05 Aralık 2013

İslamda mitinq yoxdur


Etiraz aksiyaları keçirmək dinimizdə tarixən mövcud olmayıb. Bütün peyğəmbərlərin həyatına nəzər salsaq belə bir etiraz aksiyası ilə rastlaşmamışıq. Təsəvvür edin ki, peyğəmbərlərin bir çoxunu öldürdülər, bir çoxunu yurdlarından çıxardılar, bir çoxlarını hər cür adlarla adlandırdılar, heç bir islam mənbəsində elə bir söz, elə bir peyğəmbər kəlamı olmadı ki, mitinq edin, ya da çıxın yollara, ya da çıxın səhralara. Belə bir düzəliş peyğəmbərlərin metodunda olmayıb.
Nə Quranda, nə hədislərdə, nə islam alimlərinin sözlərində belə bir anlayış yoxdur. Peyğəmbərlər səbr ediblər, dua ediblər. Eyni zamanda səbr və dua ilə qələbəyə nail olublar. İslah işi maarifləndirməklə mümkündür. Başqa cür fəsad olacaqdır. İctimaiyyət tərəfindən biz bütün güclərimizi bir yerdə maariflənməyə doğru aparmalıyıq. Sivil qaydalarla biz öz mövcud problemlərimizi bir xalq olaraq həll edə bilərik. Bütün güc sənin əlində olmadığı üçün əlində olan ədəbli güclərdən istifadə etməlisən. Küçələrə çıxmaq, hay-küy salmaq, insanların istirahətinə mane olmaq, başqalarının mallarına zərər vurmaq islah deyil, bunun adı fəsaddır. Dinimiz isə fəsad etməyi hamımıza qadağan etmişdir.


Əkrəm Həsənov (ilahiyyatçı).

1 yorum:

  1. bes dinc aksiya, yeni insanlara zerer vurmadan, haqsizliga qarwi edilen aksiya nece icazeli deyilmi? Diger terefden mence aksiya, miting etirazin muasir formasidir. Yeni indi siyasi partiyalarin, muasir siyaset sehnesinin oldugu dovrde mence etirazin formasi da deyiwmelidir, tebii ki, fesad salmadan.

    YanıtlaSil