26 Kasım 2013

"Cihadistlər"ə mühüm bir xatırlatma


Təkfirçilərə (özlərindən başqa hamıya kafir deyənlərə) çox mühüm bir məsələni xatırladıram

Müsəlmanlardan bir şəxs qeyri-müsəlmanların diyarına əhd və viza, giriş icazəsi, giriş üçün möhürlü icazə sənədləri və s. kimi rəsmi bir icazə ilə daxil olarsa onların qanlarını tökməsi, mallarını haqsız yerə alması və onlara xəyanət etməsi icazəli deyildir. Çünki ona canlarına, mallarına xəyanət etməməsi şərti ilə öz ölkələrinə giriş icazəsi vermişlər. Bu elm əhli arasında heç bir fikir ayrılığının olmadığı bir məsələdir. 

Belə edənlər, islam haqqında anlayışı olmayan, islam adı ilə terror edənlər, bu fikirdə olanlar ümumən xəyanətkar hesab olunurlar. Çünki öz ölkəsinə daxil olduğun üçün sənə əminlik verilir. Sən isə sənə verilən əmanətə xəyanət edirsən. Bu da müsəlmana yaraşmayan bir işdir. Bunu edənlərin cəzası əlbəttə ən böyük cəzadır. Bu da hər bir ölkənin öz qanunlarına uyğun tənzimlənməlidir. 

Əkrəm Həsənov (ilahiyyatçı, alim).

Hiç yorum yok:

Yorum Gönder