11 Aralık 2013

Yeni il bayramı ilə əlaqədər bu şəkildə olan yalana inanmayın! Yeni il bayramı ilə əlaqədər bu şəkildə olan yalana inanmayın!




Yeni ili keçirmək məsələsi islamda necədir?

Əziz dostlar bu dində, islamda o qədər bidətlər (yeniliklər) ediblər ki, Allah Rəsulunun səlləllahu aleyhi və səlləmin bu sözü unudulub ki, hər bir dində olan yenilik bidətdir, hər bir bidətin, yeniliyin sonu da Cəhənnəmdir. İndi mənə bir şəkil göndəriblər. Həmin şəkildə yazılıb ki, guya 31 Dekabr Məhəmməd peyğəmbərin (səlləllahu aleyhi və səlləm) vəfat günü və İmam Hüseynin şəhadət günüdür. Həmin günlər guya yeni ili keçirmək olmaz, günahdır. Bunu bir yalan söz hesab edirəm. Çünki islam tarixi kitablarında Allah Rəsulunun dəqiq dünyaya gəlməsi günü və dünyadan getməsi günü göstərilmir. Yaxşı lap olsun ki, dünyaya gəlməsi günü və dünyadan getməsi günü dəqiq bilinir. Amma bu o demək deyil ki, həmin günü biz kədərli olmalıyıq. Bu o demək deyildir ki, biz həmin gün yas saxlamalıyıq. Allah təala bizə yas saxlamağı əmr etməyib. İslam dini yas dini deyil. İslamda yas yoxdur.
O ki, qaldı yeni ili keçirmək məsələsi. Yeni il təqvimdə bir rəqəm dəyişikliyidir. Yəni 2013 rəqəmi 2014 rəqəmi ilə əvəzlənir. Rəqəm dəyişikliyini qeyd etmək dinimizdə yoxdur. Yeni il keçirmək adəti bizə xristianlıqdan keçib. Düzdür bizim ölkəmiz tolerantdır, müxtəlif dinlərin mənsubları azad və rahat dinlərini qarşılıqlı hörmət əsasında yaşayırlar. Bir də nəzərə alınması vacib məsələ budur ki, 70 il biz atezim mühitində yaşamış, onunla paralel olaraq 70 il xrsitian olan rusların adət-ənənələrini mənimsəmişik. Bu üzdən ənənəvi olaraq bu bayramlar bizdə qeyd edilir. 
Ancaq 31 Dekabr bizim ölkəmizdə ən yaxşı bir hal kimi qeyd olunur ki, bu gün Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Bu günü də hər il qeyd edirik bu ildə öz axarı ilə dövlət səviyyəsində qeyd olunacaq. Burada da dinə zidd heç nə yoxdur. Çünki dində örfə, adətə önəm verilir, əgər həmin örfdə, adətdə dinə zidd olan əməllər varsa onlar icra olunmur. Məsələn haram yemək, haram içmək kimi məsələlər bu günlərdə də edilmir. 
Əsas mövzudan yayınmayaq. Hörmətli müsəlmanlar! Allah təala və göndərdiyi peyğəmbəri, Allah Rəsulu səlləllahu aleyhi və səlləm xristianların bayramlarını qeyd etməyi müsəlmanlara qadağan edib. Bunun əvəzində müsəlmanlar üçün iki böyük bayram qeyd etmələri əmr olunub. Bu bayramlar Qurban və Ramazan bayramlarıdır. Müsəlmanlar bu bayramlara daha böyük əhəmiyyət verməlidirlər. 
Allahın peyğəmbərindən (səlləllahu aleyhi və səlləm) gələn bu hədisə görə bayramlarında kafirlərə bənzəmək, doğru deyildir. “Hər kim bir camaata (qövmə, xalqa) bənzəyərsə (Onların geyindiyi kimi geyinərsə, getdiyi yolla gedərsə və onların işlətdiyi əməlləri işlədərsə) o da onlardandır” (Ebu Davud və Əhməd). 
Bunun mənası odur ki, müsəlmanlar kafirlərə aid hər şeydə onlara bənzəməkdən və onların bu davranışlarını xoş görməkdən uzaq durmalıdırlar. Çünki mükəmməl əxlaqa sahib olan bir müsəlman istər-istəməz onların arasına qarışsa nə qədər özünü gözləsə də yenə əxlaqını itirə bilər. Belə hallara düşməkdən də Allaha sığınırıq. 
Bu xaristianların və başqa dində olanların bayramlarını ona görə müsəlmanlara keçirmək qadağan olunur ki, başqa dində olan bayramlar, şəriət və yol qəbilindəndir. Necə ki, Allah təala bu barədə belə buyurmuşdur: “Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən)” (əl-Həcc, 67). Eyni ilə qiblə, namaz, oruc kimi...
Bu səbəbdən də alimlər deyirlər ki, cahillərin bayramlarında iştirak etməklə onların izlədikləri digər yollarla getməyin heç bir fərqi yoxdur. Yəni əgər sən müsəlmansansa və bu bayramın cahiliyyə bayramı olduğunu bilirsənsə, bundan uzaqlaşmalısan, çünki bayramda cahillərlə olmaq, digər işlərində də cahillərlə olmaq kimidir. Onların bayramlarının hamısını qəbul etmək onların küfrünü qəbul etmək deməkdir. Onların bayramlarından bir qismini qəbul etmək, onların küfrlərindən bir qismini qəbul etmək deməkdir. Bayramlar, şəriətləri (dinləri) bir-birindən ayıran ən açıq xüsusiyyətlərdən və ən açıq simvollardan biridir. 
Etirazlara və fikirlərinizə hər zaman qapım açıqdır. Həqiqətən də mən sadəcə şəriətin bu barədə olan məsələlərini qeyd etdim. Etirazdan və mənə mənfi reaksiya verməyinizdən əvvəl çox xahiş edərdim ki, siz açıq bu məsələ barədə bütün islam alimlərinin kitablarını oxuyasınız. Bunlar şəriətin qayda-qanunlarıdır. O dünyəvi qayda-qanunlara bənzəmir. Çünki şəriətdə oğrunun əli kəsilir, zinakar daş-qalaq olunub öldürülür. 
Maliki alimlərindən İbn Qasım deyir: “Müsəlmanın, bir xristianın bayram günündə ona bir şey hədiyyə etməsini çirkin görmüş və bu davranışın, onun bayramını ucaltmaq, ona təzim göstərmək və onun küfrünə kömək etmək kimi görmüşdür. Eyni şəkildə bayramlarında kafirlərə bənzəmək doğru deyildir...”
Dəyərli alim Abdullah bin Cibrin (Allah onu qorusun) bu barədə belə deyir:
“Xristianların yeni il bayramı ilə (Məcusilərin) Novruz və Mehrəcan bayramları kimi bidət olan bayramları qeyd etmək, doğru deyildir. Eyni şəkildə müsəlmanların, dində sonradan çıxardıqları Rəbü-əl-Əvvəl, Mövlüd-i Nəbəvi (Peyğəmbərin ad günü), Rəcəb ayında olan Merac Bayramını qeyd etmələri də doğru deyildir. Xristianların yeni il gecəsi və yaxud müşriklərin öz bayramları üçün hazırladıqları yeməkdən yemək doğru deyildir. Bu bayramları təbrik etmək üçün etdikləri dəvətə getmək də doğru deyildir. Çünki onların dəvətinə cavab vermək, onları bu məsələyə təşviq etmək, onları cəsarətləndirmək və onların bu bidətlərini qəbul etmək deməkdir. Eyni zamanda bu davranış camaatdan savadı olmayan kimsələrin aldadılmalarına və kafirlərin bu hərəkət və davranışlarında hansısa bir təhlükənin olmadığına inanmalarına səbəb olar. Allah təala ən axşı biləndir” (el-Lu'lu'ul-Məkîn Min Fətâvâ İbn-i Cibrîn; s: 27).
Bizim ölkəmiz dövlət səviyyəsində ənənəvi bayramların keçirilməsinə icazə verir. Belə bir şəraitdə insanları çaşqınlığa salıb, din adı ilə insanlara islam dinini matəm dini kimi təqdim etməyi düzgün hesab etmirəm. Həm də insanları yalanla nədənsə çəkindirməkdə doğru deyil. Siz doğruları deyərək insanları maarifləndirin. İslam dinini xristianların adətlərindən biri olan ildönümü keçirmək dininə çevirməyin. Xahiş edirik ki, belə etməyin! 
Məqaləni oxuyanda islamdan anlayışı az olanlarda çaşqaınlıq və şübhə yaranmasın. Çünki bu məqalə tam qəlbi ilə Allaha ağlı olanlar üçün hazırlanmışdır. Əsas izah olunmağa çaılşılır ki, tam qəlbi ilə Allaha və Onun peyğəmbərinə (səlləllahu aleyhi və səlləm) bağlı olanlar diqqətli olsunlar və qondrama bayramlara aldanmasınlar. Doğru yola müvəffəq edən Allahdır. Allah təala bizi doğru yoluna müvəffəq etsin. Amin! 

Əkrəm Həsənov (ilahiyyatçı).

1 yorum:

  1. cox sagolun.sizinle tam raziyam bu barede.bir muselman olkesinde bucur deyerleri qoyub xarici deyerlere uz tutanlai gorende cox teessuflenirem

    YanıtlaSil