16 Mayıs 2011

Dəvətçinin üzrləri silsiləsindən - Təmbəllik


Bu gün ilk olaraq sizə zəif dəvətçilərin vəsflərindən olan və bu gün bütün islam ümmətini əhatə edən bir bəladan təmbəllikdən danışacağıq. Bu barədə sadəcə olaraq Doktor Əbu Hüzeyfənin “Bir dəvətçinin üzrləri” kitabından təmbəlik haqqında yazılanları nəzərinizə çatdıracağıq.
Həmin kitabda müəllif qeyd edir:
“Əz-Zəbidi; Təmbəllik, yoldan çıxmaq deməkdir. Görülən işdə irəliləmədən yerində dayanmaqdır. Geri qalmaq deməkdir. 
İbn-ül-Mənzur; Təmbəllik, görülən işi tərk edib geridə qalmaqdır. 
Bu izahlardan sonra bilinməlidir ki, doğru yoldan azan hər təmbəl üçün açıq-aşkar bir çox bəhanə uydurulmuşdur. Həm də bu bəhanələr həm hər bir fərd üçün, həm də hər bir cəmiyyət üçün ayrı-ayrı bəhanələrdir”. Biz sizlərə bu bəhanələrin hamısı haqqında inşallah gələcəkdə xəbər verəcəyik. Hələlik bəhanələrin adlarını sizə qeyd edim. Bunlar əsasən aşağıdakılardır:
- Qocalıq bəhanəsi,
- Pul qazanmaq bəhanəsi,
- İşləmək bəhanəsi,
- Vaxtı qaçırdıq, zaman da dəyişdi bəhanəsi,
- Bir az da başqaları etsin bəhanəsi
- Plansız-proqramsız olmaz bəhanəsi
- Başqalarının marağı yoxdur bəhanəsi və. s qeyd etmədiyimiz digər bəhanələr.
Bəs siz hansı bəhanələri edirsiniz? Ya da siz hansı bəhanələri gətirənləri tanıyırsınız. Bizim qeyd etmədiyimiz digər bəhanələr haqqında da siz bizlərə yazıb göndərin ki, burada maraqlı və zəngin materiallar olsun. Allah sizdən razı olsun. 

Hazırladı: Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder