boyası ilə boyanacaqdır. Sonra Allah ondan da soruşacaqdır:
– Ey Adəm oğlu! Sən heç yoxsulluq gördünmü? Heç sən ağır günlər yaşadınmı?
– Ya Rəbb, Allaha and olsun ki, nə yoxsulluq gördüm, nə də ağır günlər yaşadım”.
(Müslim, 4/55. Əhməd, 3/203). Hədis səhihdir.

Mənbə: Facebook. "İxlas" qrupu

Hiç yorum yok:

Yorum Gönder